Azərbaycan tarixi qərar ərəfəsində: Bunu İran istədi - GƏLİŞMƏ
Gündəm / Siyasət / Hadisə
Oxunub: 261
14 Ekm 2021 | 15:05
Azərbaycan tarixi qərar ərəfəsində: Bunu İran istədi - GƏLİŞMƏ

capar.info : - İndi İranın hakim rejimi Azərbaycan dövlətçiliyinə münasibətini açıq şəkildə nümayiş etdirdikdə, Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasının mümkünlüyü barədə məsələni yenidən qaldırmaq olduqca məqsədəuyğundur. Dövlətlərimiz arasında uzun müddətdir diplomatik əlaqələr qurulub və İsrailin Bakıdakı diplomatik missiyası daimi fəaliyyət göstərir. Azərbaycan hələ bunu etməyib və ölkənin diplomatik dairələrində, anonim olaraq, həmişə belə bir addımın İranla münasibətlərimizi korlaya biləcəyi ilə izah olunur.

Ancaq son bir aydakı hadisələr göstərir ki, yəqin, bu səbəbi tarixin zibil qutusuna atmaq mümkündür, xüsusən də Tehranın özü buna məmurlarının ağzı ilə fəal şəkildə töhfə verir.

Əlavə olaraq unutmaq olmaz ki, İranın əhatəsində olan ölkələrdən Azərbaycandan başqa heç kim İsraildə öz diplomatik nümayəndəliklərinin olmasından çəkimir. Nə deyə bilərik, hətta İranın müttəfiqi Ermənistan da sakit və özü üçün neqativ nəticəsiz İsraildə səfirliyini açdı.

Sizcə, Azərbaycanın bu addımı atmasının vaxtı çatıbmı? Və bu, Tehranı ölkəmizə hücum etməyə cürətləndirəcək dərəcədə qəzəbləndirə bilərmi? Yoxsa orada hələ də müəyyən addımların ehtimal olunan nəticələrini hesablamağı bilən bir neçə praqmatist qalıb?

AYNA mövzunu tanınmış İsrail ekspertləri ilə müzakirə edib.

Publisist Aleksandr Nepomnyaşiy:

“Azərbaycanın İsraildə səfirlik açmasının vaxtı çatıbmı? Bir israilli olaraq əminliklə deyirəm: bu, hələ dünən olmalıydı!

Azərbaycanlılarla yəhudilər arasında münasibətlərin həmişə yaxşı olduğunu desəm, yanılmaram, amma son illərdə təsiredici dərəcədə yaxınlaşma oldu.

Səfirliyin açılması təkcə ölkələrin yaxınlaşmasını təcəssüm etdirən simvolik bir addım deyil, ölkələrimizin şəxsi, biznes, turizm, elmi, mədəni və idman layihələri, başqa sözlə, hər iki dövlətin rifahı naminə daha da yaxınlaşmadır.

İran İsraildə Azərbaycan səfirliyinin açılmasına əsəbiləşəcəkmi? Aydındır ki, bəli. Bu, Azərbaycana qarşı hərbi qarşıdurmaya səbəb ola bilərmi? Məncə yox. Çünki İran rejiminin liderlərinin digər problemlərə əlavə olaraq bu cür problemlərə ehtiyacı olması ehtimalı azdır. Üstəlik, bir müddət əvvəl Azərbaycan öz ordusunun gücünü kifayət qədər açıq şəkildə nümayiş etdirdi.

Bundan əlavə, Tehran açıq şəkildə başa düşür ki, Azərbaycana təcavüz etdikləri təqdirdə, özünü Azərbaycanın maraqlarının himayəçisi kimi fəal şəkildə tanıdan Türkiyənin bir kənarda qalmaq ehtimalı yoxdur.

Azərbaycan rəhbərliyi öz maraqları naminə bu diplomatik düyünü aça biləcəkmi? Ümid edirəm ki, bəli”.

Publisist Aviqdor Eskin:

“Bu gün İsrail ilə Azərbaycan arasında hərbi və strateji əməkdaşlıq inkişaf etdirilib. İsrail də Bakıdan neft alır. Birgə kənd təsərrüfatı və tibb layihələri hazırlanır. Eyni zamanda ölkələrimiz arasında diplomatik münasibətlər keçmiş SSRİ respublikaları arasında ən aşağı səviyyədədir.

Azərbaycan BMT-də və digər beynəlxalq təşkilatlarda çox zaman İsrailə qarşı səs verir. Aparıcı ərəb ölkələrinin İsraillə sülh müqavilələri bağladığını nəzərə alsaq, bu, olduqca qəribə görünür. Müsəlman və ərəb ölkələrinin İsraildəki səfirliklərinin siyahısı getdikcə artır.

Azərbaycanın bu siyasətinin səbəblərini heç vaxt anlamamışam. Heç kim Bakıdan İsrailə tam dəstək gözləmir. Lakin ölkələrimiz arasındakı real münasibətlər yuxarıda göstərilən inersial addımlara yenidən baxılmasını tələb edir.

Tehrana gəlincə, molla rejimi tez-tez çox sərt ritorikadan istifadə edir. Eyni zamanda, İran liderləri hərbi məsələlərdə olduqca realistdirlər. İranın yanında, yaşayış səviyyəsi daha yüksək olan, bütün dinlər üçün azad bir müstəqil respublika olaraq, əsasən şiə olan Azərbaycanın mövcudluğu orada sinirləri pozur. İrandakı otuz milyon azərbaycanlı faktoru da var.

Buna baxmayaraq, İran yaxşı bilir ki, Azərbaycan İraq deyil, Yəmən və Suriya deyil. Deyə bilərik ki, Azərbaycan hərbi potensialın vacib parametrlərində İranı qabaqlayır. Bunda İsrailin müəyyən bir qatqısı var.

Bu gün müharibə təhlükəsi yoxdur və İsraildə səfirliyinin açılması bu yolda heç də çox əhəmiyyətli bir faktor olmayacaq. Tehran İsraillə Azərbaycan arasındakı diplomatik qarşılıqlı əlaqədən daha çox hərbi əməkdaşlıqdan narahatdır”.
8-10-2021, 11:21
İranın batacağı ünvan AZƏRBAYCANDIR... - FAKT BUDUR!
7-10-2021, 11:46
İrandan səfirimizi geri çağıra bilərik - HƏQİQƏTƏN DƏ...
6-10-2021, 12:51
Azərbaycan da cavab olaraq İrana hava məkanını bağlaya bilər - Hərbi ekspert
16-09-2021, 20:58
“Bakı və Tehran sonunda “ortaq məxrəc” tapacaqlar” - GƏLİŞMƏ
28-10-2020, 10:53
İranın Azərbaycandakı səfiri Azərbaycan Mətbuat Şurasında olub
12-10-2020, 12:52
Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədədir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü