Naxçıvanda Şimali Koreya rejimi: MR-də pəncərələri açmaq cinayət hesab olunur? - İLGİNC İDDİALAR...

capar.info : - Vaxtilə “Azərbaycanın kiçik torpağı” adıyla məşhur olan Naxçıvan Muxtar Respublikası artıq 1 həftədir ki, digər bir namıyla ün qazanmağa haqq edib – Azərbaycanın Şimali Koreyası.
Muxtar Respublikanın adının açıqlanmasını istəməyən yüksək səlahiyyətli nümayəndəsinin Ovqat.com-a verdiyi məlumata görə, 1 dekabr tarixindən etibarən Naxçıvanda bu istiqamətdə mühüm addım atılıb.
Söhbət Naxçıvan hakimiyyətinin istilik və elektrik təchizatında həyata keçirdiyi yeni qaydalardan gedir.
“Məlum olduğu kimi, dünyadan tamamilə təcrid olunan Şimali Koreya qarşılaşdığı böhrandan çıxış yolunu iqtisadiyyata və sosial həyata bəzi məhdudiyyətlərin gətirilməsində görür. Başlıca məhdudiyyətlər isə istilik və elektrik enerjisinin təchizatında tətbiq olunur. Bəzən müxtəlif aralıqlarla istilik və elektrik enerjisi verilir, bəzən isə gecə saatlarında bu sistemlər tamamilə söndürülərək qənaət rejiminə keçirlir. Naxçıvanda da 1 dekabr tarixindən faktiki olaraq Şimali Koreya təcrübəsi tətbiq olunur”, - informasiya mənbəmiz belə deyir.

Onun bildirdiyinə görə, 01.12.2021-ci il tarixdən etibarən Naxçıvanda elektrik enerjisi 3 saatdan bir kəsilir, 1 saatlıq fasilədən sonra yenidən verilir: “Bütün əhali, dövlət və qeyri-dövlət qrupundan olan istifadəçilər üçün adına “Şimali Koreya təcrübəsi” deyəcəyimiz bu qayda keçərlidir. Hətta Naxçıvan MR-ın bütün rayon və kəndlərində axşamdan bir az keçməmiş küçə işıqları da söndürülür. Beləcə, Muxtar Respublika cəhənnəm qaranlığına qərq olur. Bu qayda yalnız Naxçıvan şəhərində qismən tətbiq edilmir. İstisnasız olaraq bütün uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər dövlət qurumlarında da qazın və istilik enerjisinin verilməsində fasilə rejimi tətbiq olunur. Belə ki, məktəblərdə istilik rejimi yalnız səhər saat 8.00-dan 10.00-a qədər verilir. Saat 10.00-dan sonra isə söndürülür. Məktəblilər getdikcə soyuyan hava şəraitində eynilə Antraktida pinqvinləri kimi yalnız günəş istiliyinə ümid bağlayırlar. Həmçinin xəstəxanalar, bağçalar, hərbi hissələr və digər dövlət qurumlarında da bu qayda keçərlidir. Türkiyə və İrana elektrik ixrac edən Naxçıvanda əhali zülm çəkir”.
İnformasiya mənbəmizin iddiasına görə, Naxçıvanın istilik və elektrik enerjisi ilə təchizatında “Şimali Koreya” rejiminin tətbiqi Muxtar Respublikanın Maliyyə Nazirliyi tərəfindən bütün icra hakimiyyətlərinə və kommunal xidmət müəssisələrinə göndərilən rəsmi məktubla həyata keçirilməyə başlanılıb. Mənbəmiz müvafiq dövlət qurumlarına faks vasitəsilə göndərilən həmin məktubun surətini də bizə təqdim edib. Məktubda deyilir ki, Naxçıvan MR-in Ali Məclisində 2021-2022-ci ilin payız və qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. Müşavirədə elektrik enerjisinə və təbii qaza qənaət edilməsi barədə qərar qəbul olunub. Qərarda istilik enerjisinə qənaət etmək məqsədilə dövlət məmurlarına iş otaqlarının pəncərələrinin açıq tutulmaması kimi absurd tapşırıqlar verilib. Halbuki, bir çox həkimlər pandemiyanın geniş şəkildə yayıldığı indiki zamanlarda ictimai yerlərdə qapalı məkanların pəncərələri açaraq havanı tez-tez təzələməyi tövsiyə edirlər. Naxçıvanda isə faktiki olaraq pəncərələrin açılması cinayət elan olunub və hətta onun cəzası da müəyyənləşdilib. “Məlumat üçün bildirilir ki, məsələ ilə əlaqədar Naxçıvan MR Maliyyə Nazirliyi tərəfindən mütəmadi reydlər aparılacaq və elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməyən təşkilatlar barəsində inzibati qaydada cərimə tətbiq olunacaq”, - Muxtar Respublikanın idarə və təşkilatlarına göndərilən yeni təlimatda belə deyilir. Başqa sözlə, Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreisus tövsiyyələrini qatlayıb qoysun cibinə, Naxçıvanın bir “Cənab Sədri” var, bütün tövsiyələri də o verə bilər.

Mənbəmizin bildirdiyinə görə, Muxtar Respublikada “Şimali Koreya” variantlı qış rejiminə keçişi şərtləndirən səbələrdən biri İranın bir müddət əvvəl Naxçıvana verdiyi təbii qazı kəsməsidir. Baxmayaraq ki, soyuq mövsümə keçər-keçməz İranın atdığı bu addım Azərbaycan rəsmilərinin qonşu dövlətin səlahiyyətliləri ilə apardığı danışıqlardan sonra dayandırıldı. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin noyabrın 21-də Tehran səfərindən sonra Naxçıvana təbii qaz yenidən verildi. Odur ki, Naxçıvanda hələ də istilik təchizatında problemlərin yaşanması anlaşılan deyil.
Üstəlik, Azərbaycanın müxtəlif yerlərində payız və qış rejiminə hazırlıq barədə müşavirələr adətən yay aylarında keçirilir. Bəs ölkənin ən soyuq hava şəraitinə malik bölgəsində analoji qərar niyə qış ərəfəsində verilib? Ən əsası isə, yay aylarında İranla Azərbaycan arasında ciddi söz müharibəsi başlamışdı. Hətta SEPAH Naxçıvanla sərhədlərdə “Xeybər Fatehləri” adlı hərbi təlimlər keçirmiş, dolayısıyla bizi təhdid etmişdi. Sözsüz ki, onun Naxçıvana verdiyi qazı qış aylarında kəsəcəyi ehtimalı da istisna edilməməli idi. Elədirsə, Naxçıvan rəhbərliyi niyə bugünkü vəziyyəti əvvəlcədən görməyib və qarşı tədbirlər almayıb?

Mənbəmiz bildirir ki, Naxçıvanda da payız-qış mövsümünə hazırlıq müşavirəsi əslində avqustun sonlarında keçirilib: “Mənim bildiyimə görə, həmin vaxt paytaxtdan Muxtar Respublika rəhbərliyinə bu mövsümə ciddi hazırlıqla bağlı xəbərdarlıq edilmişdi. Hətta payız-qış mövsümündə prioritet məsələnin elektrik enerjisi və təbii qaz təchizatı olduğu vurğulanmışdı. Bakıdan gələn şifahi təlimatlardan sonra Ali Məclisin sədri müşavirə keçirib məmurlara da bəzi tövsiyələr vermişdi. Naxçıvan MR Maliyyə Nazirliyinin tətbiq etdiyi məhdudiyyətlər də əslində avqust müşavirəsindəki tövsiyələrdən irəli gəlir. Çünki həmin müşavirədə cənab sədr payız-qış aylarında məhdudiyyət rejiminə keçiləcəyinə eyham vuraraq demişdi:

“Dövlət Energetika Xidməti mövcud imkanlardan səmərəli istifadə etməli, elektrik stansiyalarının gücü və tələbat düzgün qiymətləndirilməlidir... Elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimuma endirilməsi diqqətdə saxlanmalı, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri gücləndirilməlidir”.
O həmçinin vurğulamışdır ki, Qaz İstismar Xidməti qış mövsümündə əhalinin təbii qaza olan tələbatını düzgün müəyyənləşdirməli, qaz təchizatı sistemi texniki baxışdan keçirilməlidir. Ayrıca “texniki itki normalarının minimal həddə saxlanılmasına və qanunsuz istifadə hallarına yol verilməməldir”. Görünür, MR-in Maliyyə Nazirliyi də təlimat xarakterli bu göstərişi əsas götürüb, üzərinə də “pəncərələri açıq tutmayın” əlavəsini edib müvafiq dövlət qurumlarına faks çəkib”.
Həmsöhbətimiz əmindir ki, Muxtar Respublikada tətbiq olunan qənaət rejiminin əsas məqsədi istilik və elektrik enerjisinə yaranan borcu bağlamaqdır. Onun fikrincə, Naxçıvanda əhalidən yığılan işıq və qaz pulu mənimsənildiyindən indi onun yeri doldurulmalıdır. Bunun ən qısa yolu isə enerjini verməyib sənədlərdə vermiş kimi göstərməkdir.
7-08-2020, 11:34
Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir
26-07-2020, 14:38
Şimali Koreyada koronavirusa ilk yoluxma qeydə alındı, Kim Çen In bir şəhəri bağladı
17-01-2019, 13:25
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
16-12-2018, 13:30
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
16-12-2018, 13:28
Ölkədən ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb
1-12-2018, 13:03
ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü