Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun anım tədbiri keçirilib
capar.info : - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizləmiş və ərazi bütövlüyümüzü bərpa etmişdir. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur.
DİA.AZ xəbər verir ki, Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirərək, daxil olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tank bölüyü ixtisasına yiyələnmiş Azad Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Tank tağımı komandiri olan Azad Hümbətov Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə yaralı döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxara bilmişdi. Müharibənin ilk günlərində tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından yaralanmasına baxmayaraq tankı idarə edən yaralı mexaniki 25 km meşə ərazisində kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qayıdan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn olunmuş qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
27 oktyabr 2021-ci il tarixdə şəhid Azad Hümbətovun anım günü ilə bağlı Nərimanov rayonunda anım tədbiri keçirilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, millət vəkilləri Hikmət Məmmədov və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid Azad Hümbətovun ailəsi, eləcə də rayonun digər şəhid ailələri Azad Hümbətovun uyuduğu II Fəxri Xiyabana gəlmiş, Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Milli Məclisin sədr müavini Adil Əliyev çıxış edərək şəhidin ailəsinə başsağlığı vermiş, valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun xatirəsinin əziz tutulacağını, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. O, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini söyləmişdir. Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Vətən Müharibəsi Qəhrəmanının məzarı üzərinə əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmət və ehtiramla yad edilmişdir.
Daha sonra şəhidin anım mərasimi davam etdirilərək ehsan verilmiş, ruhuna dualar oxunmuşdur. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Mərasimdə Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və millət vəkili Hikmət
Məmmədov çıxış edərək qeyd etmişlər ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında vurğuladı ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. O vurğuladı ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. O bildirdi ki, 27 sentyabr - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, eləcə də 3000 nəfərədək soydaşımızın iştirak etdiyi və başları üzərində tutduqları şəhid portretlərindən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun və şəhid Qasısımov Şəhriyarın portretləri olmuşdur. Anım mərasiminin qürurverici anlarından biri də həmin portretlərin şəhidlərin valideynlərinə təqdim edilməsi olmuşdur.
Anım mərasiminin sonunda şəhid Azad Hümbətovun atası Arif Hümbətov ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
27-09-2021, 17:29
Prezident İlham Əliyevin yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim - Nargül İbrahimli Tarix: Bu gün, 17:08 | Çap et
17-08-2021, 11:31
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq
8-07-2021, 10:38
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Dövlətimiz hər zaman vətəndaşının, hərbçisinin yanındadır”
3-02-2021, 15:30
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən qalib gənclərlə hər birimiz qürur duyuruq - Könül Nurullayeva
4-12-2020, 10:53
Bu gün şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür
17-10-2020, 11:50
Azərbaycan Prezidenti: "Füzuli şəhəri və daha 7 kəndi azad edildi"
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü