Rusiyada qiymətlər qalxır: - İsveçrədən də Rusiya ilə bağlı qərar gəldi
Gündəm / Siyasət / Dünya
Oxunub: 383
1 Mrt 2022 | 15:35
Rusiyada qiymətlər qalxır: - İsveçrədən də Rusiya ilə bağlı qərar gəldi
Avropa İttifaqının (Aİ) üzvü olmayan və dünyada baş verən bir çox böhran, münaqişələrdə bitərəf mövqedə qalan İsveçrə Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. capar.info Bizimyol.info-ya istinadla xəbər verir ki, İsveçrə hökumətindən verilən açıqlamada, “Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsini nəzərə alan Federal Şura 28 fevral tarixli qərarı ilə AB-nin fevralın 23-də açıqladığı sanksiya paketlərini tətbiq etməyi qəbul edib",- deyə bildirilir.

Məlumata görə, sanksiyalar dərhal qüvvəyə minəcək. Bundan əlavə İsveçrənin Rusiya prezidenti Vladimir Putin və digər yüksək vəzifəli şəxslərə qarşı maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldiyi bildirilir. İsveçrə banklarında Rusiya məmurlarına və biznesmenlərinə məxsus vəsaitlər də dondurulacaq.

Qeyd edək ki, Avropa ölkələrinin hava məkanını Rusiyaya bağlamasına paralel olaraq İsveçrə də bu gündən etibarən hava məkanını Rusiya üçün bağlayıb. Həmçinin şura, Rusiya vətəndaşları üçün vizaların verilməsini asanlaşdıran 2009-cu il müqaviləsini də qismən dayandırıb.

Xatırladaq ki, sanksiyaların nəticəsində Rusiyada 1 dollar 77 rubldan 109 rubla qalxmışdı. Amma Rusiyada bu qiymətə də dollar almaq mümkün deyil. Qara bazarda heç 200 rubla da dollar tapmaq olmur. Həmçinin Rusiyanın istehlak bazarında bir çox məhsulların qiyməti kəskin artıb. Hava məkanının bağlanması üzündən hava daşımaları iflic olub. Bundan başqa xaricdə təhsil alan Rusiya vətəndaşlarının da Avropada oturum hüququ ləğv edilir. Ölkənin bank sektoru çöküb. İnsanlar pul vəsaitlərini dollar olaraq nağdlaşdırmağa çalışırlar. Ölkədə narazılıqlar artsa da, bu ana qədər polis qüvvələri etirazları boğa bilirlər.

Son olaraq Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmağa çağırıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var - ABŞ, Çin, Fransa, İngiltərə və Rusiya. Qurumun fəlsəfəsinə görə, onlar dünyanın təhlükəsizliyinə zəmanət verirlər. Amma Rusiya artıq neçə illərdir qonşularına qarşı təcavüz nümayiş etdirir. Hazırda isə Ukraynanı işğal etməyə qalxıb. Zelenski bildirib ki, başqa ölkəlkərə təcavüz edən bir ölkə dünyanın təhlükəsizliyindən sorumlu ola bilməz.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "dünya 5-dən böyükdür" deməklə BMT Təhlükəsizlik Şurasının tərkibinə dəfələrlə etiraz edib. İndi baş verənlər Türkiyə liderinin haqlı olduğnu bir daha ortaya qoyur.
31-01-2022, 17:57
Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza - SWIFT nədir?
22-01-2022, 17:53
Böyük Britaniyadan Rusiyaya xəbərdarlıq
16-11-2021, 10:29
Putinin özəl hərbi şirkəti sanksiya siyahısında
16-11-2021, 10:29
Putinin özəl hərbi şirkəti sanksiya siyahısında
29-06-2021, 10:30
Avro-2020: İsveçrə Fransanı penaltilərdə məğlub etdi
20-12-2018, 13:45
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir