Bahalaşma deputatları da “dilə gətirib”: “Maaş az, qiymət baha” - Yaşa görüm, dözürsən?!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 317
8 Ara 2021 | 22:00
Bahalaşma deputatları da “dilə gətirib”: “Maaş az, qiymət baha” - Yaşa görüm, dözürsən?!

capar.info : - Son dövlər Azərbaycanda bir çox məhsulların qiymətində bahalaşma müşahidə olunur. Bu da öz növbəsində əhalinin sosial rifahına mənfi təsir göstərir. Mağaza və ya marketlərdə, demək olar ki, eyni məhsul az qala hər ay bahalaşır. Məsələ Milli Məclisin plenar iclaslarında da müzakirəyə çıxarılır. Bəzi parlamentarilər “SOS” siqnalı çalaraq bahalaşmanın qarşısının alınmasına dair təkliflər irəli sürüblər. Elə bu günlərdə millət vəkili Razi Nurullayev mətbuata açıqlamasında bahalaşamaya yol açan səbəblər və nəticələri barədə danışıb. O qeyd edib ki,
bahalaşmanın qarşısını almaq üçün idxal olunan malların müəyyən rüsumlardan azad edilməsi vacibdir:

“Yaxud da rüsumlar azaldılmalıdır ki, mal-əmtəə Azərbaycana daha ucuz qiymətə gəlib çatsın. Ölkədə istehsal olunan məhsullara tətbiq olunan güzəştlər artırılsın, vergilər azaldılsın. Beləliklə, qiymətlər insanların cibinə uyğun olsun.

Bax bu iki məsələni ciddi şəkildə hökumət səviyyəsində araşdırılmasına ehtiyac var. Hələ ki bununla bağlı qərar qəbul olunmur”.

R.Nurullayev qeyd edib ki, bu gün Azərbaycanda vətəndaşların qazancları kifayət qədər deyil:

“Əmək haqları rəqabətli deyil. Pensiyalar, minimum əmək haqqı çox aşağıdır. Bütün bunlar da insanların ay ərzində ləyaqətli yaşayışına bəs etmir. Qaz və işığın qiymətlərinin artması da insanlara xeyli təsir edib. Müəyyən addımlar atılmalıdır ki, qiymətlərin azaldılmasına gətirib çıxarsın”.

İqtisadçı ekspert Natiq Cəfərli də “Sherg.az” açıqlamasında Azərbaycanda bu ilin əvvəllərindən qiymət artımının sürətləndiyini qeyd edib:

"Ötən illə bu ili müqayisə etdikdə artımı aydın görə bilərik. Bu il qiymətlərdə 9-10 faiz artım, ümumi inflyasiyada isə 5 faiz artım müşahidə edilir".

N. Cəfərliyə görə bu qiymət artımının obyektiv səbəbləri araşdırılmalıdır:

"Obyektiv səbəb kimi deyə bilərəm ki, son zamanlarda dünyada da qiymət artımı müşahidə olunur. Bu, Azərbaycandan asılı səbəb deyil. Bahalaşma əsasən pandemiyanın başlaması ilə bağlıdır. Digər bir səbəb isə logistikanın bahalaşmasıdır. Bu da qiymətlərə öz təsirini göstərir".

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan hökumətindən asılı olan səbəblər də var:

"Hökumət hələki bu sahədə lazımi addımlar atmır. Əksinə qiymət artımına təsir edəcək qərarlar verir. Buna misal olaraq "Dizel" yanacağının qiymətinin birbaşa olaraq 34 faiz artmasını göstərə bilərik. Məhsulun maya dəyəri artdıqca qiymətlər də artır. Məlum qərarı verərkən bilməli idilər ki, bu, qiymət artımına səbəb olacaq".

N.Cəfərli hesab edir ki, vergi və gömrük siyasətində də müəyyən boşluqlar var:

"Çünki ölkədə istehsalı olmayan məhsullar çoxdur. 55-60 faiz ərzaq məhsulları xaricdən gətirilir. Bu avtomatik olaraq qiymət artımına təsir göstərir. Bununla yanaşı, ənənəvi problemlər də var. Bunlara rəqabət mühitinin aşağı olması, bazarda şirkət sayının az olması və s. məsələləri aid etmək olar”.
3-12-2021, 11:12
Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
4-11-2021, 11:48
İnsanların real gəlirləri aşağı düşüb, sosial vəziyyət pisləşir – Maaşlar artacaq, amma...
4-11-2021, 07:12
"Bahalaşma olarsa, əmək haqqı onu üstələməlidir" - deputat
12-10-2021, 17:46
"Bazarda hər şey olduğu halda niyə bahalaşma olur ki?!" - Deputatdan SƏRT REAKSİYA
12-10-2021, 17:40
"Bazarda hər şey olduğu halda niyə bahalaşma olur ki?!" - Deputatdan SƏRT REAKSİYA
20-05-2021, 09:37
Bakıda torpaq qiymətləri bahalaşır - Mövsümün təsirləri
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq