Rusiya tərəfi Naxçıvanla əlaqəni təmin edəcək yolu ilk dəfə “Zəngəzur dəhlizi” adlandırdı
capar.info : - Rusiya tərəfi Naxçıvanla birbaşa əlaqəni təmin edəcək yolu ilk dəfə olaraq rəsmi Bakı və Ankaranın istədiyi kimi “Zəngəzur dəhlizi” adlandırıb.
Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu ifadəni Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova işlədib.
““Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün bütün məsələlər ən yaxşı şəkildə Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilir və həll edilir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova İrəvanla Bakı arasında “Zəngəzur dəhlizi” ilə bağlı fikir ayrılıqlarından danışarkən deyib.
“Biz hesab edirik ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələsinin işlənib hazırlanması üçün ən optimal forma bu il yanvarın 11-də (Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə) Moskva sammitindən sonra yaradılmış üçtərəfli işçi qrupudur”,-Zaxarova deyib.
O bildirib ki, bu mexanizmin işə salınması üçün artıq səkkiz görüş baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.
"Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün sayırıq",-Zaxarova vurğulayıb.
Rusiyanın TASS Agentliyi də yayımladığı mətndə ilk dəfə “Zəngəzur dəhlizi” ifadəsinə yer verib.
Agentlik yazıb ki, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək “Zəngəzur dəhlizi”nin yaradılmasını planlaşdırır.
“Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu, digər məsələlərlə yanaşı, Türkiyəni Naxçıvan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə birləşdirməyə imkan verəcək.
İrəvanda isə bildirirlər ki, ötən ilin payızında Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında hərbi əməliyyatlara son qoyan 9 noyabr tarixli üçtərəfli bəyanat Azərbaycandan Zəngəzur vasitəsilə Naxçıvana dəhlizin açılmasını nəzərdə tutmur”,-deyə Agentlik yazıb
9-10-2021, 09:47
Bakı İranın krim-tranzitini məhv etdi - FAKT BUDUR!
9-09-2021, 12:23
“Zəngəzur dəhlizi açılmayınca, İrəvanla “isti” münasibətlərin Ankara üçün perspektivi yoxdur” - GƏLİŞMƏ
1-06-2021, 09:52
Zəngəzur dəhlizi: Regionda sülhün və inkişafın əsas lokomotivi
26-03-2021, 16:03
Rusiya və Azərbaycan XİN başçılarının görüşü planlaşdırılır
2-12-2020, 11:43
Naxçıvanla quru yolu Avropaya yeni qapımız olacaq - Deputat
10-04-2020, 11:04
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü