Lavrovun idarəsi bizə hansı mesajı verir? - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 213
9 Kas 2021 | 06:20
Lavrovun idarəsi bizə hansı mesajı verir? - GƏLİŞMƏ

capar.info : - Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli (Rusiya bu tarixi 9 noyabr kimi qeyd edir) Bəyanatın ildönümü ilə bağlı açıqlama yayıb. Açıqlama “növbətçi” xarakter daşımır və orada maraqlı məqamlar var.

Məsələn, Rusiya XİN qeyd edib ki, üçtərəfli bəyanatdan keçən bir ilin tamamında “Rusiyanın sülhməramlı səylərinin Dağlıq Qarabağın qoparılıb Azərbaycana təslim edilməsinə, Ermənistanın protektorata çevrilməsinə yönəldiyi” barədə sosial şəbəkələrdə və internet resurslarında dövriyyəyə buraxılan informasiyaları təkzib etmək olar:

“Bu cür bəyanatlar populist xarakter daşıyır, açıq-aşkar xarici sifarişdir və reallıqla heç bir əlaqəsi yoxdur. Bəzi təşəbbüslərimizi razılaşdırmaq mümkün olmayıb və bu, normaldır. Amma artıq təsdiqlənmiş razılıq, necə deyərlər, əziyyətlə əldə olunub və praktikada səmərəli şəkildə həyata keçirilir”.

Sosial şəbəkələrdə və internet resurslarında hər gün, hər saat saysız-hesabsız informasiya, dezinformasiya, şərh, replika və istifadəçilərin digər reaksiyaları yayılır. Rusiya XİN-in onların içərisindən “Rusiyanın sülhməramlı səylərinin Dağlıq Qarabağın qoparılıb Azərbaycana təslim edilməsinə yönəldiyi” barədə olan məlumatı və ya iddianı seçib, ona rəsmi münasibət bildirmək ehtiyacı hiss etməsi diqqəti cəlb edir. Bu münasibət isə təkzibdən ibarətdir. Rusiya XİN “gördüyünüz kimi, biz ötən bir ildə Dağlıq Qarabağı Azərbaycana təslim etməmişik” demək istəyir. Üstəlik, bu yöndəki iddiaları “xarici sifariş” adlandırır. İndi bunu necə başa düşək? Yəni Rusiya “sülhməramlı” əməliyyat keçirdiyi ərazini gələcəkdə də Azərbaycana təhvil vermək niyyətində deyil? Çünki Lavrovun idarəsinin məntiqincə, belə bir addım o mənaya gələcək ki, Rusiya dövləti xarici sifariş yerinə yetirir.

Onu da istisna etmirik ki, biz Rusiya XİN-in dilini səhv anlayırıq və yanlış izah edirik. İstənilən halda, əcaib bir açıqlama olduğunu əminliklə söyləmək mümkündür və yəqin ki, bu fikrimizlə hər kəs razılaşar.

Daha bir önəmli detal da var.

“Xüsusən də, belə demək mümkündürsə (так называемый – red.), Zəngəzur dəhlizi ətrafında vəziyyətlə bağlı KİV-də yayılanlar fonunda üçtərəfli işçi qrupun bütün üzvlərinin açılacaq və yenidən yaradılacaq nəqliyyat marşrutlarının hansı ərazidən keçirlərsə, həmin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında işləyəcəkləri barədə razılığa gəlməsi az əhəmiyyət daşımır”, – deyə bəyanatda bildirilir.

Eyni məqamı noyabrın 5-də İrəvanda Nikol Paşinyanla görüşən Rusiya baş nazirinin müavini Aleksey Overçuk da vurğulayıb:

“…22 oktyabrda, birgə işçi qrupumuzun 8-ci iclasını keçirərkən, bizə elə gəlir ki, konkret qərarlara yaxınlaşmışıq. Bu qərarlar ən əvvəl ona əsaslanır ki, yollar üzərində suverenlik bu yollar hansı ölkələrin ərazisindən keçirsə, onlara məxsusdur…”

Rusiya bununla Zəngəzurda Ermənistan qanunlarının şamil olunmayacağı, xüsusi statusa malik eksterritorial dəhliz yaradılacağı barədə Ermənistanda, eləcə də İranda mövcud olan narahatlıqları, qorxuları aradan qaldırmağa çalışır. Yəni Zəngəzurdan yol açılacaq, amma bu, dəhliz statusunda oolmayacaq,//pressklub.az//
30-09-2021, 23:11
İlham Əliyev Paşinyanla görüşəcək? – Rusiya XİN-dən AÇIQLAMA
1-09-2021, 15:29
Xələf Xələfovla Rusiya XİN başçısının müavini arasında telefon danışığı olub
20-08-2021, 10:27
Üçtərəfli görüş olacaq: Nə müzakirə ediləcək? - GƏLİŞMƏ
12-01-2021, 09:56
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər
30-11-2020, 11:34
Paşinyan Şuşa ilə bağlı bu detalları ilk dəfə xalqa etiraf etdi
23-10-2020, 10:26
Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır - AÇIQLAMA
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü