Mehrac Babayev məhkəmə önünə çıxarılacaq - İLGİNC İDDİALAR...
capar.info : - Londonda və Bakıda keçirilən səs-küylü, maxinasiyalar üzrə məhkəmə prosesi həbsdəki və azadlıqdakı oliqarxlara yaxşı heç nə vəd etmir. Ötən həftə belə məlumat yayıldı ki, Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyev London məhkəməsində ifadə verə bilər. Bu haqda “The Evening Standard” nəşri məlumat verib. Qəzetin yazdığına görə, Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA-National Crime Agency) Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın ümumi dəyəri 3,2 milyon funt sterlinq (təxminən 4,5 milyon dollar) təşkil edən qızıl-zinət əşyalarının müsadirə edilməsi üçün iddia qaldırıb. Nəşr bildirir ki, Cahangir Hacıyevin bu iş üzrə şahid qismində həbsxanadan videokonfrans yolu ilə ifadə verməsinin təmin edilməsi üçün Milli Kriminal Agentliyi Azərbaycan tərəfinə sorğu göndərə bilər.
Cahangir Hacıyevin vəkili bu perspektivlə bağlı Musavat.com-a danışıb, bəzi məqamlara aydınlıq gətirib.
NCA adından məhkəmədə çıxış edən krallıq vəkili Endryü Berd məhkəməyə bildirib ki, aktivlər “Cartier Ltd” firmasından və “Christies” hərrac evindən müsadirə edilib: "Onlar ora Leyla Mahmudova tərəfindən (keçmiş MTN rəhbəri Eldar Mahmudovun qızı-red.) göndərilib, amma dəlillər var ki, zinət əşyaları əslində cənab Hacıyevanın istifadə etdiyi hesablardan ödənilən 3 milyon funt sterlinqə alınıb. O, “Harrods”dan müxtəlif mallar almaq üçün kredit kartlarından istifadə edib. Bu zinət əşyalarının çoxu “Harrods”dan kredit kartları hesabına alınıb".
Qəzet yazır ki, gələn il iş üzrə daha bir məhkəmə keçiriləcək və orada Cahangir Hacıyevin müsadirə prosesində hansı rol oynaya biləcəyi müəyyən olunacaq, daha sonra zinət əşyalarının taleyi barədə qərar veriləcək. NCA bildirir ki, Z.Hacıyeva bu zinət əşyaları və yaşadığı malikanə ilə yanaşı Askotddakı “Mill Ride” qolf meydançasını da qanunsuz əldə edilmiş vəsaitlərlə alıb.
Z.Hacıyevanın aktivlərinə Böyük Britaniyada 2017-ci ildən qüvvəyə minmiş İzahedilməz Sərvətlər Haqqında qanun əsasında həbs qoyulub. Bu qanun korrupsioner oliqarxlara və onların ailə üzvlərinə sərvətlərinin mənbəyini açıqlamaq məcburiyyəti qoyur. Əgər adekvat izahat verilməsə qanun bu sərvətlərin müsadirəsini nəzərdə tutur.
Xatırladaq ki, bir cinayət məhkəmədə mübahisələndirildikdə, tərəflərin hər birinin ifadəsinə baş vurulur. Tərəflərdən tutaq ki, 1 nəfər həbsdədirsə, müasir texnoloji imkanlar vasitəsilə onu da dünyanın istənilən yerində keçirilən məhkəmə iclasında dindirmək mümkün olur. O baxımdan C.Hacıyevin məlum məhkəmə prosesində onlayn iştirakı istisna edilmir.
Azərbaycanda isə səs-küylü bir məhkəmə prosesi aparılır. Adına “KİVDF işi” deyilən bu prosesdə adı keçən şəxslərdən biri də Mehrac Babayevdir. O, hazırda Azərbaycanda yaşamır. Amma adı cinayət işində keçirsə, Babayevin nə zamansa məhkəməyə dəvət olunacağı istisna deyil. Onu da Cahangir Hacıyev kimi hakimlər onlayn dindirə bilərmi? Bu perspektiv mümkündürmü?
Xatırladaq ki, jurnalistlər üçün tikilən binada böyük yeyintilər olub. Binanı inşa edən şirkət isə M.Babayevə məxsusdur.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Mehrac Babayevin bu iş üzrə canlı olaraq, yaxud onlayn şəkildə dindirilməsi mümkündür.
“Mehrac Babayevin bu gün xaricdə yaşaması Azərbaycanda törətməsi ehtimal edilən əməllərlə bağlı dindirilməsinin mümkünsüzlüyü anlamına gəlmir. Dünyanın harasında olmasından asılı olmayaraq onu Azərbaycan məhkəməsi dindirməyə cəlb edə bilər. Prezidentin tapşırığı ilə Azərbaycan məhkəmə sistemi elektronlaşdırılır, müasir məhkəmə komplekslərində onlayn proseslərin keçirilməsi üçün texniki imkanlar var. Mehrac Babayev də belə komplekslərdə quraşdırılan avadanlıqlar vasitəsilə dünyanın harasında olmasından asılı olmayaraq dindirmələrə cəlb oluna bilər. Əgər Mehrac Babayev Azərbaycan məhkəməsinin çağırışlarına cavab verməsə, dindirmələrdən yayınsa, barəsində məcburi gətirilmə qərarı verilə bilər. Bundan başqa, əməlində cinayət tərkibi olsa, bu zaman barəsində beynəlxalq axtarış da verilə bilər” - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları bu gün istənilən tapşırığı yerinə yetirmək imkanındadır. Sadəcə, ortada məhkəmələrin, istintaq orqanının qanuni qərarlarının olması yetərlidir.
6-09-2021, 11:21
Cahangir Hacıyevdən XƏBƏR VAR - apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
2-09-2021, 09:30
Londona pul daşıyan korrupsionerlərin yeni kələkbazlığı - GƏLİŞMƏ
31-08-2021, 14:23
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
13-08-2021, 12:56
Cahangir Əsgərov deyəsən, ARADAN ÇIXIR... - İLGİNC GƏLİŞMƏ
22-12-2018, 15:14
Cahangir Hacıyev və digər 21 şəxs barəsində bəzi epizodlar üzrə cinayət işi məhkəməyə göndərilib
16-11-2018, 16:27
Zamirə Hacıyevaya 12 ilədək həbs cəzası verilə bilər
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü