Prezident İlham Əliyev: Avropa İttifaqına 2023-cü ildə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq
Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq.Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır. İxraca gəldikdə isə əlbəttə, bu, bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır. Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi desəm, bu, məni maraqlandırmır. Biz isə öz növbəmizdə ev tapşırığımızı yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edirdik və XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi üzərində çalışırdıq. Həmin layihə ötən ilin son günündə başa çatdırılmışdır. Layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı. Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir. Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni, bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır və əlbəttə, bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim nəhəng təbii qaz ehtiyatımız var. Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir. Siz artıq qeyd etdiniz, Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır və hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Təsəvvür edin, Azərbaycan Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni, hər şey hazırdır və qaz idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir".
Məqalədə:
Prezident İlham Əliyev
9-12-2021, 14:08
Neft-qaz olmasaydı: Azərbaycanın xarici ticarətində böyük kəsir yaranardı - FAKT BUDUR!
5-10-2021, 20:43
Avropada təbii qazın qiyməti 1 350 dolları keçdi
19-02-2021, 13:33
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb
17-01-2019, 13:25
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
19-12-2018, 14:22
Yanvar-noyabrda Azərbaycandan MDB ölkələrinə 1 milyard dollar dəyərində məhsul ixrac olunub
14-11-2018, 12:26
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü