Toylar başladı, məktəblərdə yoluxma artır, payızda bizi nə gözləyir? - NƏ ETMƏLİ?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 273
9 Ekm 2021 | 10:37
Toylar başladı, məktəblərdə yoluxma artır, payızda bizi nə gözləyir? - NƏ ETMƏLİ?

capar.info : - Ölkədə yoluxma sayı yenidən artmağa başlayıb. Belə ki, yazını hazırladığımız zaman açıqlanan statistik məlumatda bildirilib ki, ölkəmizdə COVID-19-a 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hər kəs yoluxma sayının ikirəqəmli göstəriciyə düşməsini gözlədiyi halda, o, yenidən dördrəqəmli oldu. Bu arada (oktyabrın 7-si) Səfər ayının bitməsi ilə Məhərrəmlik ayı da “rəsmən” sona çatdı. Artıq toy, şənliklər dönəmi başlayır. Bir tərəfdən də son günlər məktəblərdə uşaqlar arasında müxtəlif respirator xəstəlikləri və COVİD infeksiyası xəstəlikləri yayılıb. Mövcud dinamika nəzərə alınmaqla yoluxmalara bunun təsiri necə olacaq?

Bu arada qonşu ölkə Rusiyada son sutka ərzində daha 27 246 nəfər yeni növ koronavirusa yoluxub, bu rekord göstərici sayılıb. Rusiyada COVID-19-a yoluxanların sayı 7 717 356 nəfərə çatıb. Pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Son sutka ərzində 936 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 214 485 nəfərə çatıb. Bununla belə, Gürcüstan, Türkiyədə də epidemioloji vəziyyət ürəkaçan deyil. Qonşu ölkələrlə gediş-gəlişi nəzərə alsaq vəziyyət daha da ağırlaşa bilər.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma sayları mütəmadi olaraq artır. Səbəb də hazırda soyuq hava şəraiti, iqlim dəyişiklikləridir. Belə ki, bu cür hava şəraitinə görə insanlar daha çox qapalı məkanlardan istifadə edirlər və otaqların havalandırılmasına az riayət olunur. Bununla bağlı olaraq əksər viral infeksiyalar, əsasən hava-damcı yolu ilə keçən viral infeksiyaların yayılmasında artım müşahidə edirik. O cümlədən koronavirusların yayılmasında mütəmadi olaraq artımlar və yenidən azalmalar müşahidə oluna bilər. Təbii ki, toy və şənliklər pandemiya qaydalarına riayət etdikdə və əgər epidemioloji vəziyyət nəzarət altındadırsa, yoluxma sayının artmasına çox təsir göstərmir. Amma toy və şənliklərdə pandemiya qaydalarına riayət etmədikdə, məkanda vaksinasiya rəyinin sertifikat olmayan insanların çox toplaşması, maskasız sosial məsafə gözləmədən qapalı məkanlardan istifadə olunması əlbəttə ki, yoluxma sayını artıra bilər. Koronavirus əleyhinə hazırlanan vaksinlərin heç biri bizi bu virusdan ömürlük, birdəfəlik qorumur. Yəni tam qoruyucu immunitet yaranmır. Çünki bu virus tez- tez mutasiya uğradığı üçün bir vaksin bütün ştammlara qarşı tam qoruyucu ola bilməz. Xüsusilə də, əgər vaksinin vurulmasından altı ay keçibsə, bəzi vaksinlərlə üçüncü dozanın vurulması , yəni immunitetin bizi xəstəliklərdən qorunma qabiliyyətini daha da artırır”.

N.Məmmədova əlavə edib ki, vaksinlərə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi əks-göstərişlər yalnız allergik anafilaktik reaksiyalarla bağlıdır: “Digər hallarda olan əks göstərişlər, məsələn, infeksion və xroniki xəstəliklərin kəskinləşməsidir. Yəni sağaldıqdan sonra və ya xəstəlik remissiya olduqdan sonra bu qrup insanlar da mütləq vaksinasiya olunmalıdır. Ona görə də üçüncü doza vaksinə əks göstərişlər, yəni kimlər vurmamalıdır sualına cavabı kimlər birinci, ikinci dozanı vurdurmamalıdırsa, yalnız o şəxslər üçüncü dozanı vurmamalıdır. Digər hallarda isə ölkənin strategiyasından asılı olaraq üçüncü dozanın necə ki, ilk dəfə bu vaksinə görə prioritet qrup müəyyənləşdirilmişdi, üçüncü dozada da belə qrup müəyyənləşdirilə bilər. Yəni yüksək riskli sahələrdə çalışanlar və xəstəliyin ağır formasına görə risk qrupuna daxil olanlar, yaşı 60-dan çox olanlar, üçüncü dozanın daha öncədən vurdurması prioritet qrup olaraq o qrupa üstünlük verilməsi daha məqsədəuyğundur. Amma ümumilikdə götürdükdə üçüncü doza yalnız vaksinə qarşı anafilaktik reaksiya göstərənlər üçün əks götərişdir. Digər heç bir halda biz onu kiməsə əks göstəriş kimi şamil edə bilmərik.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.
19-08-2021, 11:44
Gürcüstanda son sutkada koronavirusdan 58 nəfər ölüb
31-08-2020, 17:10
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxub, 144 nəfər sağalıb
18-04-2020, 20:23
Azərbaycanda koronavirusa 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər sağalaraq evə buraxılıb
10-04-2020, 22:34
Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 58 nəfər sağalıb, bir nəfər ölüb
10-04-2020, 10:45
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb
9-04-2020, 17:36
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı: 1 nəfər ölüb, 39 nəfər sağalıb
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü