“...Dini toyda o bayraqların qaldırılması sifariş verilib” - ETİRAZ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 262
26 Ekm 2021 | 16:13
“...Dini toyda o bayraqların qaldırılması sifariş verilib” - ETİRAZ

capar.info : - Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşları məsələ ilə bağlı əməliyyat-axtarış tədbirləri aparıblar. Nəticədə bəlli olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər. Toy karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlbəttə, bu olay cəmiyyətdə “Nəyə görə, Bakıda İran bayraqları qaldırılıb? Bu cür dini toylar təxribat xarakterli ola bilərmi?” kimi suallar doğurur.

Şərqşünas Seyid Camal Əzimbəyli bu barədə "Şərq"ə danışarkən bildirib ki, son aylarda , xüsusilə son günlərdə Azərbaycanın kənarından yad təsirlərə məruz qalan ,dini kimliyi bəlli olan, amma milli kimliyi şübhəli olan biriləri boy atmağa başlayıblar:

"Bəziləri bilərək, bəziləri isə bilməyərək bu prosesin iştirakçılarına çevrilib. İnsanların dini duyğularından , onaların mərhəmət , şəfqət hislərindən sui-istifadənin şahidi olmaqdayıq. Düşünürəm ki, Azərbaycan dünyəvi ölkə olsa da, burada milli-mənəvi, dini dəyərlər özünü islam ölkəsi sayan dövlətlərdən nəinki geri qalmır, hətta irəlidədir. Bir uğurumuz da odur ki, ölkəmizdə bu dəyərlərin həqiqi təəssübkeşi dövlətdir. Son vaxtlar xüsusi olaraq şəhid məclislərindən dırnaqarası məharətlə istifadə etmək cəhdlərinin şahidi oluruq. Dini toylar adı altında keçirilən mərasimlərdə digər Azərbaycana dəstək verməyən, onun ən ağrılı,acılı günlərində, bilavasitə şəhid qanlarının tökülməsində rolları olan ölkələrin də bayraqlarının olması , dalğalanması yolverilməzdir . Mən bir şərqşünas olaraq düşünürəm ki, Azərbaycanda əhli-beyt irsinin mühafizə olunmasının əsl təminatçısı dövlət və dövlət başçısının özüdür. Biriləri ictimai rəydə ajiotaj yaratmağa çalışır ki, güya Hüseyn sevərlərə qarşı ölkəmizdə bir basqı var. Əslində isə belə deyil.Azərbaycanda Peyğəmbərə , əhli-beytə tarixdən süzülüb gələn ilahi bir eşq var. Bu duyğuların istismarını qətiyyətlə pisləyirəm. Düşünürəm ki, həqiqi islamın qaydalarını , təməl prinsiplərini bilən şəxslərin Həzrəti Hüseyn eşqini onların qəlbində, əməlində görmək ən doğrusudur. Necə ki, biz bunu Qarabağ uğrunda şəhadət kəfəninə bürünən Azərbaycan ordusunun əsgərlərində gördük”.

Şərqşünas onu da qeyd edib ki , bu gün Azərbaycanın milli təhlükəsizliyinə hər hansı bir təriqət və mənsəbdən qaynaqlanan təhdidlər varsa, bu addımı atanlar yerindəcə zərərsizləşdirməlidir:

"Görünən odur ki , təşkil edilən bu dini toy mərasimində o bayraqların qaldırılması haradansa sifariş verilib. İndi biz ideoloji baxımdan belə sifarişləri zərərsizləşdirmək üçün dövlətin yanında olmalıyıq. Bu hər birimizin borcudur" .
6-08-2021, 10:53
Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb
1-12-2020, 10:11
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
24-11-2020, 11:13
Epidemiya qaydalarını pozan Sabirabad sakini barəsində cinayət işi açılıb
30-06-2020, 22:40
Şəmkirdə toy etmək istəyən şəxs həbs edilib
12-06-2020, 13:13
Bakıda karantin rejimini pozan şəxslər barəsində cinayət işi başlanıb
10-04-2020, 11:00
Bakıda xüsusi karantin rejim qaydalarını pozan şəxs həbs olunub
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü