İşıq da baha, Günəş də: Azərbaycanda alternativ enerji ilə də qızınmaq olmur - NƏ ETMƏLİ?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 333
24 Kas 2021 | 09:03
İşıq da baha, Günəş də: Azərbaycanda alternativ enerji ilə də qızınmaq olmur - NƏ ETMƏLİ?

capar.info : - Bu gün ölkələrin sosial rifahı, iqtisadiyyatı və davamlı inkişafı enerji resurslarından asılıdır.

Son araşdırmalar göstərib ki, Norveç dünyada bərpa olunan enerjinin ən yüksək payına malik ölkədir. Sinqapur isə fosil yanacaq asılılığında birinci yerdədir. Enerji tariflərinin müqayisə platforması olan "Utility Bidder" ən təmiz enerji və ən çox fosil enerji istehsal edən 20 ölkənin siyahısını açıqlayıb. Kömür, neft və təbii qaz mədən yanacaqları arasında olduğu halda, bioyanacaq, tullantılar, günəş, külək və su elektrik enerjisi istehsalı bərpa olunan enerji mənbələri sırasındadır. Beynəlxalq Enerji Agentliyinin rəqəmlərinə əsaslanan araşdırma, Norveçin ümumi enerji istifadəsinin 56 faizinin bərpa olunan enerjidən gəldiyini ortaya qoyub.

Bu ölkəni Braziliya və Yeni Zelandiya izləyir. Norveçin ümumi enerji ehtiyatlarının 45%-i hidroelektrik istehsalından əldə edilir. Bioyanacaq və tullantı enerjisində lider olan Braziliyada bu resurslar ümumi enerji təchizatının 32 faizini təşkil edir. Yeni Zelandiyanın enerji təchizatının 42 faizini bərpa olunan enerji mənbələri təşkil edir ki, bununla da üçüncü yerdə qərarlaşıb. Enerji təchizatının 25 faizini külək və günəş enerjisindən əldə edən Yeni Zelandiya bu sahədə dünya lideridir.

Son vaxtlar Azərbaycanda da alternativ enerji mənbələrindən istifadə istiqamətində müəyyən addımlar atılsa da hələ ki, bu sahənin tətbiqi ölkədə kütləvi hal almayıb. Məsələn, son statistik rəqəmlərə görə, Azərbaycan günəş enerjisinin istehsalını 16 % artırıb.

Bu rəqəmlərdə müşahidə edilən cüzi artım qaz və işığın bahalaşması nəticəsində əhali və qeyri-əhali qrupu abonentlərdə günəş enerjisinə marağı artırıb?

Texnika elmləri doktoru, dosent Fuad Məmmədov Cebhe.info-ya bildirdi ki, ümumilikdə son göstəricilərə əsasən qiymətlərdə fərq yaranıb:

"Ancaq istehlakçıya verilən enerjinin qiymətləri qalxanda, bir çoxları düşünürlər ki, alternativ enerjidən istifadə etsinlər. Ancaq mən son bir, ay yarım ərzində məhz bu səbəbə görə alternativ enerjidən yeni bir formatda istifadəni eşitməmişəm. Bunun qarşısında nə dayanır? Alternativ enerjinin qiyməti nisbətən yüksək olaraq qalır. İstismar olunan qurğuların qiyməti nə vaxt aşağı olsa, o zaman kütləvi şəkildə alınıb quraşdırıla, istifadə edilə bilər. Ancaq hələ ki, müsbət tərəfə doğru bir addım yoxdur. Ümumi olaraq istehlakçılar bu göstəricilərlə razılaşıb elektrik enerjisindən istifadəyə davam edirlər. Yəni yeni taarif istifadə edirlər".

Mütəxəssis deyib ki, maarifçilik nöqteyi-nəzərindən alternativ enerji ilə bağlı hamının məlumatı var və bundan istifadə etmək olar:

“İndi aydındır ki, bu, ancaq fərdi ev şəraitində mümkündür, fərdi təsərrüfatlarda, binalarda bunun istifadəsi mümkünsüzdür. Maariflənmədən də əvvəl problem əsasən qurğuların, avadanlıqların qiyməti ilə bağlıdır. Nə vaxt qiymət aşağı, əlçatan olacaqsa, o zaman insanlar alıb istifadə edə biləcəklər. Mən əvvəllər də qeyd etmişəm ki, yaşadığım evdə bu alternativ enerjidən istifadə edirəm. Onun həm istismarını, servis xidmətini, problemləri özüm bu sahədə mütəxəssis olaraq aradan qaldırdığım üçün o mənə pulsuz başa gəlir. Həmin avadanlıqları almışam, özüm quraşdırmışam və istifadə edirəm və kifayət qədər də məmnunam. Bu, mənə komfort, rahatlıq bəxş edir, ailə büdcəsinə də kifayət qədər qənaət olunur. Ancaq hazırda onun quraşdırılması, istimar olunması və digər xərclər bir qədər insanları qorxutduğu üçün bu işə əl atmırlar".
20-08-2021, 15:58
İlham Əliyev bu qanunu LƏĞV ETDİ
21-05-2021, 10:13
Nazirlik enerji içkiləri ilə bağlı araşdırmalara başlayıb
3-02-2021, 15:44
Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsinin vacib hissəsidir - Avstriya XİN
21-08-2020, 13:04
Prezident İlham Əliyev: “Qobu” Elektrik Stansiyasının tikintisi enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır
7-08-2020, 11:34
Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir
14-12-2018, 13:13
Azərbaycan Dərbəndi enerji ilə təmin edib
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü