Tarixi qələbəmizin əsas formulu: “Dəmir yumruq” əməliyyatına gedən yol - GƏLİŞMƏ
capar.info : - Azərbaycan xalqı bir ildir ki, qazandığı tarixi və şanlı qələbənin sevincini yaşayır.
Hazırda qələbə günlərimizin işğal günlərini əvəz etməsi Azərbaycan xalqının yenilməz tarixi nailiyyətidir. Məhz 20 noyabr da həmin şanlı tarixlərdəndir.
Belə ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana təhvil verilib və bununla da çoxsaylı insan tələfatının qarşısı alınıb.
Xatırladaq ki, 23 iyul 1993-cü il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam şəhəri işğal olunub.
Sahəsi 1150 kvadrat km olan rayonun 202 min 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb.
Ümumiyyətlə, Dağlıq Qarabağın ərazisinin ermənilər tərəfindən işğal olunması bütün beynəlxalq qanunlara zidd idi. Buna baxmayaraq, Ermənistan illərdi qanunsuz əməllərini davam etdirirdi. 30 ilə yaxındır əhəmiyyət verilməyən beynəlxalq qurumların təsdiq etdiyi qətnamələr heç bir işə yaramadı.
Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycan döyüş meydanında qazandığı qələbəni həm də siyasi müstəvidə, masa arxasında təsdiq edib. Belə ki, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşıb.
Millət vəkili Müşfiq Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan dünya birliyinin 30 il ərzində edə bilmədiklərini 44 gün ərzində edərək tarixi ədalətə nail olub:
“İşğal altında olan torpaqlarımızın azad olunması hansı yolla olursa-olsun bizim üçün böyük ruh yüksəkliyi, sevinc hissidir.
Çünki torpaqlarımızın azad olunması uzun illər torpaq həsrətilə yaşayan insanlarımızın öz ana yurduna dönməsi üçün ilk addımdır. Bu baxımdan qürurvericidir. İkinic tərəfdən ona görə qürurvericidir ki, ermənilər və Ermənistan dövləti bu bəyanatı və razılaşmanı məcburiyyət altında imzaladı və bu bir kapitulyasiya aktı idi.
Çünki əks halda Azərbaycan Ordusunun sonrakı fəaliyyəti onlar üçün faciəvi yekunlaşa bilərdi. Bunu da dəfələrlə həm Ermənistan rəhbərliyi, həmçinin müstəqil analitiklər də qeyd edirdilər. Amma bizim torpaqlarımızı azad etməmizdə, Ağdam rayonunun azad edilməsində diplomatik addım atmağımızın bir önəmi ondan ibarətdir ki, Azərbaycanın inkişaf etmiş həm Ordusunun, həm də xarici siyasətinin, o cümlədən yetişmiş dövlət imici var.
Bu, ondan ibarətdir ki, biz haqlı davamızı həm döyüş meydanınd, həm də diplomatik cəbhədə qazana bilirik. Təbii ki, humanitar tərəfdən qiymətləndirdikdə isə Azərbaycan dövləti heç zaman mənasız insan itkilərinin tərəfdarı olmayıb. Nəticə ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. İstər dövlətçiliyin digər atributları baxımından, həmçinin də hərbi-siyasi güc baxımından. İkinci nəticə ondan ibarətdir ki, biz 30 il ərzində xalqımızın arzularını həyata keçirə bildik.
Ordumuz Ali Baş Komandanın ətrafında sıx birləşərək “Dəmir yumruq” əməliyyatı ilə öz arzularını həyata keçirdi. Həmçinin də dünya birliyinə mesaj verdi ki, sizin edə bilmədiklərinizi biz 44 gündə vahid amal uğrunda birləşərək həm diplomatik yolla, həm hərbi yolla etdik”.
17-08-2021, 11:31
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq
19-11-2020, 11:11
Ağdamdan çıxan ermənilərin növbəti VƏHŞİLİYİ: evləri, mağazaları...
11-11-2020, 15:25
Azərbaycan dövlətinin şanlı Qələbəsi
31-08-2020, 13:41
Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 27 ili tamam olur.
23-07-2020, 14:41
Ağdamın işğalından 27 il ötür
28-12-2018, 12:36
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 28 dəfə pozub
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü