“Cundullah”a rəhbərlik edən azərbaycanlı KİMDİR? - DTX rəisi kimlərə xəbərdarlıq etmişdi?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 235
29 Ekm 2021 | 10:15
“Cundullah”a rəhbərlik edən azərbaycanlı KİMDİR? - DTX rəisi kimlərə xəbərdarlıq etmişdi?

capar.info : - Yaxın Şərqdəki ekstremist silahlı birləşmələrdə azərbaycanlıların olması yeni fakt deyil. Bu günə kimi İŞİD, “Əl-Qaidə” kimi terrorçu qruplaşmalarda təkfirçi azərbaycanlıların döyüşməsi və ölməsi ilə bağlı dəfələrlə xəbərlər yayılıb. Bəziləri isə vətənə qayıtdıqdan sonra hakimiyyət orqanları tərəfindən həbs ediliblər. Amma belə görünür ki, belə faktlar hələ də var və müsbət haldır ki, dövlət orqanları bunları fiksə edərək nəzarət altında saxlayırlar.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Təhlükəsizlik Şurası katibi xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun panel-seminarlarında səslənən fikirlər də xüsusi xidmət orqanlarının bu məsələni diqqətdə saxladıqlarını təsdiqləyir.

Belə ki, kursun açılış mərasimində Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nın rəisi general-polkovnik Əli Nağıyev ciddi maraq doğuran çıxışlar ediblər. R.Usubov çıxışında deyib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. O, bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizə apardığını vurğulayıb.

DTX-nın rəisi general-polkovnik Əli Nağıyev isə ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. DTX rəisinin çıxışında qanunsuz silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları ilə bağlı xəbərdarlığı xüsusi diqqət çəkir. Görünür ki, belə faktlar mövcuddur və narahatlıq üçün əsas var.

Elə bu arada məlum olub ki, ailələri İŞİD üzvü olan onlarla azyaşlı Azərbaycanın Bağdaddakı səfirliyinə təhvil verilib. Bunu İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhaf bəyan edib. Onun sözlərinə görə, diplomatik nümayəndəliklə İraq XİN və Ədliyyə nazirlikləri arasındakı koordinasiya əsasında İŞİD terrorçularının 38 övladı öz evlərinə qaytarılmaq üçün Azərbaycan səfirliyinə təhvil verilib. DTX rəhbərinin açıqlaması və yayılan bu xəbərlər əsnasında o da aydın olur ki, azərbaycanlılardan ibarət “Cundullah” qruplaşması Türkmən dağında qanlı döyüşlər aparır. Oktyabrın 27-də bu haqda “Al Mayadeen” nəşri bildirirdi. Xəbərdə bildirilirdi ki, Suriyanın şimalında, Latakiyə bölgəsində “Əl-Qaidə”nin bazasında yaradılmış “Həyyat Təhrir əş-Şam” cihadçı qruplaşması Türkmən dağında mənzillənmiş, əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal qruplaşmasına qarşı şiddətli döyüşlər aparır. Bir vaxtlar həmin qruplaşma “Həyyat Təhrir əş-Şam” qruplaşmasına daxil idi, amma sonradan onların arasında ziddiyyətlər yaranıb.

Bildirilir ki, hazırda bölgədə üzvləri əsasən xaricilərdən ibarət olan iki azsaylı qruplaşma - "Əbu Müslim əl-Şişani" ləqəbli çeçenin rəhbərlik etdiyi “Cund əl-Şam” və “Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi, təxminən 150 cihadçıdan ibarət “Cundullah” qruplaşması “Həyyat Təhrir əş-Şam” qruplaşması arasında amansız mübarizə gedir. DTX rəisinin ölkənin təhlükəsizliyinə həsr edilmiş tədbirdə bu məsələni gündəmə gətirməsi də sözügedən narahatlığın göstəricisi sayıla bilər. Bəs niyə hələ də özgə torpaqlarda, mənasız iç savaşlarda azərbaycanlılar ölməlidir? Bu cür şəxslər yenə hansı yalanlar və vədlərlə silahlı qruplaşmaların tərkibinə cəlb edilirlər?

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, DTX kurslarının açılış mərasimində səslənən fikirlər kifayət qədər əhəmiyyətlidir. Onun sözlərinə görə, tədbirdə dövlət təhlükəsizliyinin təmin olunması üçün görülmüş və görüləcək işlər haqda danışılıb: “Eyni zamanda xaricdə və daxildə bəzi qruplara xəbərdarlıq edildi. Bu xəbərdarlıq ondan ibarətdir ki, əgər həmin qruplar öz qanunsuz hərəkətlərindən əl çəkməsələr, daha sərt və ciddi tədbirlər görüləcək. Bilirsiniz ki, bu yaxınlarda ciddi addımlar atıldı, müxtəlif istiqamətlərdə həbs edilənlər oldu. O deməkdir ki, hüquq-mühafizə orqanlarımız işinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Amma təəssüf ki, Suriyada və İraqda hələ də belə azərbaycanlılar var. Üstəlik, onlar ailələri ilə gediblər. Onların arasında elələri var ki, qrup üzvü kimi döyüşlərdə ölüblər və ailələri başsız qalıb. Buna baxmayaraq, Azərbaycan dövləti qayğı göstərib onların ailələrini, uşaqlarını himayəsinə götürür, vətənə gətirir. Bu proses indi də davam edir”.

E.Məmmədov hesab edir ki, bu, dövlətin vətəndaşına qayğısıdır: “Ancaq o demək deyil ki, onlar gedib cinayətkar qruplaşmaya qoşulmalıdırlar. Bu şəxslər bilməlidirlər ki, hamısı qeydiyyatdadır və qeyri-leqal yolla Azərbaycana keçəndə həbs edilirlər. Əfsus ki, onlar buraya gələndə də sakit dayanmırlar, dövlətin əleyhinə planlarını həyata keçirməyə cəhd göstərirlər, amma dövlət kifayət qədər ciddi tədbirlər görür. Sadəcə, ölkə daxilində hansısa xarici qüvvələr tərəfindən maliyyələşən, Qarabağdakı qələbəni həzm edə bilməyən qruplar var. Onlar qabarıq şəkildə özlərini göstərirlər və bir hissəsi radikal dini qruplarda, bir qismi radikal müxalifət imicindədirlər”.

Deputat onu da bildirdi ki, torpaqlarımızın işğalda olduğu vaxtda da bu cür qruplaşmalara qoşulanlar var idi, Vətən müharibəsi oldu, yenə onlar mövcuddurlar: “Əgər vətənpərvərsən, döyüşkənsən, gəl öz millətin, torpağın üstündə vuruş. Çox təəssüf ki, bu məsələdə maliyyə önə çəkilir, ona görə ailələrini götürüb gedirlər. Təbii ki, bəyənilməz haldır. Arzu edərdim ki, həyatlarını puç etməsinlər və qayıtsınlar. Əgər günahları yoxdursa, dövlət bağışlayacaq”.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər “Yeni Müsavat”a qeyd etdi ki, Yaxın Şərqdə olan silahlı qruplaşmalara Azərbaycandan qoşulanların hələ də olmasının bir neçə səbəbi var: “Burada ideoloji-dini və siyasi, həmçinin iqtisadi, o cümlədən xüsusi səbəblər var. Bizə dini-ideoloji səbəbləri aydındır, İran vasitəsilə cəlb olunurlar, maddi tərəfi də məlumdur, dövlətlər və qeyri-dövlət qurumları muzdluların döyüşlərə cəlb olunması ilə məşğuldurlar, xüsusi səbəbə gəldikdə isə maraqlı ölkələrin yanaşması var”.

S.Əkbərin sözlərinə görə, MDB xüsusi xidmət orqanları Moskvadan təlimat almışdı: “Ki, ekstremist qüvvələri ölkədən çıxarın, gedib qaynar nöqtələrdə ya öləcəklər, ya da qayıdışına imkan verməyin. Bununla da bölgə ekstremistlərdən təmizlənmiş olar. Ona görə bu cür qüvvələr hələ də var. Amma Azərbaycandan daha çox Şimali Qafqazdan silahlı birləşmələrə qoşulanlar çoxdur. Həmçinin özbəklər çoxdur. Ümumən, Şimali Qafqaz və Mərkəzi Asiya üstündür, Azərbaycandan gedənlər müqayisədə azdır”.
0
27-10-2021, 09:33
http://dia.az/uploads/posts/2021-10/1635310650_0001.jpg
12-01-2021, 09:51
Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilib
11-08-2020, 12:37
Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilir
16-01-2019, 13:06
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
27-12-2018, 13:35
DTX xarici xüsusi xidmət orqanlarına işləyən iki nəfəri həbs edib
22-12-2018, 15:03
Özbəkistanda eks-prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanıldı
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü