“Azərbaycan ailəsində hazırda baş verən proseslər beşqat artıq həyəcan təbili çalmağı tələb edir...” - ÇÜNKİ...
Artıq uzun müddətdir ki, Azərbaycan ailələrində uşaqların sayı azalıb. Xüsusən də şəhərlərdə yaşayan ailələr bir və ya iki uşağın olması ilə kifayətlənir. İş o yerə çatıb ki, 3-4 uşaqlı ailələri çoxuşaqlı ailə hesab edənlər var. 5 və daha çox uşaqlı ailələr isə çox az hallarda, yalnız bölgə və kəndlərdə müşahidə olunur. Beləliklə, ölkədə uşaqların sayı azalmağa doğru gedir.Bir neçə ay öncə tanınmış iqtisadçı Qubad İbadoğlu da bu məsələyə toxunaraq bildirmişdi ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 300 min nəfərədək azalıb:
“Azərbaycanda ölkə əhalisinin 26,5 faizini 0-17 yaşlı uşaqlar təşkil edir. Son 20 ildə bu yaş qrupu üzrə uşaqların sayı 300 min nəfərədək, cəmi əhalidə xüsusi çəkisi isə 2,5 faiz bəndindən çox azalıb. Uşaqların sayının azalması xüsusi ilə də şəhərlərdə daha xarakterik hal alıb”.
Ekspertin fikrincə, uşaqlarının sayının azalmasının səbəblərindən biri onlara yetərli qayğının olmamasıdır: “Baxmayaraq ki, yoxsulluq daha çox çoxuşaqlı ailələrə xasdır, amma belə ailələr üçün əvvəllər mövcud olmuş güzəştlərin bir çoxu aradan qaldırılıb. Azərbaycan yerləşdiyi coğrafiyada uşaqlara sosial müavinət ödəməyən azsaylı ölkələrdəndir”.
Qeyd edək ki, bu gün ölkədə rəsmi olaraq 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Dövlət tərəfindən yalnız bu ailələrə xüsusi müavinət verilir. Qərara əsasən hazırda ailələrdə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa 385 manat verilir.
Ailədə uşaqların sayının az olmasına gəldikdə, psixoloqlar qeyd edir ki, tək uşaq əksər hallarda onun eqoist böyüməsinə, özünəqapanan olmasına səbəb olur ki, bu da uşağın gələcək həyatında və karyerasında mütləq özünü göstərir. Ailədə iki uşağın olması da qənaətbəxş hesab olunmur, çünki bu halda ölkə əhalisinin sayında artım baş vermir.
DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Dəfələrlər bu mövzuda danışmışam. Azərbaycan ailəsində indi baş verən proseslər beşqat artıq həyəcan təbili çalmağı tələb edir. Çünki hazırda ailələrdə çox gərginlik var. Nəticədə ailələrdə uşaqların sayı azalmağa başlayır. Bu məsələ ölkənin gələcəyi üçün çox düşündürücü bir faktdır”.
Sosioloq qeyd edib ki, ailədə bir uşağın olması ölkədə əhalinin sayını kəskin şəkildə azaldır: “Hər ailədə iki uşağın olması yenə də ölkədə əhali artımını azaldır. Çünki hər iki adamdan bir və ya iki uşaq olacaqsa, bəzilərinin də ümumiyyətlə uşağı olmayacaqsa, o deməkdir ki, ölkədə əhalinin sayı azalacaq. Bu, demoqrafik məsələdir.
Qaldı ki, məsələnin tərbiyəvi tərəflərinə, ailədə bir uşaq olanda o, evdə uşaq mühiti görmür. Həmin uşağın ən yaxın həmsöhbətləri ata-anası, nənə-babası olur. Yəni, uşaq eyni zamanda başqa uşaqdan enerji almalı, onunla söhbətdə sosiallaşmalıdır. Normal sosiallaşma odur ki, eyni zamanda, başqa uşaqla birlikdə böyüsün.
Pandemiya ilə əlaqədar indi uşaq baxçalarında da bu məsələ qabarıb. Elə ailələri tanıyıram ki, xəstəliklə əlaqədar uşarları baxçaya buraxmırlar, nəticədə uşaq 4-5 yaşına çatanda evdə qapalı şəraitdə qaldığı üçün cəmi 5-6 adam görür. Bu zaman uşaq eqoist böyüyür, mənəvi cəhətdən istənilən qaydada formalaşmır, özünü böyüklər kimi aparmağa çalışır, onlar kimi oturub-durur və sairə.
İki uşaq olanda da, yenə əhalinin say artımı azalır. Həmçinin bu iki uşaq evdə tez-tez bir-biri ilə dalaşdığı üçün onlarda münaqişəyə maraq psixologiyası formalaşır. Bu da yaxşı olmayan məsələdir. Ona görə də hesab edirəm ki, ailədə üç uşaq olmalıdır. 40 ildir ki, bu məsələni təbliğ edirəm, amma eşidən yoxdur.
Beləliklə, ailədə üç uşaq olanda evdə uşaq mühiti yaranır və ölkə də əhalinin sayı tənzimlənir. Əgər insanların, ailələrin üç uşağı saxlamağa gücü çatmırsa, buna dövlət kömək etməlidir. Çünki uşaq böyütmək təkcə valideynin şəxsi işi deyil, bu ölkənin gələcəyi üçün yeni nəsil yetişdirməkdir. Necə ki, başqa ölkələrdə ağac əkənlərə də maliyyə verilir, eləcə də bu ölkə üçün vətəndaş yetirşdirənlərə hökmən dövlətin qayğısı olmalıdır. Təkcə uşaqpulu deyil, infrastrukturlar yaradılmalıdır ki, bu uşaqlar ölkənin gələcəyi üçün sağlam, mənəviyyatlı, əməksevər, vətənpərvər böyüsün. Bunun başqa bir qorxulu cəhəti də var. Əgər hər ailədə bir uşaq olacaqsa, onda bu ölkədə əhali azalacaq, başqa etnik tərkibli xalqların nümayəndələri bu ölkəyə gələcək, ölkənin etnik tərkibinə təsir edəcək.
Daha bir qorxulu tərəf budur ki, əhali az olanda ölkədə vergi ödəyiciləri, həmçinin gənclər, istehsalda məşğul olanlar, vacib iş görənlər azalır. Bir tərəfdən də yaşlıların sayı artırsa, ölkə dönüb olur “qocalar ölkəsi”, necə ki, bu Çində baş verdi. Fransada və digər başqa ölkədə bu artıq təcrübədən keçib ki, uşaqların sayı az olanda ölkə təqaüdçülər ölkəsinə çevrilir və xeyli problemlər yaranır. Ona görə də bütün bunları nəzərə alaraq, 40 ildir bildirirəm ki, hökmən üç uşaqlı ailə modelinə qayıtmalıyıq".
8-06-2021, 11:18
Metrodan istifadə edənlərin sayı kəskin azalıb - RƏSMİ
23-02-2021, 11:22
Qubada vaxtından əvvəl doğulan əkiz uşaqların həyatı xilas edilib
21-01-2021, 10:49
Azərbaycan əhalisinin sayı açıqlanıb
30-12-2020, 13:47
Qız uşaqlarının oğurlanmasına görə ötən il 9 cinayət işi qaldırılıb - Komitə sədri
17-08-2020, 13:20
Bahar Muradova: Azərbaycanda ümumi demoqrafik artımla bağlı ciddi problem görmürəm
26-11-2018, 12:42
Azərbaycanda əhalinin sayı il ərzində orta hesabla 1 faiz artır
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü