“Rusiya məqsədinə çatmaq üçün 20 Yanvar hadisəsini Qazaxıstanda təkrar etdi...” - FAKT BUDUR!

“Qazaxıstan olayları son günlər çox təhlil olunur, amma məsələnin əsas mahiyyətinə fikir verənlər azdır. Sadəcə Qazaxıstan olaylarına 20 Yanvar olayları gözüylə baxmaq lazımdır. Necə ki, 20 Yanvarı Rusiya müəyyən məqsədlə hazırlamışdı və məqsədi də o idi ki, Azərbaycanda yaradılan Xalq Hərakatının seçkilərdə qarşısını alsın. Çünki rus ordusu gəlməsəydi, xalqın ovqatı eləydi ki, Azadlıq hərakatının üzvlərinə səs verib, deputat edəcəkdilər. Yəni avtomatik olaraq Ali Sovet hərakatçıların əlinə keçirdi və bu da SRRİ qala-qala Azərbaycanın öz müstəqillik yoluna başlaması demək idi. Ona görə də Moskva bunun qarşısını almaq üçün dekabrın sonlarında SSRİ-nin İranla olan sərhədlərini sökdü, sonra Bakıda ermənilərə qarşı iğtişaş törətdilər, bütün bunlar hamısı “KKB”nin planı idi. Kim bilirdi ki, 6-cı mərtəbədə, filan ünvanda qoca erməni yaşayır?! Gedib o ermənini balkondan atırdılar. Yəni siyahılar da əvvəldən hazır idi”. capar.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında professor Firudin Cəlilov Qazaxıstan hadisələrini şərh edərkən deyib. Professor burda da Rusiyanın məqsədli şəkildə ölkəni qarışdırdığını bildirib:
“Bütün bunlar hamısı əsas verirdi ki, ordunu yeridib, Bakıda o qırğını törətsinlər. Bunu da etdilər və məqsədlərinə də nail oldular. Hərbi vəziyyət elan etdilər, seçkilərdə azadlıq hərakatçılarının çox az bir hissəsi deputat oldu. Yəni Moskva məqsədinə nail oldu. Bax həmin baxışla bu günki Qazaxıstan olaylarına baxmaq lazımdır.
Son illər Nazarbayevin türk ölkələri ilə Turan məsələsini gündəmə gətirdi. Sərhəd məsələsində bildirirdilər ki, Qazaxıstanın şimal rayonları Rusiyanın ərazisidir və geri qaytarılmalıdır. Nazarbayev isə bunların qarşısını almaq üçün paytxatı da köçürdü. Daha sonra latın qrafikasına keçmək məsələsi, qazax dilinin dövlət dili kimi bütün müəsissələrdə işləməsi kimi məsələləri Nazarbayev qabartdı və Rusiya da bunun qarşısını almaq üçün eyniylə 20 Yanvarda hansı planı həyata keçirmişdisə, burda da o planı həyata keçirdi.
Qazın qiymətini artırdılar, amma indi gəlin baxaq, görək qazın qiymətini Qazaxıstan, yoxsa Rusiya artırdı?! Qaz sazişi Rusiyanın “Qazprom” şirkətinin əlindədir və onlar qiyməti artıranda təbii ki, yerlərdə də qiymət artacaq. Yəni o qiymətləri süni şəkildə artırdılar, insanlarda narazılıq yaratdılar, ardınca, trollarla, beşinci kolon üzvləriylə birlikdə insanları iqtisadi şüarlarla küçələrə çıxardılar. Hökumət də Nazarbayevi və hökuməti istefaya göndərdi, qiymətləri yenə əvvəlki vəziyyətinə qaytardı. Bəs nə olmalı idi ki? Hakimiyyətlə-etirazçılar arasında bir görüş, danışıq olmalıydı ki, tələbləri yerinə yetirsinlər. Ona isə imkan vermədilər. Çünki bəzi bölgələrdə insanlar deyirdilər ki, hökumət biz deyəni etdi və evlərimizə qayıdırıq.
Amma Alma-Ata tərəfdə yenə beşinci kolonun üzvləriylə müəyyən qruplara silahlar payladılar, iğtişaşlar törətməyə başladılar. Yəni əllərinə bəhanə verdilər. Bu bəhanələrin nəticəsində də gerizəkalı Tokayev Rusiya ordusunu çağırdı. Tarix boyu qazax milləti onsuz da Tokayevi lənətləyəcək. Təsəvvür edin ki, o vaxt da Azərbaycanda Baş nazirin imzasıyla Rusiya ordusu Bakıya dəvət olunmuşdu. İndi də yenə Tokayevin dəvətiylə gəldilər, Allah bilir 100-dən çox adam öldürdülər, minlərlə yaralı var. Yəni gəlib Nazarbayevi hakimiyyətdən uzaqlaşdırdı, istəyinə nail oldu və indi də çalışacaq ki, əgər Tokayev hakimiyyətdə qalmasa, özünə uyğun bir “kukla” adamı Tokayevin yerində oturtsun. Yəni qurulmuş plan addım-addım özünü doğruldur”.
11-01-2022, 11:51
MDB üçün "Qazaxıstan dərsi": Kremlin təhlükəli planına qarşı birlik olacaqmı? - HƏQİQƏTƏN DƏ..
8-01-2022, 13:31
Qazaxıstanda matəm elan olunub
7-01-2022, 12:16
Kremlin Qazaxıstan planı 2020-ci ildə cızılıbmış - İDDİA
3-11-2021, 11:02
“12 min kvadrat kilometrlik ərazi Azərbaycana qaytarıla bilər” - GƏLİŞMƏ
18-10-2021, 09:09
“Parlamentdə hərc-mərclik yaranmışdı” - Müstəqillik Aktına imza atmış sabiq deputat
29-10-2020, 09:46
Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü