Kapitulyant ölkəni revanşa sürükləyən 3 güc və... - TƏHLİL
capar.info : - 44 günlük Vətən savaşı həm də - Azərbaycanın dost-müttəfiqlərinin səfinə ciddi şəkildə aydınlıq gətirdi. O sırada dost cildinə girmiş düşmənlərimizin maskasını yırtdı. Qələbəmizə ürəkdən sevinən dostlarımızla yanaşı, yalandan üzünə təbəssüm ifadəsi verən “dostları” da, təbii ki, tarixi qələbəmizdən rəncidə və narahat olan rəqibləri də bizə barmaqla göstərdi.
Əlbəttə, dünyadakı erməni havadarlarının arealı onsuz da bəlli idi. Lakin indi daha müfəssəl bilgilərə malikik. Bu da Azərbaycana öz milli təhlükəsizlik strategiyasını mükəmməl şəkildə qurmaq imkanı yaradır. Düzdür, deyirlər, “siyasətdə daimi dostlar olmur”. Ancaq bizim bir üstünlüyümüz də elə odur ki, Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi daimi dostları var. Halbuki eyni fikri, məsələn, Ermənistan-Rusiya münasibətləri haqda söyləmək mümkün deyil.
İrəvanda Ermənistanın yeganə xilaskarı olan Rusiya əleyhinə son günlər keçirilən aksiyalar, Putinin ünvanına səslənən təhqiramiz ifadələr qənaətimizə şübhə yeri saxlamır. Bununla belə, bu da faktdır ki, Rusiya da, xristian Qərb də, hətta “müsəlman” İran da Ermənistan adlı “ərköyün uşağın” nazını çəkməyə davam edir, onu hər vəchlə Azərbaycana qarşı ayaqda saxlamağa çalışırlar. Rusiyanı, Qərbi və İranı ölkəmizə qarşı ortaq məxrəcə gətirən tək amil isə şübhə yox ki, Türk faktorudur...
***
“Fransa, ABŞ və Rusiya bir növ erməni diasporunun beşiyidir və bu üç ölkə Qarabağ məsələsində erməni tərəfinə həddən ziyadə loyallıq elədi. Nəticədə uzun müddətdir müşahidə etdiyimiz şey baş verdi - ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində tamamilə yararsız olduğunu göstərdi”.
“Yeni Müavat”ın məlumatına görə, bu sözləri Caliber.az-a Ermənistan-Azərbaycan münaqişəsi üzrə ixtisaslaşmış britaniyalı jurnalisti Nil Uotson söyləyib.
Onun sözlərinə görə, baxmayaraq ki, Ermənistanda demoqrafik böhran yaşanır, İrəvan hələ də davakar davranış sərgiləməyə davam edir, çünki hər yerdə diaspordan dəstək alır: “Erməni təbliğatının gücü həm də ondadır ki, Ermənistanın özünü İslam bölgəsinin ortasında xristianlığın qalası kimi təqdim edir - hərçənd Azərbaycan multikulturalizmin yüksək səviyyədə inkişaf etdiyi bir ölkədir - habelə bütün dünyada Qərbin dəstəyi ilə 1915-ci il ”soyqırımı" haqda miflər yayır".
Ekspert hesab edir ki, Ermənistanın hazırda 2 əsas müttəfiqindən biri Rusiyadır: “O Rusiya ki, onu silahla təmin edir və ərazisində hərbi bazaları var, həmçinin onun infrastrukturuna və energetikasına nəzarət edir. Digər dövlət isə Güney Azərbaycandakı təxminən 30 milyon etnik azərbaycanlının varlığı səbəbindən qəti şəkildə Bakı əleyhinə köklənmiş İrandır”.
Britaniyalı siyasi şərhçi daima Bakıya qarşı qızışdırılan Ermənistanın bu xüsusda revanş planlarına da toxunub. “Əgər Paşinyan Rusiyaya münasibətini dəyişərsə və ya, məsələn, Ermənistanda rusiyapərəst bir hökumət seçilsə, onda hesab edirəm ki, İrəvanın revanş cəhdi real olacaq, nədən ki, Rusiya və İranın hərbi qüdrəti ermənilərin arxasında duracaq”, - deyə o ehtimal edib.
Bu yerdə kisik haşiyə: maraqlıdır ki, az öncə sərhəddə Azərbaycana “əzələ” nümayiş etdirməyə çalışan İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri yazı hazırlanarkən Moskvada səfərdə idi və Rusiya müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparırdı...
“Bəs Ermənistanı 10 noyabr üçtərəfli sənədin bəndlərini yerinə yetirməyə vadar eləmək üçün nə lazımdır” sualına Nil Uotson belə cavab verib: “Üçtərəfli bəyanata riayət olunmasını təmin etmək üçün Azərbaycanın Qərbdən, o cümlədən BMT kimi beynəlxalq təşkilatlardan dəstək almasına ehtiyac var. Ancaq əvvəlcə erməni təbliğatına və erməni diasporunun təsirinə qarşı müqavimət göstərmək lazımdır”.
***
Etiraf edək ki, ingilis şərhçi Azərbaycana olan təhdidlərin ünvanını və sırasını dəqiq ifadə edib. Onlardan biri də əlbəttə ki, “dindaş” İrandan gəlir. O İran ki, hazırda qalib ölkəmizə qarşı çox qəzəblidir. Əsas səbəblər məlumdur. Onlardan birini Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə MDB Dövlət Başçıları Şurasının video-konfrans formatında keçirilən iclasındakı çıxışı zamanı belə ifadə eləmişdi. Sitat: “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”.
Odur ki, Azərbaycan 2-ci Qarabağ savaşının qalibi olsa da, işğalçı ölkəni darmadağın eləsə də, “ilanın başının” tam əzilmədiyini, üstəlik, ona “zəhər verən kərtənkələlərin” olduğunu nəzərə alıb, mütləq həm öz hərbi qüdrətini və döyüş təcrübəsini durmadan artırmalı, həm də özünün təbii strateji müttəfiqləri - Türkiyə, Pakistan, İsrail, Ukrayna ilə hərbi sahədə əlaqələri ən sıx səviyyəyə çatdırmalıdır.
Biz heç vaxt arxayınlaşmamalı, eyni zamanda, britaniyalı jurnalistin vurğuladığı kimi, informasiya-təbliğat savaşına məxsusi diqqət yönəltməliyik. Hərbi qələbədən dolayı heç bir eyforiyadan söhbət gedə bilməz...
***
Yeri gəlmişkən, dünəndən etibarən Azərbaycanın quru qoşunları Laçında növbəti təlimlərə başlayıb. Belə ki, 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi start götürüb. Müdafiə Nazirliyinin yaydığı xəbərdə həmçinin deyilir ki, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsi ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.
Az öncə isə işğaldan azad edilən Laçında, dəhlizə yaxın ərazidə Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlim keçirmiş, bununla da separatçı-revanşist ünsürlər və onların xarici havadarlarında güclü təlaş yaratmışdı.
Şəksiz ki, Azərbaycanın həm ayrıca, həm də qardaş ölkə ilə birgə reallaşdırdığı bu qəbildən təlimlər ən əvvəl qaynar erməni başları üçün sanballı mesajdır ki, ağıllı olsunlar. Kənardan onları qızışdıranlara arxayın olub revanşı xəyallarından belə keçirməsinlər...
“Yeni Müsavat”
22-09-2021, 08:41
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
15-09-2021, 10:21
Ermənistan “Dəmir qapaz” üçün darıxıb - İrəvan yeni müharibə hazırlığı içində?
9-09-2021, 15:22
Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı
24-05-2021, 14:35
Moskva Azərbaycanı Putinin hərbi blokuna üzvlüyə ÇAĞIRDI
27-10-2020, 10:15
Milli Məclisə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təcavüzü pisləyən məktublar gəlməkdə davam edir
8-10-2020, 17:02
Haqq savaşımızın ən səmimi dostları
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü