Türkiyənin gələcəyi, yoxsa Qətər şeyxlərinin mülkləri - İstanbul kanalı üzərində “toqquşma”
capar.info : - “Yeni İstanbul kanalı layihəsi İstanbulun təhlükəsizliyi üçün təhdiddir, çünki zəlzələlər zamanı şəhər böyük itkilər verə bilər”. Bunu BMT-nin Qlazqoda keçirilən beynəlxalq iqlim sammitindəki çıxışında, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Əkrəm İmamoğlu deyib.
Onun sözlərinə görə, bu layihə təkcə zəlzələlər baxımından deyil, həm də şəhərin təhlükəsizliyi baxımından risklidir: “Biz görürük ki, bu layihə davamlı inkişaf məqsədləri çərçivəsində BMT-nin 17 prinsipinə ziddir. İstanbul kanalı ilə əlaqədar olaraq, maliyyə qurumları da daxil olmaqla, BMT-nin İqlim Sammitinin bütün iştirakçılarından dəstək gözləyirik”.
İmamoğlu bildirib ki, İstanbul rəhbərliyinin prioriteti şəhəri orada yaşayan vətəndaşlar üçün təhlükəsiz etməkdir: “Ona görə də yaxın 30 il üçün dağıdıcı zəlzələlər (7,5 bal) ilə bağlı ekspert proqnozlarına əsaslanaraq, təbii fəlakət zamanı yeni kanalın çəkilməsinin genişmiqyaslı layihəsinin şəhərə böyük iqtisadi ziyan vura biləcəyini düşünürük”.
Bələdiyyə sədri qeyd edib ki, elm adamlarının fikrincə, şəhərdə binaların 22,6%-i dağılacaq, 25 milyon ton zibil əmələ gələcək, yolların 30%-i bağlanacaq, içməli su və tullantı su xətləri, eləcə də təbii qaz xətləri zədələnəcək.
Bundan başqa, CHP sədri Kamal Kılıçdaroğlu Türkiyənin bütün səfirliklərinə İstanbul kanalının tikintisinə qarşı çıxmaq çağırışı ilə bağlı məktub göndərib. O, bunu layihənin iqlimə böyük təsir göstərməsi ilə izah edib: “Çünki bu, təkcə İstanbulun deyil, həm də dünyanın ekoloji sistemini pozacaq”.
Bu xəbər Prezident Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına səbəb olub. “İstanbul kanalının tikintisinə qarşı çıxanlar təkcə Türkiyəyə investisiyaların əleyhdarları deyil, həm də öz ölkəsinin və millətinin düşmənləridir. Onlar ölkəmizin inkişafına əngəl törətmək üçün çarəsiz səylər göstərirlər”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri, həmçinin hesab edir ki, dünyada öz ölkələrinə investisiyaların qarşısını almaq üçün belə biabırçı, dövləti alçaldacaq ikinci müxalifət nümunəsi yoxdur: “Dövlət idarəçiliyində davamlılıq önəmlidir. Ədalət və İnkişaf Partiyası iqtidara gəldikdən sonra Türkiyənin inkişafını öz üzərinə götürüb”.
Ölkənin ana müxalifət partiyası sədrinə müraciət edən Ərdoğan onun heç Çanaqqala körpüsü və digərləri kimi böyük layihələri həyata keçirə bilmədiyini vurğulayıb: “İstanbul kanalını quracağıq. Qarşımızda qurulan tələləri qırıb dünyanın ən böyük on iqtisadiyyatı siyahısına daxil olacağıq. Müdafiə sənayesinin bütün sahələrində özümüzü və dostlarımızı xarici təsirlərdən asılılıqdan qoruyacağıq. Qoy Türkiyənin düşmənləri paxıllıqdan partlasınlar”.
Maraqlıdır, burada kimin mövqeyi daha düzgündür? Bir tərəfdən, bir çox siyasətçi və analitik qeyd edir ki, Aralıq dənizini Qara dəniz hövzəsi ölkələri ilə birləşdirən, Ankaranın tam nəzarəti altında olan başqa bir kanalın meydana çıxması Türkiyənin regionda və dünyada mövqelərini xeyli gücləndirəcək. Amma gördüyümüz kimi, türk müxalifətçiləri hesab edirlər ki, onun tikintisi eyni vaxtda Asiya və Avropada yerləşən qədim şəhərin az qala ölümünə öz töhfəsini verəcək. Siyasət harda, həqiqət haradadır?
Mövzunu AYNA-ya türkiyəli ekspertlər dəyərləndiriblər.
Politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer:
“Məncə, burada iki ayrı siyasi baxış toqquşub. Müxalifət yeni kanala qarşı çıxır, çünki hesab edir ki, bu, Montrö müqaviləsinin ləğvi demək olacaq və gələcəkdə Türkiyə üçün beynəlxalq arenada müəyyən problemlər yaradacaq. Ərdoğan hökuməti isə hesab edir ki, bu, daha çox kommersiya layihəsidir və heç bir şəkildə Montrö müqaviləsinin müddəalarına təsir etməyəcək.
Burada kimin haqlı, kimin haqsız olduğunu demək mümkün deyil. Sadəcə ortada iki ayrı baxış var. Əslində, Montrö müqaviləsinə diqqətlə baxsanız, bu, təkcə layihələndirilən İstanbul kanalına aid deyil, mövcud Çanaqqala kanalına da aiddir. Ona görə də qorxacaq bir şey yoxdur.
Mən tez-tez Rusiya mətbuatında oxuyuram ki, ruslar İstanbul kanalının tikintisindən çox qorxurlar və bu, Ərdoğanla Rusiya rəhbərliyi arasında olan problemlərdən biridir. Sırf siyasi layihə olsaydı, büdcədən 20 milyard dollar xərcləməyə dəyərdimi? Bilmirəm. Sonda bu layihə Rusiya üçün xoşagəlməzdir. Gördüyümüz kimi, NATO artıq Qara dəniz istiqamətində bütün dəniz qüvvələrini aktivləşdirir. Bu isə Rusiya ilə Türkiyə arasında böhran yarada bilər”.
“MK-Türkiyə”nin baş redaktoru Yaşar Niyazbayev:
“Ərdoğan mümkün iqtisadi perspektivləri, gəliri bu layihədə görür. Üstəlik, 30 ildən sonra mütəxəssislərin fikrincə, gəmilərin sayı o qədər artacaq ki, Bosfor hər kəsə xidmət göstərə bilməyəcək. Və yaradılan paralel arteriyada 6 milyard dollara qədər qazanc əldə etmək mümkün olacaq.
Ərdoğanın müxalifətlə bağlı dediklərinə gəlincə, onların deqradasiyaya uğradığını düşünmürəm. Mənə elə gəlir ki, hökümət necədirsə, elə müxalifət də eyni cürdir. Sadəcə, son illər Türkiyədə müxalif siyasi düşərgələr arasında çox kobud ünsiyyət ənənəsi formalaşıb. Bir-birinə qarşı qəti və sərt şəkildə danışırlar.
Baxmayaraq, təbii ki, müxalifətin bəzən sırf müxalifət olduğu üçün müəyyən layihələrə qarşı çıxması çirkin görünür, yanlışdır. Amma müxalif İstanbul bələdiyyə sədrinin arqumentinə baxsanız, yenə də əsas var. Onların layihənin ətraf mühitə və şəhərin həyatına zərər verəcəyinə inanmaq üçün çoxlu səbəbləri var.
Bundan əlavə, müxalifət kanalın keçəcəyi ərazinin iqtidardakıların çoxdan öz yaxınlarına satıldığına və ya Qətər şeyxlərinə satılacağına görə bu layihənin əsasən iqtisadi xarakter daşımasına, ancaq dövlətin xeyrinə olmadığına diqqət çəkir. Yaxud, məsələn, orada uzun illər əvvəl, kanal ideyası ilk elan edilməmişdən bir müddət əvvəl Ərdoğanın kürəkəninə satılan torpaqlar var. Bu cür məlumatlar çoxdur və ona görə də müxalifət bütün bunları şəxsi zənginləşmə layihəsi kimi qiymətləndirir. Bu, onların fikridir.
Yəni tərəflərin düzgünlüyünü qiymətləndirmək üçün bütün sənədləri görmək lazımdır, amma adi insanlar bunu başa düşmürlər. Nəticə etibarı ilə türklər səs verdikləri şəxslərə etibar edirlər. Təəssüf ki, heç kim real məlumatlara istinad etmir”.
26-07-2020, 14:25
Bu tarixdən Bakıdan İstanbul, Berlin və Londona xüsusi aviareyslər yerinə yetiriləcək
23-01-2020, 16:04
Türkiyədə zəlzələlər davam edir: Üç nəfər özünü eyvandan atdı - VİDEO
10-01-2019, 12:54
Məlahət Abbasovaya Türkiyədə vəzifə verildi
8-01-2019, 14:33
Bu ay “Gənclərə dəstək” layihəsi çərçivəsində Bakıda iki konsert təşkil olunacaq
7-01-2019, 14:58
Bir qrup metropolitençi yeni ili İstanbulda qarşılayıb
30-12-2018, 15:22
Türk forvard İstanbul nəhənginə rədd cavabı verdi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü