Təhsil ocağından münaqişə ocağına çevrilən məktəb: - Günahkarı harada axtaraq?
Ötən il Azərbaycan təhsili qazandığı uğurlardan çox, qalmaqallarla yadda qaldı.
Yeni ilin başlamasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, yenə də məktəblərdə baş verən hadisələr əsas müzakirə mövzularından birinə çevrilib. Ötən il məktəbdə baş verən hadisələrdən bir neçəsi müəllimlərin şagirdi təhqir etməsi ilə bağlı oldu. Eləcə də şagirdlər tərəfindən intizam qaydalarının pozulması kimi hallar baş verdi. Məsələn, Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbin şagirdi tədris prosesi zamanı özünü çox aqressiv apararaq, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edərək, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyərək dərs prosesini pozmuşdu. Son hadisələrə gəldikdə isə bugünlərdə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdləri döyməsi ilə bağlı videogörüntü yayıldı.
Videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bugünlərdə isə daha bir hadisə baş verib. Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb. Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə həyatı xilas edilib. Fakt üzrə Səbail Rayon Polis İdarəsində cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Məktəblərlə bağlı müzakirələrdə sosial şəbəkə istifadəçiləri, ümumilikdə cəmiyyət iki hissəyə ayrılıb. Bu, özünü 9 saylı məktəbin direktoru ilə bağlı məsələdədaha çox göstrib. Bir qrup vətəndaş direkorunun haqlı olduğunu, digər tərəf isə şagirdlərin intizam qaydalarını pozduğunu və direktorun haqlı olduğunu bildirirlər. Şagirdlər arasındakı bıçaqlanma hadisəsi də birmənalı qarşılanmır. Burada bəzi vətəndaşlar məktəbi, digər qrup is valideyn və şagirdi günahlandırır. Valideynləri övladına düzgün tərbiyə verməməkdə günahlandırsalar da, belə fikirlər də səslənir ki, əgər məktəbdəki psixoloqlar şagirdlərə normal iş qursa, belə hadisələr baş verməz.
Təlim-tərbiyə işinin əsas rol oynadığı məktəblərimiz niyə bu gün münaqişə ocağına çevrilib? Baş verən proseslərdə əsas günahkar kimdir? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, hadisələrin birinci səbəbi məktəblərin nizamnaməsinin olmamasıdır:
“Müstəqillik dövründə bizim ümumtəhsil məktəblərinin özlərinin nizamnaməsi yoxdur. Yəni məktəblər hansı qaydalar əsasında idarə olunur, məktəblərdə müəllimlərin, valideynlərin, uşaqların vəzifələri, hüquqları, məsuliyyətlərinin nə olduğu ilə bağlı rəsmi heç nə yoxdur. Bu gün ümumtəhsil prosesi, sürət kursuna çıxmış “xolostoy” maşın obrazı bağışlayır. Bu, məsələnin əsas cəhətidir. Düşünürəm ki, hər bir ümumtəhsil məktəbi öz nizamnaməsinə uyğun faliyyət göstərməlidir. Uşaqlarla bağlı bugünlərdə baş verən hadisəyə gəldikdə isə müəllimləri həddindən artıq nüfuzdan salmağın son nəticəsi odur ki, istər valideynlər, istərsə də şagirdlərdə aqressiya yaranır. Müəllimi bu qədər nüfuzdan salmaq olmaz. Təhsildə baş verən bütün proseslərin günahını yalnız müəllimdə axtarmaq olmaz”.
AMEA-nın elmi işçisi, psixoloq Fatimə Bayramovanın sözlərinə görə, uşaqların aqressiv davranışlarının ailədən, yoxsa cəmiyyətin yaratdığı vəziyyətdən qaynaqlandığını birmənalı demək olmaz:
“Bəzən də olur ki, heç biri, sadəcə yeniyetmənin orqanizmində baş verən fizioloji dəyişmələr buna şərait yaradır. İlk olaraq aqressiyanı ailədəki vəziyyətlə qiymətləndirək. Düzdür, ailədaxili şiddət, ana – ata münasibətlərinin düzgün olmaması, uşağa qarşı fiziki və psixoloji zorakılıq, aqressiv davranış uşağın xarakterinə çevrilir, yəni uşaq başqa insanlarla aqressiv davranmağa, kobud danışmağa başlayır. Amma əsas səbəb kimi yeniyetməlik dövründə yalnız şiddəti göstərə bilmərik. Uşağı dinləməmək, ona sevgi göstərməmək, yeniyetməyə daim uşaq kimi yanaşmaq, onun fikrini soruşmamaq onun yaşının yaratdığı kompleksi daha da dərinləşdirir. Nəticədə bu, aqressiv, kobud rəftar şəkildə özünü göstərir. Yeniyetməyə sevgi olan, onun dərdlərini diqqətlə dinləyən ailədə biz bu kompleksləri azalda bilərik. Uşaqları sevdiyimizi, onlara dəstək olduğumuzu daim hiss etdirməliyik, nəsə problemli bir vəziyyətə düşdükləri zaman dərdlərini bizə danışa bilsinlər. Uşaqları öz eqomuza görə yönətlməməliyik, unutmaq lazım deyil ki, uşaqlar bizim nümunəmiz əsasında böyüyür, bizim nəsihətimiz əsasında deyil. Necə deyərlər, “uşaq gördüyünü götürür”. Əgər siz uşaqların gözü qarşısında aqressiv ünsiyyət qurursunuzsa, uşaqların yanında yalan danışırsınızsa, ona sonradan nə qədər “mehriban danış”, “yalan danışmaq düzgün deyil” deyilsə, inanın bu fayda verməz”.
Cəmiyyətin yaratdığı aqressiyaya gəldikdə isə psixoloq deyib ki, buna uşaqların bəzən daxilində özlərinin olmaması, öz “mən”lərindən kənar qeyri – mən yaradaraq kiməsə oxşatmaqları da, bir sözlə, rola girmələri də səbəb ola bilər: “Televiziya ekranlarında verilən mafiya tipli seriallar, tüfeyli həyatı qəhrəman kimi göstərən xəbərlər onların bu rola girib səhv addımlar atmalarına səbəb yaradır. Ümumiyyətlə, əgər məktəbdə “çətin tərbiyə olunan” uşaqlar varsa, valideyn-müəllim-məktəb psixoloqu birgə çalışmalıdır. Problemin həllini birgə, vəhdət şəklində aradan götürməlidir”.
Beləliklə, əgər bu gün məktəblərin nizamnaməsi yoxdursa, psixoloqların fəaliyyəti çox aşağı səviyyədədirsə, valideyn-uşaq münasibətləri düzgün qurulmursa və uşaqlar özlərini mafiya filmlərinin qəhrəmanı hesab edəcəksə, demək hələ ki, belə hadisələrin çox şahidi olacağıq.
27-12-2021, 19:03
205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir - GİLEY
26-10-2021, 16:10
Bakıda daha bir məktəb distant tədrisə keçdi
12-10-2021, 10:35
Daha bir sinif koronavirusa görə bağlandı
31-03-2021, 10:12
Bakıda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu
30-03-2021, 11:14
Paytaxtda 3 məktəbdə ənənəvi dərslər bərpa olunub
20-12-2018, 13:49
Şagirdi döyən məktəb direktoru işdən kənarlaşdırıldı - VİDEO
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir