Yolun açılması sülh yolunu açmır... - GƏLİŞMƏ
capar.info : - Ermənistan Respublikasının rəhbərləri mətbuat nümayəndələri qarçısında çıxış edərkən tez-tez “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikirlərini bildirir və köhnə hava ilə “millətlərin müqəddaratını təyinetmə” prinsiplərindən, Minsk Qrupunun Qarabağın statusu ilə bağlı bəyanatlarından bəhs edirlər. Sovet xəritələri əsasında sərhədlərin müəyyənləşməsinə könülsüz razılıqlarını bildirsələr də, ardınca mütləq bu müəyyənləşmənin Qarabağın statusuna aid olmadığını vurğulayırlar. Məğlub olmuş, böhran içərisində olan erməni dövləti və bütövlükdə erməni milləti indiki acınacaqlı vəziyyətində 33 il ərzindəki iddialarından geri çəkilməməklə nəyə və hansı qüvvəyə güvənirlər? Bu bəyanatlar daxili auditoriyaya hesablanır, yoxsa Qarabağ uğrunda mübarizəyə yeni təkan vermək və ya havadarlarının təsiri ilə Azərbaycana təzyiq siyasətini davam etdirmək məqsədi güdür? Daxili auditoriya variantı daha məntiqli görsənir, ona görə ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində ermənilərin “Artsax müstəqil olmalıdır” tələblərini qəbul etməyib və təbii ki, 44 günlük müharibədəki qələbədən sonra da belədir. Sadəcə olaraq ermənilər yuxarıdan yapışırlar ki, ən aşağını ala bilsinlər.
Sovet xəritələrindən və konkret olaraq hansı ilin xəritəsindən istifadə olunacağı da erməni tərəfin müzakirə mövzusudur. 1920-cu il xəritəsinin üstünlüyündən və qəbul olunmayan tərəflərindən,1989- cu il xəritələrinin zərərindən danışırlar. Bir sözlə erməni siyasəti yalnız öz maraqlarına xidmət etməkdə davam edir və burada qeyri-təbii heç nə yoxdur. Hər kəs yaxşı olanı öz tərəfinə çəkmək istəyir. Amma, məsələlər istəklə deyil, beynəlxalq hüquqla, reallıqla həll olunur.
Reallıq nədən ibarətdir?
Real mənzərəyə baxanda tərəflərin bir-biri ilə təzad təşkil edən mövqelərini görürük. Gündəmdə olan sərhəd məsələsində ermənilərlə tam bir fikir və yanaşma ayrılığı var. Bu ayrılığın başında nə Göyçə, nə də Qara göl istiqamətində guya bizim Ermənistan ərazilərini zəbt etməyimiz haqqında uydurma ittiham dayanmır. Bu, sırf qabaqdangəlmişlik edib bizi təzyiq hədəfinə gətirməkdir, həm də boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Amma, ermənilərin bu təbliğatına qarşı, yalançı “arqumentlərinə” qarşı bizim cavablarımız qənaətbəxşdirmi?
Ermənilər sərhədləri müəyyənləşdirmək istəmirlərsə, istəməsinlər. Bu yanaşma bizim beynəlxalq hüquqla tanınan sərədlərimizdə möhkəmlənməyimizə mane ola bilməz. Sovet xəritəsi əsasında sərhəd xəttini , mühəndis-sərhəd qurğularını yaradıb, necə deyərlər düşmənlə aramızda tikanlı məftillərimizi çəkib bütün dünyaya da elan edəcəyik. Ermənilər özlərini o dərəcədə həyasız aparırlar ki, lovğalanıb deyirlər ki, “Türkiyə və Azərbaycanın ərazi bütövlüyü hüququ Ermənistandan asılıdır. Ermənistan bu hüququ tanımayınca hər iki dövlətin ərazi bütövlüyü şübhəli olaraq qalacaq”. Ermənilərin bu mövqeyi “xoruz yox idi səhər açılmırdı?” məsəlinə uyğun gəlir. Anklav kəndlərin problemini danışıqlar yolu ilə, beynəlxalq hüquqa əsasən həll etmək istəməsələr, Azərbaycan yenə də beynəlxalq hüquqa əsaslanıb, o əraziləri də hərb yolu ilə geri qaytara bilər.
Nəqliyyat infrastrukturunun manelərini aradan qaldırmaq sülh sazişinə gətirib çıxara bilərmi? Məsələn, bizim Mehridən keçib Naxçıvana getməyimiz(hətta, məsələnin iqtisadi və beynəlxalq əhəmiyyəti də), ermənilərin də həmin yoldan və Qazaxdan keçib Gürcüstana, Rusiyaya getməsi nə dərəcədə sülhə təkan verəcək? Yol infrastrukturu açılanda erməni yumşalıb Azərbaycanın tərkib hissəsində yaşamağı qəbul edəcək? Ermənistan rəhbərlərinin apardığı siyasət budur ki, Azərbaycan müharibədə qələbə qazanmasına baxmayaraq hələ də Ermənistandan asılıdır. Qarabağın nəzarət edə bilmədiyimiz hissəsini “Artsax” deyib hələ də əllərində saxladıqlarını, Naxçıvana yol üçün Ermənistandan asılı olduqlarımızı, sərhədləri tanımadıqlarını xüsusi təzyiq vasitəsi kimi qabardırlar. İşğal altında qalan 8 anklav kəndi heç vaxt geri qaytarmayacaqlarını təbliğatını aparırlar. Nəyə nail olmaq istəyirlər? Azərbaycanın bununla razılaşmayacağını bilirlər, amma vaxtı uzatmaqla hələ də ümid edirlər ki, daim düşmənçilik toxumu səpən diasporanın təsiri ilə super güclər Azərbaycana təzyiq edəcək və biz hansısa güzəştlərə gedəcəyik.
Biz güzəştə getmirik, amma düşmənin əlindəki kozırlardan məhrum etmək üçün də təsirli siyasət yürütmürük. Biz sərhəd məsələsində, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq hüquqa əsaslanan ərazimizi bildiyimiz üçün düşmənin delimitasiya və demarkasiya işlərinə razı olub -olmaycağına önəm verməməliyik. Bütün Ermənistan Zəngəzur dəhlizinə razı olmayacaqlarını bəyan edir. Olsun. Deməli, elə əks təzyiq siyasəti yürüdülməlidir ki, bu dəhliz üçün erməni yalvarmaq dərəcəsinə çatsın, xahiş etmiş olsun. Belə təzyiq yenə Qarabağın özüdür, Qarabağdan erməni silahlı birləşmələrinin təcili çıxarılması məsələsinin gündəmə gətirilməsidir, qaçqınlarımızın o yerlərə köçürülməsi prosesinə başlamaq siyasətidir. Onsuz da bu dəhlizin açılması daha çox Moskva üçün lazımdır və gec-tez buna nail olacaq, amma hələ ki, Kreml ondan nifaq alması kimi istifadə edib gərginliyi bir az da artırır. Ehtimal olunan Moskva görüşündə müzakirə olunan məsələlərin Azərbaycan və Ermənistan arasında sülh yaratması ehtimalı çox-çox azdır. Yol açılması sülh yolunu açmır. Düşmənimizi tanıyırıq.
Qələbədən sonrakı bir il sübut etdi ki, Qarabağın bir hissəsinə neçə ki, Ermənistan və havadarı Rusiya nəzarət edir daim bizə müxtəlif təzyiq vasitələri tətbiq olunacaq. Ona görə də, yolun açılması öz yerində, əsas diqqəti Qarabağa nəzarətin Azərbaycana keçməsi üçün 10 noyabr üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə yönəltmək məqsədəuyğundur.
İlham İsmayıl //moderator.az//
20-10-2021, 09:04
"Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır" - Başqa yolu YOXDUR!
16-10-2021, 10:13
Yoxsa, cənab Putin “əhmədlərin hamısını” çağırıb ki, məsələni biryolluq həll etsin..? - NƏ BAŞ VERİR?
25-09-2021, 13:26
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
14-09-2021, 20:17
Riyakar Minsk Qrupu YENİDƏN fəaliyyətə başlayırmı? - NƏ BAŞ VERİR?
3-09-2021, 10:18
Sülhməramlıların arxasında gizlənən separatçı ünsürlər... - təzədən ölkəmizə meydan oxumağa başlayıb
24-08-2021, 10:00
Makron İrəvanda bu 4 “şərti” dilə gətirəcək - GƏLİŞMƏ
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü