İrandan Azərbaycana İLK AÇIQ HƏDƏ... - NƏ BAŞ VERİR?
capar.info : - İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarının son açıqlamaları bu ölkə ilə Azərbaycan Respublikası arasında gərginliyi bir az da artırıb. XİN-in mətbuat katibi Səid Xətibzadə prezident İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsində söylədiklərinə cavabında deyib ki, ölkənin şimal-qərbində (Azərbaycan sərhədlərində) hərbi təlimlər keçirmək onların suveren hüququdur: “Bu təlimlər bölgənin sülh və təhlükəsizliyi üçündür. İran sionist rejimin sərhədlərinə yaxın ərazilərdə yerləşməsinə icazə verməyəcək və öz təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini Əli Sərdar Fədavi isə prezident Əliyevin İran ordusunun təlimləri ilə bağlı açıqlamalarına aşağılayıcı tonda reaksiya verib. Kontr-admiral Fədavi Azərbaycan rəhbərliyinin mövqeyini bir uşağın davranışı ilə müqayisə edib: “Balaca bir uşaq səni təhqir edib söyəndə, sadəcə, uşağın başına sığal çəkirsən. Azərbaycan liderinin açıqlamaları qeyri-adekvatdır və bunların heç bir mənası yoxdur”.
SEPAH-ın Təbrizdəki qüvvələrinin komandanı Hüseyn Purismayıl isə daha sərt mövqe ortaya qoyaraq Azərbaycanı təhdid edib. Bakının İran əleyhinə bəyanatlarının arxasında İsrailin dayandığını iddia edən Purismayılın sözlərinə görə, “İsrailin İrana qarşı Azərbaycan rəhbərliyinin dilindən səslənən hədələri nəinki Bakının maraqlarına ziddir, hətta onun mövcudluğuna təhlükə yaradır”.
SEPAH birbaşa ali rəhbərə tabe olan hərbi strukturdur, bu səbəblə Azərbaycan səslənən təhdidləri ciddiyə alıb, müvafiq tədbirlər görməlidir.
Xatırladaq ki, prezident İlham Əliyev İranın Qarabağa qanunsuz yük daşımasına kəskin reaksiya verib və Tehranı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət etməyə çağırıb. O, İran ordusunun sərhəddə hərbi təlimlər keçirməsini də tənqid edərək bu hərəkətlərin Azərbaycana qarşı yönəldiyinə işarə edib.
Azərbaycanla yaranan gərginlik İran mediasının da başlıca mövzularından biridir. Hökumətə yaxın qəzetlər, ekspertlər rəsmi tezislər əsasında Azərbaycan dövləti əleyhinə silsilə çıxışlar edir. Məsələn, ekspert Puya Hüseyni yerli mediaya açıqlamasında bildirib ki, əgər vəziyyət sabitləşməsə, kiçik bir qığılcım eskalasiyaya səbəb ola bilər.Onun sözlərinə görə, Tehran Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimlərindən, xüsusən də Xəzərdəki təlimlərdən narahat olub: “Aydın məsələdir ki, İran buna bir şəkildə reaksiya verməliydi. Sərhəddə keçirilən təlimlər də bunu ehtiva ediri”.
Hüseyni hesab edir ki, 44 günlük müharibədən sonra regionda Türkiyə və İsrailin mövqeləri güclənib və onların rolu artıb, bu isə regional təhlükəsizlik üçün təhdiddir. O qeyd edib ki, İran heç vaxt Ermənistanın Sünik vilayətində sərhədlərin dəyişdirilməsi ilə razılaşmayacaq: “Xəritədəki istənilən dəyişiklik İranın maraqlarına cavab vermir”.
İranın mühafizəkarlara yaxın məşhur “Keyhan” qəzetində isə Azərbaycana ünvanlanan şantaj dolu məqalə yayımlanıb. “İlham Əliyev əlbəttə, xatırlayır ki, Azərbaycan hökumətinə qarşı Corc Sorosun başçılıq etdiyi “məxməri inqilab”ın qarşısını almaq üçün İran və Rusiya arasında təhlükəsizlik sahəsində birgə əməkdaşlıq həyata keçirildi. Ərdoğan da xatırlayır ki, ABŞ-ın ona və AKP-yə qarşı həyata keçirdiyi çevrilişdə uğur qazanmasına mane olan tərəf İran və şəxsən general Süleymani idi“, – deyə məqalədə vurğulanır.
Təhlükəsizlik məsələri üzrə ekspert İlham İsmayıl “Press Klub”a şərhində bildirdi ki, hər zaman Ermənistana dəstək verən və ona yardım edən İran İslam Respublikasından Azərbaycana qarşı sərt, təhdid xarakterli münbasibətdə təəccüblü heç nə yoxdur:
“Bunun uzaq tarixi kökləri var. Azərbaycanın müstəqilliyini sinirə bilməyən, Güney Azərbaycana görə bizi təhlükə hesab edən İran özünün əsl simasını nə qədər islam bayrağı altında gizlətməyə çalışsa da, onun siyasətinin əsl mahiyyətini, iç üzünü məhz Azərbaycana münasibətdə aydın görmüşük. İndi də o siyasət davam edir”.
İ. İsmayıl deyir ki, İran XİN sözçüsü Xətibzadənin verdiyi açıqlamada İranın nə istədiyi aydın olur:
“Hansı sionist rejim İran sərhədinə yaxın yerdə yerləşir? İsraili nəzərdə tuturlarsa, bu ölkə İrandan fərqli olaraq, bizimlə dost münasibətdədir, amma İsrail dövləti Azərbaycan ərazisində nə hərbi baza yaradır, nə də burada hansısa kəşfiyyat-diversiya dəstələri fəaliyyət göstərir. Ad çəkmədən “sionist rejim” deyəndə bəlkə elə Azərbaycanın özünü nəzərdə tutur İran XİN sözçüsü? Nə qədər qərəzli olasan ki, belə mənasız ittihamlarla mövqe sərgiləyəsən”.
Ekspert bildirir ki, “Keyhan” qəzetinin iddialarının da əsası yoxdur:
“Azərbaycanda Sorosun “məxməri inqilabı”na yaxın hansı situasiya olub ki, İran da onun qarşısını almış olsun və ya bizi xəbərdar etsin? İran belə inqilab qarşısı alandırsa, niyə dost-qardaş bildikləri Ermənistanda 2018-ci ildə baş vermiş “məxməri inqilab”a mane olmayıblar? Axı, qərbyönümlü istənilən hakimiyyət İran üçün təhlükə hesab olunur. Deməli, qərbyönümlü Ermənistan Azərbaycana düşmən olduğu üçün qəbulediləndir. Sabah ABŞ Mehridə hərbi baza qursa da, İran dinməyəcək, çünki əsas odur ki, Ermənistan Azərbaycana düşmən münasibətdədir. Sən demə, Türkiyəni də İran xilas edibmiş. General Süleymani ABŞ-ın guya Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alan idisə, öz canını niyə Amerikanın bir əməliyyatından qurtara bilmədi?..”
İlham İsmayıl hesab edir ki, İranı hiddətləndirən Azərbaycana dost-qardaş olan Türkiyənin bölgədə möhkəmlənməsidir, İranla soyuq münasibətləri olan Pakistanın Azərbaycana yaxın olmasıdır, İsrailin Azərbaycana torpaqlarını işğaldan azad etmək üçün hərbi, siyasi yardım göstərməsidir:
“Bu münasibətlər inkişaf etdikcə Azərbaycan güclənir, İran isə zəif Azərbaycan görmək istəyir”.
29-09-2021, 13:42
İranlı general Azərbaycana qarşı HÖRMƏTSİZLİK göstərdi - Daha bir HƏDDSİZLİK!
13-09-2021, 13:21
İrandan Azərbaycan-Türkiyə təlimlərinə qərəzli REAKSİYA - Molla rejimi bizi HƏDƏLƏYİR?
23-10-2020, 10:31
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirdi
5-10-2020, 13:04
İran XİN: Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır
23-04-2020, 15:06
SEPAH ABŞ-a meydan oxudu: "VURACAĞIQ”
17-01-2020, 16:49
"Komandanlara təşəkkür edirəm..." - Xamenei sərnişin təyyarəsinin vurulması haqda
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü