Molla rejimi siyasi məğlubiyyətini hərbi təxribatla “sığortalayacaq?” - İraqda Nəcəf-Qum HESABLAŞMASI
capar.info : - İraqda oktyabrın 10-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra yaranan ziddiyyətlərin daha da kəskinləşməsi səbəbindən yeni hökuməti formalaşdırmaq hələ də mümkün olmur.
Qeyd edək ki, iki həftə əvvəl baş tutan növbədənkənar seçkilərdə seçici fəallığı antirekord vurub. Əgər 2018-ci il seçkilərində səsvermədə 44 faiz seçici iştirak etmişdisə, 10 oktyabr seçkilərində bu göstərici cəmi 41 faiz təşkil edib.
Nəticələrə gəldikdə isə 10 oktyabr seçkilərini İraqdakı şiə partiyalarının triumfu kimi qiymətləndirmək olar. Açıqlanan yekun nəticələrə əsasən, Müqtəda əs-Sədrin lideri olduğu “Sədr” bloku parlamentdəki 329 yerdən 73-nü əldə edib.
Eks-spiker Məhəmməd əl-Halbusinin “Tərəqqi” bloku 38 mandatla 2-ci, keçmiş Baş nazir Nuri əl-Malikinin “Qanun dövləti” bloku isə 37 mandatla 3-cü olub. İraqın İranyönümlü əsas siyasi qüvvələrinin birləşdiyi “Fəth” bloku isə bu seçkilərdə acınacaqlı məğlubiyyətlə üzləşərək cəmi 14 deputat mandatı əldə edib. Seçkilərə qatılan kürd partiyaları ümumilikdə 61 mandat qazanıb.
Yuxarıda da vurğulandığı kimi, parlamentdəkı qüvvələr nisbətinə tam aydınlıq gəlsə də, yeni hökumətin qurulması məsələsi artıq ilk gündən dalana dirənib. Bunun da əsas səbəbi İraqdakı şiə partiyaları arasında ziddiyyətlərin xeyli dərinləşməsidir.
Seçkilərin qalibi olan Müqtəda əs-Sədrin bloku yeni hökumətin formalaşdırılmasında İranyönümlü “Fəth”lə hər hansı koalisiya qurmaq niyyətindən tamamilə uzaqdır. Eyni zamanda, seçkilərin nəticələrinin “total surətdə saxtalaşdırıldığını” iddia edən “Fəth” də “Sədr” bloku ilə hökumət ortağı olmağa hazırlaşmır.
Bununla belə, İraqın şiə partiyalarının anlaşacağından ümidini üzməyən tərəfdarlar bu məsələdə şiəliyin İranın nəzarətindən kənarda olan Nəcəf məktəbinin rəhbəri, ayətulla Əli Sistaninin öz nüfuzundan istifadə edərək birləşdirici missiyanı üzərinə götürəcəyini düşünürdülər.
Lakin onların bu gözləntisi doğrulmadı. Sistani ötən cümə günü xüsusi nümayəndəsinə oxutduğu xütbədə seçki və “şiə həmrəyliyi” mövzusuna toxunmayaraq, “Sədr” – “Fəth” qarşıdurmasını öz axınına buraxmağı lazım bilib. Bu mövqe onu göstərir ki, Sistani də şiə partiyaları arasında səngiməyən toqquşmalardan usanıb.
Əksər təhlilçilər İraqın şiə qrupları arasındakı ziddiyyətlərdə İranın təhrikçi rol oynadığını önə çəkirlər. Tehrandan idarə olunan “Fəth”in birbaşa İran maraqlarının ifadəçisi olması İraq şiələri arasında parçalanmanın əsas leytmotivi sayılır. Konkret desək, İran bütövlükdə region miqyasında həyata keçirdiyi pozuculuq missiyasını İraqda daha aqressiv formada icra etməkdədir.
Bu isə o anlama gəlir ki, yaxın onilliklərdə sünni-şiə, ərəb-kürd və digər daxili toqquşmalarla zəiflədilmiş İraqda şiə-şiə qarşıdurması yetişib. Digər tərəfdən, İraq şiələrinin “siyasi toqquşması”nda neytral mövqe tutduğu təəssüratı yaranan Sistani bu mübarizədə heç də “kənar seyrçi” qismində izləmir. Başqa sözlə, İraq şiələri arasında vüsət alan qarşıdurma Nəcəf-Qum “hesablaşması” da adlandırıla bilər.
İraqdakı İranpərəst şiə qruplarının, əsasən də “Həşdi-Şabi”nin seçkilərin nəticələrinə etiraz olaraq, paytaxt Bağdadda təşkil etdikləri kütləvi etiraz aksiyaları artıq dövlət üçün təhdidedici forma almağa başlayıb. İranyönümlülərin bu etirazlarının mümkün inkişafını hesablayan hökumət isə Bağdaddakı diplomatik korpusun və dövlət qurumlarının yerləşdiyi “yaşıl zona”da təhlükəsizlik tədbirlərini maksimum artırıb. Məlumata görə, ABŞ özünün Bağdaddakı səfirliyinin mühafizəsini gücləndirmək üçün Küveytdən əlavə hərbi kontingent göndərib.
Əslində, İraq hökuməti ilə ABŞ-ın bu narahatlılığı heç də əsassız deyil. Çünki son bir ildə regiondakı maraq və mövqeləri sarsıdıcı zərbələrə məruz qalan İranın İraqdakı hərbi-siyasi təsirlərini itirməsi molla rejiminin planlarına daxil deyil. Ona görə də, İraqdakı mövcudluğunu nəyin bahasına olursa-olsun, qorumağa çalışan İranın İraqda ən gözlənilməz ssenarilərə əl atması çox realdır. O ssenarilərin mümkün nəticələri isə artıq başqa məsələdir.
21-06-2021, 10:45
Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb
8-11-2020, 10:26
Associated Press: Co Bayden prezident seçkilərində qalib gəlib
27-01-2020, 13:57
Parlament seçkilərində namizədlərin sayı məlum oldu - Ən çox namizəd hansı dairədəndir?
17-01-2020, 16:44
YAP ödənişsiz efir vaxtından imtina etdi
13-01-2019, 13:06
Hikmət Hacıyev: Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir
9-12-2018, 13:49
YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü