Pulsuz təhsilin “yediyi” böyük pullar - Hər şagirdə nə qədər vəsait xərclənir?
capar.info :- Hazırda ailə büdcəsinə təsir edən əsas amillərdən biri məktəbli uşaqların aylıq xərcləridir. Hər bir valideyn çalışır ki, uşağının gələcəyi üçün əlindən gələni etsin.
Övladının yaxşı təhsil alması naminə lazım olan gündəlik xərclərini, ehtiyaclarını ödəmək üçün aylıq məvacibindən müəyyən hissəni ona ayırır. Məktəblinin aylıq xərci hər ailənin büdcəsinə fərqli təsir edir.
Bəs görəsən, bir ailəyə uşağın aylıq məktəb xərci neçəyə başa gəlir?
Bunu müəyyən etmək üçün valideynlər arasında sorğu keçirdik.
Sorğuda iştirak edən respondentlərin demək olar ki, əksəriyyəti övladlarına aylıq xeyli pul xərclədiklərini bildirdilər.
Övladının gündəlik xərclərindən Bakupost.az -a danışan valideyn Pərvanə Ağayevanın sözlərinə görə, uşağı 3-cü sinifdə oxuyur. Onun aylıq xərci 250 manata yaxındır:
“Məktəb yaşadığımız ünvandan uzaqda yerləşir. Buna görə də uşağı hər gün məktəbə ya taksi, ya da avtobusla aparıb-gətirirəm. Yağışlı havalarda isə yalnız taksidən istifadə edirik. Avtobusla gedəndə yol xərci 20 manat, taksi ilə isə 80 manata gəlib çıxır. Zəruri tədris materiallarına aylıq 20 manat xərcim çıxır. Buraya sinifdən xaric oxu üçün kitablar, keçdiyi fənlər üzrə əlavə testlər, dəftər, qələm və sair aiddir. Uşaq məktəbdən sonra hazırlığa gedir. Həftədə iki dəfə isə ingilis dili fənninə hazırlaşır. Hər iki hazırlığa ümumilikdə ayda 140 manat ödəyirəm. Uşağn gündəlik qida xərcləri isə 1-2 manat təşkil edir. Gigiyenik vasitələr, nəm və quru salfet, spirt və maskaya isə ayda 3-4 manat xərcləyirəm”.
Digər valideyn Zenfira Rüstəmovanın sözlərinə görə, 5-ci sinifdə oxuyan övladının aylıq xərci 200 manat civarındadır:
“Məktəb yaşadığımız ünvana yaxın olduğu üçün yol xərcimiz çıxmır. Məktəb ləvazimatına əlavə vəsaitlər, testlər və s aylıq 20 manat xərcləyirəm. Övladım iki fəndən hazırlığa gedir. Aylıq hazırlıq xərci isə 120 manatdır. Hazırlığa gedib-gələn zaman avtobusdan istifadə edirik. Aylıq yol xərci 15 manata gəlib çıxır. Uşaq məktəbdən sonra şahmata da gedir. Şahmat üçün aylıq 20 manat ödəyirəm. Gündəlik qida xərci isə ən azı 1-2 manat olur. Amma bəzən bu xərc artır. Uşağın oynayarkən geyiminin cırılması, ayaqqabısının köhnəlməsi bizim xərcimizi daha da artırır”.
Digər valideyn Səma Sadıqova isə bildirib ki, övladının illik məktəb xərci 5 min manatdan yuxarıdır. Valideynin söylədiyinə görə, övladı özəl məktəbdə təhsil alır. Liseydə illik təhsil haqqı 5 min manatdır.
“Uşaq məktəbə liseyin avtobusu ilə gedib-gəlir. Həmçinin onun gündəlik qida ehtiyacları da lisey tərəfindən ödənilir. Yəni bunların hamısı ödədiyimiz illik təhsil haqqıya daxildir. Buna görə də əlavə xərclərimiz çıxmır. Ancaq məktəb ləvazimatlarını özümüz alırıq. Buna da aylıq 15-20 manat xərcləyirik. Övladım əlavə olaraq pianino dərslərinə gedir. Buna da aylıq 40 manat ödəyirik”.
Valideyn Şölə Səlimovanın iki övladı məktəblidir. Ayda iki uşağa ümumilikdə 300 manat xərc çəkir:
“Övladımın biri 4-cü, digəri isə 2-ci sinifdə oxuyur. Biri səhər, digəri isə günorta növbəsindədir. Məktəbə uzaq ərazidə yaşadığımız üçün bəzən iki avtobus dəyişməli oluruq. Kiçik övladımı məktəbə taksi ilə aparıb-gətirirəm. Böyüyü isə avtobusla. Aylıq yol xərci 250 manata gəlib çıxır. Mən ixtisasca ibtidai sinif müəllimiyəm. Uşaqları özüm hazırlaşdırıram və bu na görə əlavə hazırlığa ehtiyac olmur. Lazımı məktəb ləvazimatlarına və digər hazırlıq materiallarına, kitab və testlərə 25-30 manat xərcləyirəm. Uşaqların gündəlik qidaları isə 2-3 manat tutur. Məktəbin fond pulusu üçün hər ikisinə aylıq 5 manat verirəm. Ümumilikdə hər iki uşağın aylıq xərci 300 manata gəlib çıxır”.
Valideyn Zoya Rzayevanın övladı 10-cu sinifdə oxuyur. Valideynin sözlərinə əsasən, övladının aylıq xərci 400 manata yaxındır:
“Övladım bu ildən universitetə hazırlaşmağa başlayıb. Həftədə 5 gün hazırlıq kursuna gedir. Kursa ayda 250 manat ödəyirəm. Məktəb ləvazimatlarına, kitab, test və digər vəsaitlərə, sınaq imtahanlarına ümumilikdə ayda 40 manata yaxın xərcim çıxır. Övladım həm məktəbə, həm də hazırlığa avtobusla gedib gəlir. Aylıq yol xərci 30 manat təşkil edir. Cib xərci ilə yanaşı bu məbləğ 50 manata qədər yüksəlir. Əlavə olaraq oğlum idmana da gedir. Aylıq ödənişi 30 manatdır”.
Sorğu zamanı valideynlərin çoxu uşağın aylıq təhsil xərclərinin ailə büdcəsinə ciddi təsir göstərdiyini bildirdilər. Valideynin aylıq məvacibinin üçdəbir, bəzən isə daha çox hissəsini tutan bu xərcləri ödəmək üçün qənaət etmək məcburiyyətində qaldıqlarını dedilər. Valideynlərin sözlərinə görə, israfçılığa yol verməməyə, daha ucuz ərzaq məhsulları və geyim əşyalarını seçmək məcburiyyətində qalırlar.
Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Etibar Həsənovun dediyinə görə, hər bir şagirdin günlük xərcləri müxtəlif yaş qruplarına görə fərqlidir. Aşağı sinifdə oxuyanlarla yuxarı sinif şagirdlərinin xərcləri müxtəlif olur. Şagirdlərin aylıq xərcinin müəyyən hissəsini nəqliyyyat xərcləri, əsas hissəsini hazırlıq kursları təşkil edir. Yemək, dərs vəsaitləri ilə bağlı xərclər isə nisbətən az olur:
“Şagirdin yalnız təhsil və dərsliklərlə bağlı xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Qalan xərclər isə valideynlər tərəfindən ödənilir. Hazırki vəziyyətdə isə çox ailənin büdcəsi buna imkan vermir. Bu səbəbdən də məktəbli xərclərini minimallaşdırmaq üçün ən azından şagirdlər nəqliyyat xərclərindən azad olunmalıdırlar. Bütün şagirdlər üçün istənilən nəqliyyat növü pulsuz olmalıdır. Çünki məktəblinin aylıq xərcinin müəyyən hissəsini məhz nəqliyyat xərcləri təşkil edir.
Şagirdlər üçün ən vacib şeylərdən biri də onların dərsdən sonrakı məşğuliyyətləridir. Bu onların inkişafı üçün çox vacibdir. Uşaqlar idmanla, yaradıcı sahələrlə məşğul olmalıdırlar ki, dərslə çox yorulmasınlar. Çox valideyn çalışır ki, övladını rəsmə, rəqsə aparsın, oğlan uşaqların isə maraq göstərdikləri idman növlərinə yönəldirlər əsasən. Bunların hamısı müəyyən vəsait tələb edir. Bu səbəbdən də bunlar da uşaqlar üçün pulsuz olmalıdır”.
14-04-2021, 10:33
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
9-03-2021, 10:45
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
30-11-2020, 10:24
Gələn ildən bu uşaqlar üçün müavinət təyin olunacaq
8-04-2020, 16:31
Bu şəxslərə də xüsusi karantin rejimi müddətində aylıq təqaüd veriləcək
25-01-2019, 12:45
"Əlimdə sübutlar var, onları məhv edərəm" - Fərdanın keçmiş xanımı
10-01-2019, 12:51
3 aylıq övladından danışdı: "Evləndirməyə qıymaram"
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü