Alqışıyla qarğış qazanan deputat oğlan... - JURNALİST DEPUTATA DƏRS KEÇDİ
Gündəm / Siyasət
Oxunub: 244
17 Ara 2021 | 22:09
Alqışıyla qarğış qazanan deputat oğlan... - JURNALİST DEPUTATA DƏRS KEÇDİcapar.info Ayıbdır! Bunu nə xalq, nə də xaliq bağışlamaz! Adam diplomlu da olar, professor da olar, deputat da olar, nazir, hətta spiker də olar. Amma “hər oxuyan Molla Pənah olmaz ki!”
İllərlə Azərbaycan xalqının içindən keçən hissləri şeirində və sözündə ifadə edən kəsin sözünün kəsilməsinə də , onun sözünün təhrif edilməsinə də, hətta bu təhrifin alqışlanmasına da susmaq olardı, çünki “Nicatımız vətəndaş həmrəyliyindədir” şüarını tək sözdə yox, həm də gerçəkdə düşünmüşük. Amma elə bir məqam var ki, orda nə nicata yer qalır, nə həmrəyliyə…
Sabir Rüstəmxanlının sözünün kəsilib ona cavab verilməsini alqışlayan deputat oğlanlardan biri əməlinə haqq qazandırıb. Kamal Cəfərov 32 yaşında mandat sahibi olmaqdan o qədər xoşhal olub ki, Azərbaycan istiqlalı altında imzası olan KİŞİlərdən biri- Sabir Rüstəmxanlıya “Azərbaycan bizik” (yəni, Siz susun!) deyə bilir. Bakıdan tutmuş Avropaya qədər müxtəlif yerlərdə təhsil alan deputat oğlanın kamalını, yəni savadını bir qırağa qoyaq, buna qayıdacayıq. Yuxarıda da dediyimiz kimi “hər oxuyan Molla Pənah olmaz” , diplomun, mandatın və cəmiyyətdəki mövqeyin gurultulu ola bilər, amma çoxdan bilməliydin ki, AZƏRBAYCAN TƏKCƏ SİZ DEYİLSİNİZ! Azərbaycan ucqar dağ kəndində işıqdan və qazdan bixəbər, işsiz Məmmədhəsən kişidən tutmuş, Azərbaycan Respublikasının Prezidentinə qədər on milyonluq xalqdır. Hələ dövlətimizin sərhədlərindən kənarda yaşayan 40-45 milyon soydaşımızı demirik! O xalq ki, 44 günlük savaşda partiya mənsubiyyətinə baxmadan Yeni Azərbaycan Partiyasının sədri olan Ali Baş Komandanın əmri altında döyüşdü. İndi mən səndən soruşuram Kamal Cəfərov: Mən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüyəm və 45 yaşında 2-ci Qarabağ müharibəsində zabit kimi iştirak etmişəm. Əvvəldən axıra! Ali Baş Komandanın sərəncamı ilə medallarla təltif olunmuşam. Nə deyirsən indi mən YAP üzvü deyiləm deyə Azərbaycana aidiyyətim yoxdur?
Bu savaşda iştirak edənlərin böyük əksəriyyəti Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Məmməd Arazın və sənin haqsız, dövlət maraqlarına uymayan cavab qaytarmaq tərbiyəsizliyi göstərdiyin Sabir Rüstəmxanlının yazıları ilə böyüyüb. Bu çəxslərin heç biri YAP üzvü deyildi. Əgər Azərbaycan demək ancaq YAP üzvü olmaq deməkdirsə, 44 günlük savaşda YAP üzvü olan xeyli icra başçısı savaş meydanında deyil, həbsdəydi. Bilirsənmi bütün bunları niyə detalla və açıq şəkildə sənə anladıram, çünki məhz sənin düşüncəndə olan YAP-çı məmur kontingenti qalib Ali Baş Komandanı məğlub Prezident durumuna düşürmək yolunu davam etdirirlər. Dünya güclərinin arxalıq etdiyi erməniyə qalib gələn bir xalqı və Komandanı- işinizi, sözünüzü, yerinizi bilməməklə, korrupsiya və yaltaqlıqla məğlubiyyətə aparmaq istəyirsiniz, fərqindəsinizmi? Sabir Rüstəmxanlının davası və tənqidi xalqın narazı qaldığı məqamların açıq ifadə olunub həll olunması, narazılığın aradan qaldırılması, kimlərinsə bundan Azərbaycana qarşı istifadə etməməsi üçündür. Siz nə düşünüb, nə edirsinizsə özünüz və vicdanınız bilər. Yeri gəlmişkən, Kamal Cəfərov həm savaş dönəmində, həm ondan sonra hansısa telekanalda və media orqanında bir çıxışınız xatırlanmır. İndi bir hüquqşünasa millət vəkilinin sağlam tənqidini həzm edə bilməmək yaraşmadığı kimi, gənc bir siyasətçiyə də şantala özünü şirunləşdirmək başucalığı gətirməz. İndi özünüzü fədai göstərdiyiniz Prezidentin və dövlətin müdafiəsi üçün Sabir Rüstəmxanlı yaşının bu vaxtında gecəsini gündüzünə qatmışdı və yazdıqları, dedikləri siz çəpikçalanlar bu dünyada olmayanda da qalib Azərbaycanın, bu günlərimizin səsi kimi yaşayacaq! Yaş demişkən, cavansan, alqışı elə et ki, qarğış qazanmayasan!//dia.az
27-04-2021, 13:39
“O, mənim qızım yerindədir” - Hüseynbala Mirələmov
23-02-2021, 11:32
Deputat: “Qazilərə sənədlərin verilməsi mexanizmi asanlaşdırılmalıdır”
16-09-2020, 10:46
Baş prokuror Kamran Əliyev və deputat Kamal Cəfərov milli koordinator seçildi
11-09-2020, 12:28
Cəbhə bölgəsində smartfondan istifadə etmək olmaz - Deputat
9-09-2020, 15:33
Deputatdan baş nazirə MÜRACİƏT: “Güneyli tələbələrə dəstək olaq”
31-01-2020, 10:32
Sabir Rüstəmxanlı Cəmil Həsənlinin "siyahı"sından DANIŞDI: "Sağ olsun ki, məni də "seçilmiş" kimi göstərib"
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü