TƏCİLİ! 7 kənd və BU ƏRAZİLƏR TƏLƏB EDİLİR: Bakıdan İrəvana SƏRT CAVAB – Moskva görüşündə…

Son günlər Ermənistanın baş naziri Nikol Vovayeviç Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunun Azərbaycanla razılaşdırılması ilə bağlı ilıq bəyanatlar verməyə başlayıb. Bundan başqa, Qazaxın 7 kəndinin tezliklə Azərbaycana qaytarılacağı ilə bağlı erməni mediasında informasiyalar tirajlanır. Özü də bütün bunlar ilin sonunda gerçəkləşməsi nəzərdə tutulan Əliyev-Putin-Paşinyan görüşü öncəsi baş verir.

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində deyib ki, Azərbaycan və Ermənistanın nümayəndə heyətləri Moskvada bir araya gələ bilər:
– Qabil müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamalarında dəmiryolu xəttindən sonra avtomobil yolunun çəkilişinin də Azərbaycan tərəfi ilə razılaşdırıldığını vurğuladı. Brüssel görüşü nələri dəyişdi? Doğrudanmı sülhə doğru sürətli yol gedirik?
– Mən düşünürəm ki, Brüssel görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın əl-qolu əməlli-başlı açılıb. Daxildə ona qarşı müqavimət göstərən, müxtəlif hədyanlar uyduran “Qarabağ klanı” da demək olar ki, əvvəlki şıltaqlıqlarını, qisasçılıq hissləri aşılanmış hərəkətlərini həyata keçirə bilmir. Son dövrlərdə artıq Ermənistanın baş naziri icazəsiz mitinqlər keçirən daşnaklara, “Qarabağ klanı”nın nümayəndələrinə – keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına və digər qruplaşmalarına demək olar ki, göz açdırmır. Deyə bilərəm ki, Paşinyan daxildə hakimiyyətə nəzarəti təmin edib və ölkədə bütün qurumlara, strukturlara göstəriş vermək, onun yerinə yetirilməsi, icrası ilə bağlı güclü səlahiyyətlər formalaşdıra bilib. İndi Ermənistan baş nazirinin qarşısında Azərbaycanla münasibətləri sürətli, daha tez şəkildə nizama salmaq məsələsi dayanır. Paşinyan həm də bununla dünyaya açılmaq haqda düşünür. Üstəlik, o, bu istiqamətdə öz siyasətini də həyata keçirməyə başlayır. Ermənilər indiyə qədər dəmir yolları və şose yolları, kommunikasiyaların açılması məsələsində çox çəkingən şəkildə “hə” deyirdilər. Onlar çox hiyləgər və uzağa gedən bir siyasət yürütməyə çalışırdılar. Amma Azərbaycan onların bütün hiyləgər metodlarını açıb ortaya qoydu. Azərbaycan Ermənistana və onun havadarlarına göstərdi ki, bu gün blokadanın aradan götürülməsi hər şeydən əvvəl İrəvana lazımdır. Ermənistan bu gün həm Azərbaycanla, həm də Türkiyə ilə müəyyən prinsipial məsələləri razılaşdırmalıdır. Yəni İrəvan yalnız bundan sonra hərəkətə keçə bilər.
– Sizcə, İrəvan Bakı və Ankaranın şərtləri ilə razılaşacaqmı?
– Məncə, bu razılaşma prosesi hazırda gedir. Brüsseldə bu işə nöqtə qoyuldu demək istəmirəm. Amma Brüssel görüşündən sonra bu işin gedişi Nikol Paşinyanın havadarlarına, birinci növbədə Fransaya da bəlli oldu. Yəqin ki, ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, Nikol Paşinyana müəyyən ev tapşırıqları da verildi. Bu ev tapşırıqları ona həmçinin Azərbaycan tərəfindən də təqdim olunub. Üstəlik, Rusiya da baxıb gördü ki, bu prosesdə ləngimə digərlərinin əlinə fürsət verə bilər. Ona görə də prosesləri həm Qərb, həm də Rusiya sürətləndirməyə başlayıb. Mən dəhlizdən keçən dəmir yolları və şose yolunun açılmasında hər hansı müqavimətin olacağını zənn etmirəm. Bunlar həyata keçiriləcək.
– Bəs şose və dəmir yolunun reallaşması nə qədər vaxt ala bilər?
– Fikrimcə, vaxt məsələsi ilə bağlı müəyyən nigaranlıqlar ola bilər. Məsələn, Azərbaycan uzağı, gələn ilin ortalarına kimi Zəngilanın Ağbənd bölgəsindən Ermənistanın sərhədlərinə qədər olan dəmir yolu xəttini tikib başa çatdıracaq. İndi Ermənistanda mürəkkəb bir struktur təklif olunur. Nikol Paşinyan qeyd edir ki, Arazdəyəndən Culfaya, oradan da Ağbəndə qədər dəmir yolunu çəkməliyəm. İrəvan bu xəttin çəkilişi üçün 3 il müddət qoyur. Üstəlik, bu xəttin çəkilişi üçün 200 milyon dollar vəsaitin lazım olacağını bildirir. Amma bizə Ermənistanın sonrakı taleyi lazım deyil. Bizə lazımdır ki, Azərbaycanla Naxçıvan arasındakı 42 kilometrlik hissədə dəmir yolu xəttinin bünövrəsi qoyulsun. Yəni bu xətt sürətlə çəkilsin. Zəngilandan Ağbəndə qədər olan məsafə də təxminən 50 kilometrə qədərdir. Əgər Azərbaycan bu işi 6-7 aya qədər çəkməyi öz öhdəsinə götürürsə, ermənilər də xəttin çəkilişinə bu bölgədən başlamalıdırlar. Heç bir strateji əhəmiyyəti olmayan Arazdəyəni hədəf kimi göstərmək, oradan yol çəkmək işləri xeyli ləngidə bilər. Fikrimcə, sovet dövründə çəkilmiş Zəngəzur dəhlizi yenidən inşa ediləcək. Ermənistanı buna məcbur etmək mümkün olacaq.
– Ermənistan bu xətləri hansı pulla çəkəcək?
– Onlar yenə də maliyyə məsələlərində ağlayıb-sıtqayırlar. Ermənistana Avropa Birliyi tərəfindən 2,6 milyard avro vəsait ayrılıb. Həmin pulun birinci hissəsi bu yaxınlarda Ermənistana daxil olacaq. Həmin pulu hissə-hissə verəcəklər. Zəhmət çəkib həmin puldan xərcləsinlər. Çünki çəkilən dəmir yolu və şose yoldan xeyir götürəcəklər. Üstəlik, dünyaya açılacaqlar. Rusiyaya gediş-gəliş onlar üçün rahatlaşacaq. Mən belə görürəm ki, bu, Rusiyanın da, Ermənistanın da xeyrinə olduğu üçün onlar da artıq tələsməyə başlayıblar.
– Biz Paşinyanın “sürətlə sülhə getmə vədləri”nə aldana bilərikmi? Ermənilərlə bağlı keçmişdə olanları unutmalıyıqmı?
– Keçmişi unutmaq çox çətindir. Çünki keçmiş dünən olmuş hadisələrdən ibarət deyil. Ermənilər bu ərazilərə köçürüləndən azərbaycanlılara zülm ediblər. Partlayışlar törədiblər, soydaşlarımıza qarşı departasiya həyata keçiriblər. Hətta böyük qarşıdurmalara yol açıblar. Ona görə də xalqların bir-biri ilə dinc, yanaşı yaşaması həyata keçirilə bilər, amma bir-biri ilə barışması, əvvəlki illərdə olduğu kimi genişmiqyaslı əlaqələr qurması prosesi demək olar ki, on illər boyu davam edə bilər. Biz bu məsələdə qətiyyən aldana, aldadıla bilmərik. Çünki hər şey göz önündədir. Hər şey açıq şəkildə ortadadır. Sərhədlərin müəyyənləşdirilib təsdiq edilməsi yolunda müəyyən mübahisələr, fikir ayrılıqları sözsüz ki, olacaq. Məncə, bütün bu kimi problemləri yoluna qoymaq mümkündür.
– Kremlə dair media dairələrinin yaydığı məlumata görə, ilin sonuna qədər Əliyev-Putin-Paşinyan görüşü baş tutacaq. Belə bir görüş baş tutarsa, yekun sülh imzalanacaq, ya hansısa məqama nöqtə qoyulacaq?
– Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Moskvada çoxtərkibli görüşü planlaşdırıla bilər. Mən belə düşünürəm. Bu görüşdə müdafiə və xarici işlər nazirləri iştirak etməklə həm də böyük sülh sazişinin razılaşdırılması ilə bağlı mütəxəssislər də prosesə daxil olacaq. Dəmir yolu ilə bağlı mütəxəssislər, sərhəd məsələləri ilə bağlı topoqraflar və sair bu qəbildən olan adamlar iştirak edəcək. Mən ilin sonunda Moskvada böyük sülh müqaviləsinin imzalanmasını güman etmirəm. Düşünürəm ki, bu, yaxın müddətdə baş verməyəcək. Hələ ki, həmin görüşdə qəti surətdə kommunikasiyaların açılması şərti qoyulacaq. Eyni zamanda müddət tələb ediləcək. Sərhədlərin müəyyənləşdirilməsi – delimitasiya ilə bağlı işçi qrupun tərkibi hər iki tərəfdən razılaşdırılacaq. Onun mexanizmi üzərində fikir mübadiləsi aparılacaq. Yəni hansı xəritələrdən istifadə edilməsi, xəritələrə baxış keçirilməsi, xəritələrdəki xətlərin torpaq üzərinə köçürülməsi məsələsi müzakirə olunacaq. Sərhədlərin delimitasiyası olmadan sülhyaratma prosesini hərəkət etdirmək mümkün deyil. Zənnimcə, Azərbaycanın təkidi ilə bu məsələdə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması barədə məsələ gündəliyə çıxarıla bilər. Ola bilər ki, həmin görüşdə bu məsələ də öz həllini tapmış olsun. Doğrudur, Rusiya bu məsələdə bir qədər çəkingən və Ermənistan yönümlü siyasət yürüdür, amma hər halda Azərbaycanın da mövqeləri güclüdür. Ortada Türkiyə amili də var. Düşünürəm ki, böyük sülh müqaviləsinin bağlanması ilə əlaqədar işlərə təkan vermək üçün mütləq sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prinsipial razılaşma əldə edilməli və ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyü tanınmalıdır. Əgər Moskva görüşündə bu baş versə, o zaman Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesində ciddi əngəllərin ola biləcəyini zənn etmirəm.
Qabil müəllim, Xankəndinin deputatı Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov yeniyetmələr üçün keçirilən “Avroviziya” müsabiqəsinin qalibi olan erməni təmsilçi Malenanı ermənicə təbrik edib. Üstəlik, Azərbaycan təmsilçisi də bu addımı atıb. Necə düşünürsünüz, bu cür təbriklər təqdir, ya tənqid olunmalıdır?
-Yox, bu cür addımlar qətiyyən tənqid oluna bilməz. Bu cür addımlar normal şəkildə qarşılanmalıdır. Biz sivilizasiyalı, mədəni bir xalq olduğumuzu həm bütün dünyaya, həm də ermənilərə sübut etməliyik. Çünki bu kimi məsələlərdə bəzən ermənilərin “ötürməsi” ilə bizə kinayə ilə yanaşanlar var. Biz bu cür addımları atmaqla zənnimcə, alicənablığımızı, multikultural kimliyimizi və sözün əsl mənasında Azərbaycan cəmiyyətində sivilizasiyalı davranış tərzinin hökmran olduğunu sübut etdik. Bu cür, sırf təbliğat xarakteri daşıyan və xalqımızın imicinə xidmət edən belə addımların atılmasından qətiyyən çəkinmək lazım deyil.
– Ermənistanın “Hraparak” nəşri yazır ki, Qazaxın erməni işğalı altındakı 7 kəndindən keçən Ermənistanla Rusiyanı birləşdirən əsas yola alternativ yol çəkilir. İrəvan isə bunu nə təsdiq, nə də təkzib edib. Sizcə, bu, Qazaxın işğal altındakı kəndlərinin qaytarılması istiqamətində hazırlıq işləri ola bilərmi?
– Mən güman edirəm ki, bu, məhz belədir. Çünki əks halda bütün məsələlərin gedişində Qazaxın işğal altındakı 7 kəndinin, üstəlik, 3 min kvadratkilometrlik torpaq və örüş sahələrinin 1984-cü ildə Kremlin göstərişi ilə Azərbaycandan alınıb Ermənistana verilməsi düyün nöqtəsinə çevriləcək. Həmin 3 min kvadratkilometrlik ərazilərin də taleyi həll oluna bilər, amma 7 kəndin geriyə qaytarılmasına mənim zərrə qədər də şübhəm yoxdur. Biz həmin kəndləri qaytarmaq üçün sülh müstəvisində sona qədər mübarizə aparacağıq. Bu baş verməsə, hadisələrin gedişi bütün məsələləri “tormozlaya” bilər. Beləliklə, Azərbaycan yenidən anti-terror hərəkətlərinə ehtiyac duyar və ya itirilmiş ərazilərin qaytarılması uğrunda hərbi yol seçməyə də üstünlük verə bilər, bunun isə Ermənistan üçün nə ilə nəticələnəcəyini düşünmək o qədər də çətin deyil.
12-12-2021, 19:40
“Paşinyan açıq dedi ki, Qarabağı Azərbaycana qaytaracaq” - Nairi Hoxikyan
23-11-2021, 09:36
Putin Nikola zəng etdi, amma Əliyevə yox: Niyə? - NƏ BAŞ VERİR?
2-03-2021, 10:32
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
18-11-2020, 10:41
Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərəcək
10-11-2020, 14:51
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
19-10-2020, 10:53
Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü