Cavanşir Feyziyevin mandatı əlindən alına bilərmi - Belə getsə, parlament BOŞALACAQ...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 219
4 Kas 2021 | 10:12
Cavanşir Feyziyevin mandatı əlindən alına bilərmi - Belə getsə, parlament BOŞALACAQ...

capar.info : - Böyük Britaniyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin 15 milyon funt sterlinq (20,5 milyon dollar - 35 milyon AZN) yatırılan hesablarının nəzarətə götürüldüyü barədə yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub, gündəm olub.

Deputatla bağlı yaranan əsas sual isə deputatlıq mandatının taleyinin necə olacağı barədədir. Çünki daha əvvəllər maliyyə qalmaqallarında, əyri işlərdə adı keçən deputatlar ya həbs edilib, ya da digər formada cəzalandırılıb.

Məsələ ilə bağlı təcili surətdə hüquqi prosedurların başladılması barədə tələblər daha çox səslənir. C.Feyziyev bitərəf deputat olduğu üçün burada işlər daha çox təmsil olunduğu orqanın üzərinə düşür. Amma bu prosedurun elə də asan olmadığını qeyd edənlər də var.

Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli parlamentdə bu məsələnin qaldırılmasını təklif edir: “Bu o zaman ola bilər ki, həmin varidatı nə zaman, hansı formada qazandığı barədə sənəd təqdim edə bilməsin. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa deputata icazə verilmir. Əks halda, o, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bütövlükdə deputat mandatı da əlindən alınar. Əslində parlamentdə bu məsələ qaldırılmalıdır. Respublika Prokurorluğu bu məsələni araşdırmalıdır. Maliyyə monitorinqini həyata keçirən bir qurum var. O qurum bu məsələlərlə məşğul olmalıdır. Belə şəxslərin xaricə aparılmış, yaxud orada yerləşdirilmiş varidatlarının nəyin hesabına qazanıldığı, hansı yollarla ora aparıldığı açıqlanmalıdır. Bununla da müvafiq dövlət qurumları, prokurorluq orqanları məşğul olmalıdır”.

Hüquq müdafiəçisi, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova əslində 80-ə yaxın deputatın mandatının ləğv olunmalı olduğunu qeyd etdi: “Deputat mandatının əlindən alınması məsələsini həmin şəxsin mənsub olduğu partiya qaldırmalıdır. Amma Cavanşir Feyziyev bitərəf deputatdır. Bu baxımdan qanunvericiliyə uyğun olaraq, seçiciləri tərəfindən geri çağırılma da olmalıdır, yəni bu şəxs bizi istədiyimiz kimi təmsil etmir. Qanunvericiliklə deputatın biznes, sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. İndi biz bilmirik ki, sənədləşdirmədə həmin varidat onun öz şəxsi varidatı kimi qiymətləndirilib, yaxud ailəsindən birinin adınadır. Amma mənbəni göstərmədiyinə görə bu, böyük şübhələrə yol açır. Bununla bağlı hüquqi prosedur başlatmaq olar. Tutaq ki, desə oğlumun varidatıdır, mənə aidiyyəti yoxdur. O zaman onun oğlunun ən azından vergilərə ödədiyi pul məbləğə adekvat olmalıdır. Yaxud onu sübut edən sənədlər mütləq lazımdır. Məsələn, həmin zavod olmalıdır, yaxud bilmirik ki, dərman fabrikidir, nədir, istənilən halda nədirsə, o təqdim olunmalıdır. Rəsmi sənədlər, sübutlar göstərilməlidir ki, gəlirinin nə qədər olduğu bilinsin. Bu gəliri hüquqi baxımdan sübut etmədiyi təqdirdə onun bu gəliri qeyri-qanuni yollarla əldə etdiyinə əsas yaradır. Bununla bağlı digər nümunə görmüşük. Bundan əvvəl Rəfael Cəbrayılov var idi. O, geri çağırıldı, hətta həbs edildi. Sonradan rəhmətə getdi. Onu da nəzərə alaq ki, bu tək Cavanşirə aid məsələ deyil. Hamısı haqqında demək mümkündürsə, deputatların əksəriyyətinin fəaliyyətini axtarsan, biznes fəaliyyəti üzə çıxır. Açığı, bilmirəm ki, Cavanşir hökumətdə kimin ayağını tapdalayıb ki, onun biznes məsələsi ortaya atılıb. Məsələn, iki ay əvvələ qədər bilinmirdi ki, bu şəxsin biznesi var. Bilinirdi, sadəcə, hüquqi prosedurlara start verilmirdi, hələ görünən budur ki, indi də belədir. Guya xalq seçicidir, amma əməldə seçici xalq deyil. Kim o şəxsin arxasında durursa, görünür, biznes maraqları burada toqquşub. Bunun iki yolu var, ya xalq onu geri çağırmalıdır, ya da partiyası. Məsələ qaldırılmalı və o, mandatdan məhrum edilməlidir. Bu prosedur işləsə, əmin olun ki, 119 deputatdan yəqin ki, 80-ə yaxınının mandatı ləğv olunmalıdır”.

“Yeni Müsavat”
4-11-2021, 07:16
Deputat İngiltərə məhkəməsinə təqdim etdiyi sənədləri cəmiyyətə niyə açıqlamır? - HƏQİQƏTƏN DƏ...
18-08-2021, 12:02
Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqviləyə oğlu imza atır...
4-08-2021, 15:56
Tahir Kərimlinin həbs olunan deputatla bağlı çıxışı məsuliyyət yaradırmı?
22-04-2021, 11:20
Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib (SİYAHI) (ƏLAVƏ OLUNUB)
21-07-2020, 17:45
Avropa Parlamenti ilə Milli Məclis arasında video-konfrans keçirildi
2-01-2019, 12:14
"Çelsi"dən rekord gəlir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü