“Tovuzun icra başçısı dedi ki, kiminsə torpağını alın verin buna...” - Şəhid atası...
“Ailədə iki oğlum var, Sənan və Kənan. Mən özüm də birinci Qarabağ döyüşlərinin iştirakçısıyam, veteranam. Həyat yoldaşım isə Füzuli rayonundan məcburi köçkündür. Sənanda buna görə hərbiyə maraq oyandı. 2015-ci ildə əsgər getdi, 2016-cı il Şanlı aprel döyüşlərində iştirak etdi. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirdi”DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan kəşfiyyatçı Sənan Ələsgərovun atası Əkram Ələsgərov deyib. Şəhid atası Sənanın Bəyləqanda xidmət etdiyini bildirib:
“Sənan Beyləqanda xidmət edirdi. Vətən müharibəsi zamanı isə sentyabrın 29-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu. Sənandan sonra yaxşı heç nə yoxdur. Övlad itirmək çox çətindir. Bu dərdi çəkməyə artıq gücümüz qalmayıb. Bircə onunla təsəlli tapırıq ki, Sənan vətən uğrunda şəhid olub”.
Şəhid atası Tovuz rayon İcra Hakimiyyətindən də narazılıq edib:
“O qədər problemimiz var ki. Onlardan biri bizim ailənin torpaqla təmin olunmamasıdır. Mən özüm Qarabağ savaşının iştirakçısıyam heç torpaqla təmin edilməmişəm. İndi də oğluma görə bizim ailəni torpaqla təmin etmirlər. Biz səkkiz sot torpaqla təmin olunmalıydıq ki, dövlət tərəfindən orda ev tikilsin. Bununla bağlı cənab Prezidentin sərəncamı var. Bir neçə gün öncə bununla bağlı Dövlət Sosial Müdafiə Fondundan mənimlə əlaqə saxladılar. Soruşdular ki, ev tikmək üçün torpaq sahəniz varmı? Dedim ki, yoxumuzdur. Tovuz rayon İcra Hakimiyyətindən də bizə deyirlər ki, sizə veriləcək torpağımız yoxdur. İcra başçısı Məmməd Məmmədovla bir neçə dəfə görüşmüşəm və bu problemi deyəndə deyib ki, “gedin kiminsə torpağını alın verin buna”.
Daha sonra Dövlət Məşğulluq Mərkəzindən bizə gəldilər. Ailəmizi işlə təmin etmək üçün avtoyuma avadanlıqları verilməli idi. Bununla bağlı beş gün kursa da getdim. O avadanlıqları alıb bir yerdə qoyub işlədəcəkdim. Onunla həm mən, həm də orda işləyən adamın ailəsi evinə çörək aparacaqdı. Amma hələ ki, o avadanlığı da vermədilər”.
Qeyd edək şəhid Sənan Ələsgərov 1996-cı ildə Tovuzun Alakol kəndində anadan olub. Vətən müharibəsində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
21-10-2021, 10:10
“Çox istərdim ki, qardaşımın adı məktəbə və küçəyə verilib əbədiləşdirilsin” - Şəhid bacısı
26-04-2021, 10:29
Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır
3-02-2021, 15:55
Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
30-12-2020, 12:14
Bu şəhid anaları Azərbaycan vətəndaşlığını qəbul etdilər
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
6-11-2020, 10:29
Oğlanları ilə birgə döyüşüb şəhid olan ata...
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir