Ankara və İrəvan nədə razılaşacaq? - İNCƏLƏMƏ...
Gündəm / Siyasət
Oxunub: 191
2 Ock 2022 | 09:39
Ankara və İrəvan nədə razılaşacaq? - İNCƏLƏMƏ...
“Hazırda Ermənistan tərəfindən atılan addımlara və verilən mesajlara baxdıqda, müsbət yanaşmaların olduğunu deyə bilərəm. Amma bunun davamlı olması lazımdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Danışıqlarda ilkin şərt olacaqmı?" sualına M.Çavuşoğlu belə cavab verib: "Xeyr, hər hansı likin şərt yoxdur. Bəzi mövzularda eyni baxışlara malik olmamız mümkün deyil. Biz bilirik ki, ilkin şərtlər real deyil. Onlar da qəbul etmirlər. Tam realist olaq. Biz onlara deyəs ki 1915-ci il hadisələri böhtandır, doğru deyil, həqiqətən də belədir. Bunu onlar da bilir. Siz də bilirsiniz ki, bu soyqırım deyil. Amma bunu bizim əleyhimizə istifadə edirsiniz. İndi gələndə yolda nazirliyin divarındakı keçmiş nazirlərin fotolarına bir daha nəzər saldım. 1912-13-cü illərdə Osmanlı İmperiyasının xarici işlər naziri, ermə vətəndaşı Noradunkyan Paşa olub. Bu, dövlətimizin bütün etnik qruplarla nə qədər əhatəli olduğunu göstərən mənzərədir”.

Mövlud Çavuşoğlunun açıqlaması danışıqların ilkin şərt olmadan başlamasına dair Türkiyə ilə Ermənistan arasında konsensus əldə olunduğunu göstərir. Qeyd edək ki, əvvəllər Türkiyə Ermənistandan Azərbaycanın işğal etdiyi ərazilərdən geri çəkilməsi və ərazi bütövlüyünü tanımağı, qondarma soyqırımın tanınması iddiasından imtina etməsi, Türkiyəyə qarşı torpaq iddiasına son qoymaq şərtləri müqabilində danışıqlara başlamağa hazır olduğunu bildirirdi. Öz növbəsində, Ermənistan da Türkiyədən qeyd edilən ilkin şərtləri irəli sürməməyi, "soyqırımı" tanımağı , hətta buna görə təzminat ödəməyi və qeyd-şərtsiz sərhədləri açmağı tələb edirdi. Lakin İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub olması və Türkiyənin bölgədə geosiyasi güc mərkəzi kimi mövqelərinin möhkəmlənməsi rəsmi İrəvanı öz iddialarından geri çəkilmək məcburiyyətində qoyub. Hətta Ermənistanda bu il keçirilməsi nəzərdə tutulan referendumla ölkə konstitusiyasından Türkiyəyə ərazi iddiasını nəzərdə tutan "Qərbi Ermənistan" ifadəsinin, həmçinin dövlət gerbinin dəyişdirilərək Ağrı dağının təsvirinin çıxarılacağına dair məlumatlar dolaşır. Görünür, hələlik tərəflər danışıqlara "sıfır nöqtəsi"ndən başlamağı razılaşdırıb. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə və Ermənistan arasında kifayət qədər mübahisəli problemlər mövcuddur. Həmin məsələlər öz həllini tapmadan təbii ki, danışıqlar prosesi müsbət nəticə verə bilməz. İkitərəfli müzakirələrin gündəliyi hələ açıqlanmadığından Türkiyə və Ermənistan nümayəndələrinin danışıqlara nədən başlayacağı ilə suallar öz cavabını gözləyir.

DİA.AZ-ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya bildirib ki, Ankara ilkin şərt irəli sürmədən danışıqlara başlamaqla düzgün mövqe nümayiş etdirib. Çünki Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə ilkin şərt yerinə yetirilib:

"Bundan sonra Azərbaycan Prezidenti də dedi ki, artıq Türkiyə Ermənistan siyasətini sərbəst şəkildə müəyyənləşdirib həyata keçirə bilər. Lakin Mövlud Çavuşoğlu yenə də deyir ki, müzakirə olunacaq məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılır. Deməli, Azərbaycan etiraz etmir. Ankara doğru strategiya yürüdür. Çünki Azərbaycan da Ermənistanla dialoq aparır. Azərbaycanın və Türkiyənin başlıca məqsədi danışıqlarda Ermənistanı yola gətirib zəruri addımlar atılmasını təmin etməkdir. Bu addımlar Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, ərazi iddialarından imtina, Azərbaycanla sərhədlərin müəyyənləşməsini sürətləndirmək, "3+3" formatını işə salmaqdan ibarətdir. Danışıqlar bu istiqamətlərdə gedəcək. Azərbaycan tərəfi Ermənistanla sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyanın yaradılması, sülh sazişi, dəhlizlə bağlı fikir mübadiləsi kimi müxtəlif mövzularda indi danışıqlar apardığı kimi, Türkiyənin də müzakirə edəcəyi mövzular var. Amma ərazi bütövlüyü məsələsi birinci yer tutur. Təyyarə reyslərinin sayı artırıla, iki ölkə arasında diplomatik əlaqələrin qurulması məsələsini müzakirə edə bilər. Ancaq qondarma soyqırımla bağlı müzakirələrin aparılacağını zənn etmirəm. Türkiyə bu məsələni tanımır, Ermənistan da danışıqlarda gündəmə gətirmək niyyətində deyil. İndi Ankaranın əsas istəyi ermənilərin Türkiyəyə ərazi iddiasından əl çəkməsidir. Bu iddialar Ermınistanın konstitusiyasında da təsbit olunub. Məncə, bu məsələ danışıqlarda müzakurə predmeti olacaq”.

Ekspert deyib ki, digər mövzu Ermənistanın "Altılıq" formatında Türkiyə ilə birgə iştirakı ola bilər:

“Bundan başqa, Zəngəzurdan dəmir yolunun çəkilməsinin sürəti növbəti mövzulardan biri olacaq. Ermənistan da bugünlərdə bir addım atdı və Türkiyə mallarına qarşı tətbiq etdiyi embarqoları aradan qaldırdı. Özləri də anlayırlar ki, Türkiyə ilə iqtisadi əlaqələri bərpa etmədən Ermənistanı ağır günlər gözləyir".

Politoloq hesab edir ki, Türkiyə və Ermənistan arasında danışıqlar uzun müddət çəkə bilər. Qısa müddətdə nəticə əldə etmək çətindir. Əgər Ermənistanın Baş naziri Qarabağın Azərbaycan ərazisi olduğunu artıq etiraf edirsə, bu dialoqun, təmasların fayda verdiyini göstərir.
19-08-2021, 14:40
Çavuşoğlu Əfqanıstandakı son vəziyyətdən DANIŞDI
11-03-2021, 10:01
Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə Dohada görüş keçiriblər
30-12-2020, 12:22
“Azərbaycana bu dəstək davam edəcək” - Çavuşoğlu
9-11-2020, 11:11
Mövlud Çavuşoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17-10-2020, 12:06
Mövlud Çavuşoğlu: "Erməni vəhşiliyi qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir"
22-09-2020, 11:35
Çavuşoğludan sərt sözlər: “Ermənistan ağlını başına toplasın”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü