Məhkəmə hakimi sahibkara necə PROBLEM YARADIR... - Prezidentə müraciət olundu
capar.info : - Azərbaycanda artıq pandemiya məhbusları da var. Ən dəhşətlisi odur ki, pandemiyanın ucbatından məhkum edilən şəxs iş adamıdır, nümunəvi ixracatçılardandır, hər zaman nizam-intizamlı fəaliyyətinə görə fərqlənib. Yəni indiyə qədər onun işində elə bir nöqsan olmayıb ki, dövlət qurumları ilə əməkdaşlığında problem yaşansın. Lakin epidemiya səbəbindən 2 ildən çoxdur ki, ölkə və dünya iqtisadiyyatının kəllə-mayallaq olması istər-istəməz sahibkarların qarşısında ağır problemlər qoyub. Anaxeber.info bildirir ki, kənd təsərrüfatı ixracatçısı olan Təyyar Hidayətov həmin pandemiya məhbusudur və düşdüyü çətinliklə bağlı dəstək verilməsinə əvəzinə həbsə göndərilib. T.Hidayətov ölkədən kənd təsərrüfatı ixracının təşkilini aparan öndə gedən sahibkarlardan biridir, təəssüf ki, indi onu azadlıqdan və işindən məhrum ediblər. Bu pisliyi edən isə Bərdə rayon məhkəməsinin hakimi Qamət Əbilovdur. O, bu il dekabrın 7-də araşdırma aparmadan iş adamı barəsində inzibati həbs qərarı verib. Hakimin əsassız qərarı ilə bağlı Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edən sahibkarın yaxınları Q.Əbilovun hökmünü ədalətsiz sayırlar. Bildirilir ki, ölkədən ixrac edilən kənd təsərrüfat məhsulunun pul vəsaitini müvəkkil bank vasitəsilə geri qaytarmadığı təqdirdə qərar çıxarıla bilər. İş adamı T.Hidayətov təkcə 2020-ci ildə ölkəyə 2 milyon dollar pul vəsaiti qaytarıb. Lakin həmin il vergi bank hesabına qoyulan sərəncam, pandemiya dövrü olduğundan bəzi pul vəsaitinin xarici ölkədə qaldığından geri qaytarılmayıb. Hakim Qamət Əbilov göstərilən bu səbəbləri nəzərə almadan ona həbs verib. Belə bəhanə edib ki, gömrük ondan tələb edir, başqa addım atmaq mümkün deyil. Bu isə hüquq-məhkəmə sisteminə yaraşmayan davranışdır. Çünki pul vəsaitini əgər bir sahibkar olaraq öz hesabına qaytarmayıb, başqa ölkəyə pul vəsaiti kimi çıxartsa, o halda həmin qərar iş adamına şamil oluna bilər. Görünən odur ki, T.Hidayətovun ixrac etdiyi məhsulun alıcısı olan qarşı tərəf pul vəsaitini bank hesabına 180 gün müddətə qaytarmalıdır. Bu müddət keçəndən sonra pulun geri qaytarılması qeyri-mümkündür. 11 saylı Vergi İdarəsinin bank hesabına sərəncam qoyduğu müddət 1 ildən artıqdır. Yəni burada sahibkar ixtiyarı xaricində olan bir neçə səbəblərdən pul vəsaiti geri qaytarılmayıb. Amma hakim problemləri nəzərə almadan inzibati həbs çıxarıb. Müraciətdə dövlə başçısından dəsətk istənilir: “Cənab Prezident, bu gün ölkədə kənd təsərrüfatı ixracına göstərdiyiniz diqqət, bütün sahibkarlar tərəfindən qiymətləndirilir. Lakin Əbilov Qamət kimi hakimlərin çıxardığı qərarlar Sizin dəstəklədiyiniz məhkəmə-hüquq sisteminə ləkə gətirir. Əbilov Qamət vicdanla, ədalətə istinad edərək qərar çıxartmaq əvəzinə Hidayətov Təyyarın üç azyaşlı övladı olmasını, digər göstərilən səbəbləri nəzərə almadan verdiyi həbs qərarı haqsızlıqdır. Hörmətli Prezident, Sizə güvənərək Hidayətov Təyyara verilən bu haqsız qərara görə Ədliyyə Nazirinə , Ali məhkəmənin sədrinə Əbilov Qamət barəsində tədbir görülməsi üçün tapşırıq verməyinizi xahiş edirik”.//Anaxeber.info
4-10-2021, 21:23
“Facebook”, “WhatsApp” və “Instagram”ın işində problem yaranıb - RƏSMİ
28-09-2021, 12:40
Qoşqar Təhməzli sahibkarlara BELƏ QAN UDDURUR... - NARAZILIQ VAR!
8-06-2021, 10:41
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
6-08-2020, 12:51
İndiyə kimi fərdi sahibkarlara 170 milyon manatdan çox vəsait ödənilib
11-04-2020, 12:14
Kənd təsərrüfatı məhsullarının Bakıya gətirilməsi üçün bunu etmək lazımdır - RƏSMİ
24-01-2019, 12:50
Ali Məhkəmənin sabiq sədri həbs edildi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü