Şişirdilmiş xərc, qalmaqallı tender, qeyri-şəffaflıq: - “Dövlət qurumları hesabatlarda bunları gizlədir”
capar.info : - «Azəristiliktəchizat» ASC 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında yarımçıq hesabatını açıqlayıb.
Rəsmi açıqlanan yarımçıq hesabatda qurumun gəlir və xərcləri, eləcə də mənfəət və zərəri barədə heç bir məlumat yoxdur. Bütünlüklə dövlət tərəfindən maliyyələşən və təqribən 188 milyon manatlıq aktivləri idarə edən təşkilatın maliyyə fəaliyyətinin mühüm məqamları ictimaiyyətə açıqlanmayıb. Açıqlanan yarımçıq hesabata gəlincə, sənədə əsasən, 2020-ci ildə «Azəristiliktəchizat» ASC-nin aktivləri 235 min manat azalaraq 187 milyon 617,5 min manata enib. Bu dövrdə təşkilatın torpaq, tikili və avadanlıqlarının ümumi dəyəri 157 milyon manatdan 153 milyon manata enib, pul vəsaitləri 1,6 milyon manat azalıb, debitor borcları isə təqribən 4 milyon manat artıb.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin vəzifəsi Bakı şəhərində, regionlarda yaşayış evlərinin, binaların, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. Ümumiyyətlə, son vaxtlar bir sıra qurumlar hesabatlarını ya gizli saxlayır, yaxud yarımçıq təqdim edir və bunun əsas səbəbi isə qurumlar tərəfindən açıqlanmır.
Bəs qurumları hesabatları gizli saxlamağa vadar edən əsas səbəblər nədir?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə mövcud vəziyyətlə bağlı deyib ki, bu, dövlət müəssisələrinə və şirkətlərinə xas olan bir xüsusiyyətdir:
“Gəlir və xərclərlə bağlı yarımçıq və yaxud da mənzərəni tam, aydın şəkildə görməyə imkan verməyən məlumatların açıqlanması adi hal alıb. Bunun əsas səbəbi xərclər hissəsi ilə bağlıdır. Gəlir hissəsində bəzən problem olmur. Çünki məlum tariflər var və həmin tariflərə uyğun olaraq əhalindən, yaxud kommersiya müəssisələrindən yığılan vəsaitin həcmi məlum olur. Yəni ya borc, yaxud da yığılmış vəsait şəklində onların balansında görünür. “Azəristiliktəchizat”a əsasən, dövlət müəssisələrinin borcu olur. Məktəblərin, xəstəxanaların, yaxud digər dövlət müəssislərinin ödənişlərində gecikmələr var. Əhali ilə bağlı belə gecikmələr daha azdır.
Əhali qrupuna aid olan hissədə daha aydın şəkildə satış, göstərilən xidmətə görə onlardan toplana biləcək vəsaitin həcmi də görünür. Yəni gəlir hissəsində problem çox vaxt müşahidə edilmir. Xərclərin şişirdilməsi, satınalmaların qeyri-şəffaf olması, satınalmalar vaxtı tenderlərin qanunvericiliyə uyğun olaraq keçirilməməsi kimi problemlər nəticə etibarilə onların ziyanla işləməsinin əsas səbəbidir. Bu səbəbi gizlətmək, məsələləri daha şəffaf şəkildə elan etməmək, müzakirələrdən kənarda saxlamaq dövlət müəssisələrinin qeyri-şəffaf şəkildə, yaxud yarımçıq şəkildə hesabatlarını açıqlamasının əsas səbəbidir. Xərc hissəsində, satınalmalarla bağlı problemlər olması ilə bağlı olaraq çox vaxt bu rəqəmləri gizli saxlamağa çalışırlar”.
24-05-2021, 14:27
Azərbaycanın ötənilki HƏRBİ XƏRCLƏRİ bu qədər olub
21-12-2020, 12:44
Bakıda 65 milyon manata torpaq sahəsi satılır
21-12-2020, 12:41
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb
3-06-2020, 13:07
Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil”
28-01-2020, 12:32
“Premium Bank”ın xalis mənfəəti 45% azalıb
9-01-2019, 14:07
Qeyri-rezidentlərin banklardakı əmanətləri azalıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü