Türk dövlətləri üzərində nəhəng oyun və ya “Asiya poliqonu” uğrunda mübarizə - NƏ BAŞ VERİR?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 212
26 Ekm 2021 | 16:08
Türk dövlətləri üzərində nəhəng oyun və ya “Asiya poliqonu” uğrunda mübarizə - NƏ BAŞ VERİR?

capar.info : - ABŞ Orta Asiya ölkələrinə Amerika qoşunlarını yerləşdirməyi təklif edir. Belə bir açıqlama ilə Rusiya rəsmiləri çıxış ediblər. Onlar bildiriblər ki, vaxtilə Özbəkistan Əfqanıstandakı əməliyyatlara havadan dəstək vermək üçün Xanabad aerodromunu ABŞ Müdafiə Nazirliyinin sərəncamına vermişdi. Lakin görəndə ki, Vaşinqton bundan sonra ölkənin daxili işlərinə qarışmağa başlayıb, həmin bazanı bağladılar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Vadim Kozyulin söyləyib ki yenidən bu addımı atacaqları təqdirdə ABŞ Orta Asiya dövlətlərinin daxili işlərinə qarışmağa başlayacaq: “Bunun isə onlar üçün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil”.

İddialara görə, Ağ Ev bu yolla iki niyyətini həyata keçirmək istəyir. Bunlardan biri bu yolla Əfqanıstan və regiona ümumi nəzrəti həyata keçirmək, digəri isə Orta Asiyada özlərinə yaxın qüvvələri iqtidara gətirməkdir.

Milli Məclisin üzvü, tarixçi professor Anar İsgəndərov AYNA-ya deyib ki, Orta Asiya hazırda Moskvanın nəzarətindədir: “Kreml heç bir halda onların nəzarətdən çıxmasına imkan verməyəcək. Daha doğrusu, bunun baş verməməsi üçün nə lazımdırsa, edəcək. Nəzərə almaq lazımdır ki, bu bəyanat Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin adından səsləndirilib. Heç şübhəsiz, bu açıqlamanı tirajlayarkən, öz maraqlarını əsas götürüblər. Yəni, birtərəfli mövqe ortaya qoyublar. Orta Asiya dövlətləri 30 ildir ki, öz müstəqilliklərini elan edib. Və bu ölkələrdə çox güclü hakimiyyətlər var. ABŞ və digər dövlətlər də bilir ki, bu iqtidarlar özləri üçün həır hansı təhlükə hiss etdiyi zaman heç bir tərəddüd etmədən bunun qarşısını alacaqlar”.

Deputatın sözlərinə görə, Orta Asiya kifayət qədər həssas regiondur: “Bu region iki dünya gücünün – Rusiya və Çinin sərhədlərində yerləşir. Hər iki dünya nəhənginin bu regionda ciddi maraqları var. Eyni zamanda ABŞ-da burada baş verənlərə laqeyd deyil. Orta Asiyanı siyasi baxımdan “qaynar nöqtə” adlandırmaq olar. Təbii ki, hər kəs bu regionda öz maraqlarını həyata keçirmək istəyir. Mövcud şəraitdə Rusiyanın bu ölkələrə təsiri daha çoxdur. Çünki beş Orta Asiya dövlətindən üçü Kollektiv Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Moskva ilə onların arasında qarşılıqlı hərbi öhdəliklər mövcuddur”.

“Əfqanıstan məsələsinə gəlikdə isə Makedoniyalı İsgəndərin dövründən üzü bu yana bu ölkəni işğal etmək istəyənlər olub. Lakin onların heç biri öz niyyətinə müvəffəq olmayıb. Çünki əfqanlar itaətkar xalq deyil, öz üzərində kənar diqtəni qəbul etmirlər. Bunu artıq dünya da başa düşüb və ABŞ hərbi kontingentinin Əfqanıstanı tərk etməsi bu xüsusda təsadüfi deyil. Qarşıdakı onilliklərdə Əfqanıstana əfqanlar nəzarət və rəhbərlik edəcəklər. Orta Asiya ölkələrində Qərbin demokratik inqilablar yolu ilə öz qüvvələrini hakimiyyəti gətirməsi isə real görünmür. Çünki ona qarşı Rusiya, Çin kimi qüvvələr dayanıb və bu, asan olmayacaq. Rusiya və Çin imkan verməz ki, ABŞ “Orta Asiya baharı” başlatsın” - deyə İsgəndərov fikrini yekunlaşdırıb.

Politoloq Nəzakət Məmmədova AYNA-ya şərhində bildirib ki, Özbəkistanda Ağ Evin hərbi bazalar yerləşdirmək planları barədə hələ bu ilin yazında ABŞ mətbuatında məlumatlar tirajlanmışdı: “Yəni, o zaman Ağ Evə Donald Tramp rəhbərlik edirdi. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın may ayında Özbəkistan və Tacikistana səfərinin məqsədi də bu idi. Daha sonra isə məlum olduğu kimi, iyun ayında Bayden və Putin arasında baş tutan görüşdə Mərkəzi Asiyadakı, daha dəqiq desək, Qırğızıstan və Tacikistandakı Rusiyaya məxsus hərbi bazalardan ABŞ-ın istifadə etmək imkanları müzakirə olundu. Tərəflər bunu Əfqanıstandakı təhlükəsizlik məsələləri ilə əlaqələndirdi. Hətta Rusiyanın hərbi əməliyyatların əvvəlcədən onunla razılaşdırılması müqabilində həmin bazalardan istifadəyə icazə verdiyi barədə məlumatlar da yayıldı”.

“Lakin sonradan tərəflər arasında qarşılıqlı etimadsızlıq bu məsələni gündəmdən çıxardı. Eyni zamanda Qırğızıstan və Tacikistandakı hərbi bazaların yaxın və orta radiuslu pilotsuz uçuş aparatları ilə təchiz olunduğu, tərəflərin bu üsulla toplanmış kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirəcəyi məlum olmuşdu. ABŞ və Rusiyanın bu məsələdə gözlənilməz həmrəyliyi heç şübhəsiz, Çin amilinə qarşı Mərkəzi Asiyada həmrəyliyin təzahürü olsa da, ortaq bir məxrəcə gəlindiyini söyləmək olmaz. Orta Asiya respublikalarının bu məsələyə soyuq yanaşması üstünlüyün Rusiyada olduğunu göstərir. Belə ki, Özbəkistan Müdafiə Nazirliyi ölkənin Milli Müdafiə Doktrinasına əsaslanaraq ölkə ərazisində xarici hərbi bazaların yerləşməsini istisna edib”.

Ekspertin sözlərinə görə, Özbəkistan Konstitusiyası və 2021-ci ilin xarici siyasət konsepsiyası da bunu təsbit edir: “Doğrudur, Özbəkistan KTMT üzvü deyil, lakin Rusiyanın razılığı olmadan onun öz ərazisində ABŞ hərbi bazasını yerləşdirməsi və ya hər hansı formada bu ölkə ilə hərbi-texniki əməkdaşlıq etməsi inandırıcı deyil. Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması fonunda onların Mərkəzi Asiyada yerləşdirilməsi aktualdır. Çinin də bu məsələyə müqavimət göstərəcəyi şübhəsizdir. Lakin məhz Çin amilinin ABŞ və Rusiyanı razılığa təşviq etməsi də mümkündür. Rusiya buna, təbii ki, ABŞ-dan bir sıra regional və beynəlxalq güzəştlər qarşılığında icazə verə bilər”.

“ABŞ 11 sentyabrdan sonra Özbəkistandakı Xanabad hərbi bazasından istifadə etmişdi və onun bu ölkə ilə əməkdaşlıq təcrübəsi mövcuddur. Rusiyanı isə yalnız terror təhlükəsi və Çinin aqressiv davranışları ABŞ ilə razılığa sövq edə bilər. Bu ilin iyulunda Moskvada “Taliban” nümayəndələri Rusiyaya xarici diplomatik nümayəndəliklərə, o cümlədən, Rusiya səfirliyinə toxunulmazlıq və təhlükəsizlik vədi verib. Əgər o, öz sözünün üstündə dayanarsa, verdiyi bu və ya digər vədləri yerinə yetirərsə, Rusiyanın ABŞ-ın Özbəkistandakı hərbi iştirakına imkan verməsi inandırıcı deyil. Lakin “Taliban” vədini pozarsa və ya Çin Mərkəzi Asiya üzərindən Rusiyaya və ABŞ-ın buradakı maraqlarına təhdid yaradarsa, o zaman ABŞ və Rusiyanın bu məsələdə razılığa gəlməsi mümkündür”, - deyə Məmmədova vurğulayıb.

Əlavə edir ki, bu baxımdan Özbəkistanda keçirilən prezident seçkilərinin nəticələri də diqqət yetirilməsi vacib məsələdir: “Hakimiyyət dəyişikliyinin baş verməməsi gözlənilən idi və Mirziyoyevin ikinci müddətə vəzifəsində qalması Rusiyanın regionda mövqeyini daha da gücləndirəcək”.
15-10-2021, 09:18
Putinin Cənubi Qafqaz təlaşı: “ayıq-sayıq olun” xəbərdarlığının izi ilə - NƏ BAŞ VERİR?
30-09-2021, 23:11
İlham Əliyev Paşinyanla görüşəcək? – Rusiya XİN-dən AÇIQLAMA
17-09-2020, 12:26
Azərbaycan Asiya İnkişaf Bankının yeni donoru olub
5-08-2019, 17:38
Rusiya Moskva aksiyalarına görə iki ölkəni ittiham edib
9-01-2019, 13:49
Cənubi Qafqaz və Mərkəzi Asiya: "Stratfor"un risklərlə dolu proqnozları
26-12-2018, 14:01
Rusiyalı ekspert: Xəzərdə enerji və təhlükəsizlik məsələlərini Azərbaycansız nəzərdən keçirmək mümkün deyil
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü