"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY
Gündəm / Siyasət
Oxunub: 196
6 Ock 2022 | 13:29
"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY
capar.info : - Əlillik müavinəti alan şəxslərin səhhət durumunun qiymətləndirilməsinin və ya təkrar qiymətləndirilməsinin aparılması prosesi iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində yenidən qiymətləndirmə aparılır. Məsələ burasındadır ki, insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirilərkən, tibbi sosial ekspert komissiyasının gəldiyi nəticənin Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması Meyarları” ilə uzlaşıb – uzlaşmadığı çox vaxt mübahisə doğurur. Köhnə meyarlarla əlil sayılanlar yeni meyarlarla əlil hesab olunmur və ya dərəcələrdə fərq olur. Problem odur ki, meyarlar da get-gedə sərtləşdirilir, həkim-ekspertlər də. Bu vəziyyət haqlı narazılıqlara səbəb olur ki, onlar da dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş birinci şəxsin — nazir Sahil Babayevin fəaliyyətini ictimai qınağa gətirir.

Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu “Dəryaz” qəzeti redaksiyasına video-müraciət göndərərək, bildirir ki, Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhət durumuna görə 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan köməklik olmasa, həyatda mövcudiyyəti belə sual altında qalar.

Sadıqov deyir ki, dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Axırıncı dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri mərkəzi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə gətirməklə cavab verməkdən yayınıblar. Müalicə üçün ak. Mirqasımov adına 1saylı Trespublika Kliniki Xəstəxanasına göndəriblər: “Orada 7 gün yatdım, Poliklinika şöbəsinin müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat rüşvət istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər…”

Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhət durumu daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil: “Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdırlar. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq. Axı qürurumuz buna yol vermir!..”

Şikayətçi həmçinin bildirir ki, depuat Günay Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevəı tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar.

İnternet üzərindən apardığımız səthi müşahidələrdən belə qənaətə gəldik ki, Ağstafa və Qazax rayonlarında mərkəzi xəstəxanaların fəaliyyətində əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə xəstəlik kodu üzrə sistemə əhatəli şəkildə işlənib göndərilməsi işinin yarıtmaz vəziyyəti barədə çoxsaylı narazılıqlar var. Qeyd edək ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olununsa da, müsbətə doğru heç nə dəyişmədiyi qeyd olunur.

Mövzunu diqqətdə saxlayacağıq.
Deryaz.az
30-10-2021, 19:09
Narazı qaziyə əlillik təyin edildi
30-04-2021, 11:43
15 nəfərə hərbi səbəblərlə təyin edilmiş əlillik ləğv edilib
30-04-2021, 11:26
Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib
5-04-2021, 11:10
Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi deməkdir? - Agentlikdən açıqlama
17-06-2020, 12:11
Bu şəxslərə MÜHÜM XƏBƏR - Sahil Babayevdən AÇIQLAMA
6-12-2018, 16:35
Nazir Sahil Babayev: "Bərpa mərkəzlərində neqativ halların, süründürməçiliyin aradan qaldırılması işləri aparılır"
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü