KTMT-dən də, NATO-dan da olan İRƏVAN HARA GEDİR... - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 283
3 Ara 2021 | 10:31
KTMT-dən də, NATO-dan da olan İRƏVAN HARA GEDİR... - GƏLİŞMƏ

capar.info : - Noyabrın 16-da Ermənistanın Xarici İşlər Nazirliyi sərhəddə yaranmış gərginliklə bağlı üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət göndərmişdi. Müraciət çərçivəsində, guya Azərbaycanın Ermənistana təcavüzü barədə hesabat göndərilib.

“Yeni Müsavat” bildirir ki, müraciətdə Ermənistan həmin hesabata KTMT-nin qiymət verməsini istəyib. Bundan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin baş katibi, Belarus təmsilçisi Stanislav Zasa zəng edib. Mirzoyan ənənəsinə sadiq qalaraq, son baş verənlərə görə Azərbaycanı ittiham edib, ölkəsinin suveren ərazisinə müdaxilə olunduğu haqda yalanlar danışıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək sərhədindəki vəziyyəti müzakirə etmişdi. Aydındır ki, bütün bu zənglər KTMT-yə dönəm rəhbərliyi edən Belarusa təzyiq etmək məqsədi daşıyırdı. Ermənistanda gözləyirdilər ki, noyabrın 29-da KTMT-nin Parlament Assambleyası 9-16 noyabrda baş verənləri özündə əks etdirən həmin hesabata baxacaq. Düzdür, noyabrın 29-da KTMT PA ilə təşkilatın özünün şura iclası birgə keçirildi. Tədbirdə təşkilatın baş katibi Stanislav Zas çıxış edib və KTMT-nin məsuliyyət zonasında ümumi şəkildə vəziyyətin gərgin olduğunu qeyd edib. Əsasən diqqət Ukrayna ətrafında gedən proseslərə, NATO-nun həmin istiqamətdə fəallaşmasına yönəldilib.

Ancaq Ermənistanın məlum hesabatı ilə bağlı konkret olaraq heç nə yoxdur, bir kəlmə də deməyiblər. Bütün bunlar o deməkdir ki, KTMT növbəti dəfə Ermənistanı məyus etdi. Bu dəfə də onların gözləntiləri fiaskoya uğradı. Gözlənilir ki, bundan sonra Paşinyan hakimiyyətində KTMT-dən çıxmağı tələb edən anti-Rusiya qruplar yenidən fəallaşsınlar. Üstəlik, Ermənistan KTMT-də olan formal müttəfiqlərinin Aşqabadda Azərbaycanı müharibədəki qələbəsi münasibətilə təbrikindən sonra daha bir tərs sillə aldı. Bəs Rusiyanın patronu olduğu bu qurumdan çıxmaqla bağlı Ermənistanın hədələrini niyə ciddiyə almırlar? İrəvanda sözügedən hərbi alyansdan çıxmaqla bağlı tələblər arta bilərmi?

Onu da deyək ki, Ermənistan 2 illik KTMT-yə sədrlik edəcək, bu halda sədri olduğu təşkilatda İrəvanın çağırışlarına niyə məhəl qoymurlar. Bundan öncə də 44 günlük müharibə dövründə Paşinyanın KTMT-yə çağırışları olmuşdu, o zaman da onun müraciətləri qulaqardı edilmişdi, hətta Rusiya prezidenti döyüşlərin Ermənistan ərazisində getmədiyini deməklə müdaxilə imkanları olmadığına işarə vurmuşdu.

Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, 44 günlük müharibədə Ermənistan KTMT-nı bu prosesə cəlb etmək istəyirdi: “Amma Rusiya lideri Putin dedi ki, döyüşlər Azərbaycan ərazisində gedir. İndi yenidən provokasiyalı iddialar səslənməkdədir. Onlar hər vəchlə alyansı inandırmağa çalışırlar ki, Azərbaycan Ermənistan ərazisinə müdaxilə edir. Amma KTMT-nin üzvləri bilirlər ki, münaqişə bizim ərazi ilə bağlıdır. Məsələ budur ki, İrəvan təşkilatdan çıxmaq üçün bəhanələr gəzir. Eyni zamanda unutmaq olmaz ki, KTMT-yə üzv ölkələrin Azərbaycanla yaxşı münasibətləri var. Ona görə bu qurumun Bakıya təzyiq göstərəcəyini güman etmirəm”.

Siyasi təhlilçi Ramiyə Məmmədova deyir ki, Mirzoyanın KTMT baş katibindən nəyisə ummasının məntiqi yoxdur: “Çünki sərhədlər müəyyənləşməyib, necə Azərbaycan Ermənistana aid əraziyə müdaxilə edə bilər? Bu alyansın ağası Rusiyadır, Moskva da sərhədlərin dəqiqləşməsinin vacibliyindən danışır, bu halda KTMT sərhədi müəyyən edilməmiş ərazilərlə bağlı hansı qərarı verə bilər?”

Təhlilçi hesab edir ki, Paşinyan Qərbin kadrı olduğu üçün Rusiyanın olduğu bütün təşkilatlardan çıxmağa çalışır: “Ancaq mümkün olmayacaq. Ermənistan iki il KTMT-yə sədrlik etməlidir. Bu müddətdə əleyhimizə bir sıra məsələlərin qaldırılması mümkündür, amma sədrlik formal xarakter daşıyır, Rusiyanın razlığı olmadan Paşinyan hər hansı addım ata bilməz”.

Ekspert nəzəri olaraq KTMT-nin məsələyə münasibət bildirməsini belə əhəmiyyətli saymır: “Tutaq ki, Ermənistanın hesabatına qiymət verildi, deyildi ki, Azərbaycan Ordusu Ermənistanın suveren ərazisinə daxil olub, son nə olacaq? Ermənistan bunu əlində bayraq tutub bizə qarşı praktik olaraq hansı siyasəti apara bilər? Kim inanar ki, alyansa üzv ölkələr hərbi müdaxilə qərarı verəcəklər? Orada Belarus, Qazaxıstan kimi Azərbaycanla dost dövlətlər var. Yəni KTMT-nın hərbi müdaxiləsi indiyə qədər heç zaman olmayıb. Odur ki, erməni tərəfinin perspektivsiz müraciətlərinin bundan sonra da nəticə verəcəyini gözləmirəm. Sadəcə, Paşinyan oradan çıxmaq üçün vurnuxur. Lakin alınmayacaq. Onu Qərbdəki himayəçiləri inandırırlar, sonda Ukraynanın vəziyyətinə salacaqlar. Ümumiyyətlə, Rusiya belə zarafatları sevmir və İrəvan da KTMT-yə müraciətlərinə məhəl qoyulmadığını görürsə, anlamalıdır ki, ilk növbədə dövlət kimi özünə hörmət qoymağı bacarmalısan”.
24-11-2021, 10:05
Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir? - GƏLİŞMƏ
20-08-2021, 09:51
Ermənistan KTMT-dən çıxa bilər - Ekspert danışır
24-05-2021, 14:35
Moskva Azərbaycanı Putinin hərbi blokuna üzvlüyə ÇAĞIRDI
26-12-2018, 13:49
Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib
8-12-2018, 14:27
Lukaşenko Paşinyanı itələdi - VİDEO
14-11-2018, 13:14
Ermənistan özünü balaca uşaq kimi aparır - MOSKVADAN BAXIŞ
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü