“Heç kim Putinə “A kişi, bu qədər yalan danışma, ayıbdır!” demir” - Rəsul Quliyev
Gündəm / Siyasət / Hadisə
Oxunub: 280
24 Kas 2021 | 09:58
“Heç kim Putinə “A kişi, bu qədər yalan danışma, ayıbdır!” demir” - Rəsul Quliyev

capar.info : - “Keçmiş Sovet İttifaqına daxil olmuş ölkələrin içərisində ən az yaşı olan ölkə Rusiyadır. Prezident Putinin rusiyanın qədim tarixi olmasından danışması bu insanın mütləq mənada savadsızlığına dəlalət edir, ya da əksəriyyətinin yarı kefli olduğu rusların düşünmək istəməməsindən istifadə edir. Əslində Rusiyanın ölkə olması XVII əsrdən başlayır. Rusiya knyazlıqlar şəkilində ya Monqol - Türklərin, Polşanın, ya da Litva ölkələrinin tabeçiliyində olub. Təriflədikləri öz nazirlərini diri-diri qaynar yağ çəlləklərində bişirən İvan Qroznı ancaq və ancaq Moskvanın knyazı idi. Krım xanlığı bir neçə dəfə Moskvanı işğal etmişdi və İvan Qroznı krımlılara hər il bac xərac verirdi. Putin daima qonşularını qorxu içərisində saxlayır. Məsələn, Qazaxıstanın ölkə olmadığını, Rusiyanın bu ölkəni yaratdığını və ona görə onun varidatı olduğu üçün istənilən vaxt yenidən geri götürə bilər işarəsini vurur. Bu insan Roma imperiyasında legioner kimi iştirak edən Ukraynanı Rusiyanın yaratdığını iddia edir”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

R.Quliyev vurğulayıb ki, ukraynalılar tarixdə olduqları vaxtdan azı 700 il sonra ruslar peyda olublar: “XVII əsrdə Qərbdə bütün müharibələri uduzan ruslar heç kimin yaşamadığı, getmədiyi Sibirdə bəzi yerlərdə məskunlaşıb və buraları Rusiya adlandırıb. Bugün də Rusiyanın Ural dağlarından Yaponiyaya qədər olan ərazisində cəmi 25-30 milyon adam yaşayır, 120 milyon isə Avropa hissəsində. Osmanlı imperiyası ilə İran imperiyasının Bağdad uğrunda apardıqları müharibədən istifadə edib 1812 və 1828-ci illərdə İranla müharibədə Şimali Azərbaycan, Dağıstan və Gürcüstanı işğal edib öz torpağı adlandıran Rusiya imperiyası bu ölkələrin dilinə, mədəni həyatına, dininə təcavüzə başlayıb, bu millətləri ruslaşdırmaq üçün dəridən qabıqdan çıxıb, ancaq buna nail ola bilməyiblər. 1918-ci ilin mayında Zaqafqaziya ölkələri müstəqillik elan ediblər. Bolşevik Rusiyasının başı özünü işğaldan xilasa və sonra vətəndaş müharibəsinə qarışmışdı. Azərbaycan və Gürcüstanın müəyyən mənada ölkə yaratmaq üçün torpaqları var idi. Ermənistanın isə heç bir şeyi. Ermənistanı yaratmaq üçün Türkiyə və Azərbaycan ermənilərə torpaq veriblər. İndi Rusiyanın Putini Ermənistanı Rusiyanın yaratdığını iddia edir, heç kim də bu adama “A kişi, bu qədər yalan danışma, ayıbdır!” demir. Ermənistanın yaranmasında 3 ölkənin imzası var: Türkiyə-Azərbaycan-Ermənistan. Onlara verilən sahələr də 16 min kvadrat kilometr olub. Ətrafındakı əsli-nəsli, tarixi olan ölkələri gücündən istifadə edib daim qorxu içərisində saxlamaqla Putin Rusiyanın evini bir dəfəlik dağıdacaq. Putin öz xoşuna heç vaxt vəzifəsindən getməyəcək. Ancaq daim yaşamaq da mümkün deyil. Putinin ölümündən ən çoxu 2 il sonra, təbii, Krım da, Donbas da Ukraynaya qayıdacaq. Rus qoşunları Laçın dəhlizini tərk edəcək. Rusiya imperiyasında Ural dağından, məsələn, Yakutiyaya qədər, Sibir, Altaydan Saxalinə qədər Şərqi Sibir ölkələri yaranacaq. Onlarında əsas əlaqələri Çin və Yaponiya ilə olacaq”.
16-11-2021, 10:29
Putinin özəl hərbi şirkəti sanksiya siyahısında
16-11-2021, 10:29
Putinin özəl hərbi şirkəti sanksiya siyahısında
19-10-2021, 22:04
“Ayaqlarınla nə etmək istəyirdin?” - Putinin qarşısında oturan aparıcıya sərt reaksiya...
28-09-2021, 13:29
"Ermənistanın artan nifrət hissi hələ də səngiməyib" - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
22-09-2021, 19:03
Böhranın sonu üçün: Krım Türkiyəyə qaytarıla bilər? - HƏQİQƏTƏN DƏ...
13-08-2021, 10:39
Rusiya cəmi 36 saata üç keçmiş sovet respublikasını tuta bilər - HÜCUMUN QARŞISINI ALMAĞA TAKTİKİ NÜVƏ SİLAHI DA KÖMƏK ETMƏYƏCƏK...
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü