Erməniyə saxta pasport verməkdə günahlandırılan şəxsə AMEA-da kim və niyə vəzifə verib? – ŞOK İDDİA
Gündəm / Siyasət / Hadisə
Oxunub: 250
29 Eyl 2021 | 13:32
Erməniyə saxta pasport verməkdə günahlandırılan şəxsə AMEA-da kim və niyə vəzifə verib? – ŞOK İDDİA

capar.info : - 2005-2009-cu illərdə AMEA-nın Memarlıq və İncəsənət institutunun xətti ilə bütün Azərbaycanı qarış-qarış gəzərək memarlıq abidələrini tədqiq edən, “Tovuz Memarlığı” kitabını çap etdirən, pedaqoji elmlər namizədi, baş elmi işçi Sabir Tağıyev özünə qarşı edilən haqsızlıqlardan narazıdır.

KONKRET.az-a açıqlama verən Sabir Tağıyev bildirib ki, 2009-cu ildən rəsmi olaraq AMEA-nın Memarlıq və İncəsənət institutunda iki akademikin tövsiyyəsinə uyğun olaraq işə başlayıb. Alimin dediyinə görə, ona Qərb rayonlarının memarlıq abidələrinin tədqiq edilməsi işi tapşırılıb. Bu işin məsuliyyətini dərk edən müsahibim deyir ki, həmin rayonları bir-bir gəzərək, incəliyinə qədər memarlıq abidələrini araşdırıb: “Araşdırmalar nəticəsində müşahidə etdim ki, 5 rayonda (Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy) cəmi 353 yaşayış məntəqəsi mövcuddur. Gülünc haldır ki, 2001-ci ilin siyahısına əsasən bu 353 yaşayış məntəqəsində cəmi 383 abidə qeydə alınıb. Mən isə həmin ərazilərdə qeydə alınmayan 6312 abidəni müəyyənləşdirdim. Bütün bu araşdırmalarıma görə, bir çox beynəlxalq orden və medalarla, o cümlədən fəxri fərmanlarla təltif edildim. Lakin 2016-cı ildə qəfildən institut rəhbərliyinin mənə qarşı münasibəti dəyişdi. Bunun səbəbi isə 2011-ci ildə Şəmkirdə apardığım tədqiqat zamanı rastlaşdığım mənzərə oldu. Belə ki, mənbələrdən birini açarkən orada Gəncə-Tiflis və Tovuzda xristianlığı qəbul edən türklərin erməniləşdiyi haqda yazı oxudum və dəhşətə gəldim. Həmin adam o vaxtı Akademiyanın vitse-prezidenti idi (red- Nailə Vəlixanlı) və akademik titulu daşıyırdı. Bu adama qarşı çıxdım, istinad etdiyi mənbəni tapdım və olduğu kimi köçürüldüyünü gördüm. Lakin mən əsas mənbəni tapmaq üçün 2012-ci ildə Macarıstana getdim və həmin kitabın Rus, İngilis və Yunan dilində olan variantlarını tapdım. Bu kitabları Azərbaycana gətirdim. Həmin vaxt baş nazirin müavini Yaqub Eyyubov AMEA-nın rəhbər və işçi heyəti ilə görüşərkən, mən orada söz alaraq həmin akademiki ( red- Nailə Vəlixanlı – 2007-ci il aprel ayında AMEA-nın vitse prezidenti seçilmişdir.) ifşa etdim. Ona yazdığı kitabda yanlışlığa yol verdiyini bildirdim. Bundan sonra mənə qarşı mənfi rəylər yazılmağa başlandı”.

Sabir Tağıyev bildirib ki, 2014-cü ildə Attestasiya keçirilib və onun işə uyğun olmadığı bildirilib: “Halbuki mən xeyli əsər və beynəlxalq konfransların materialları ilə getmişdim. Direktor Ərtegin Salamzadənin xanımı Rəna Abdullayeva bütün bunların üzərindən xətt çəkdi. Sonra məhkəməyə müraciət etmək istəyəndə pozduqları qərarı düzəldərək məni Memarlıq və İncəsənət institutundakı işimdə saxladılar. Bununla bağlı dəfələrlə AMEA-nın keçmiş prezidenti Akif Əlizadəyə müraciət etdim. Lakin hamısına göz yumdu. Mən onda alimlik görməmişəm. Sadəcə kimlərinsə tapşırığını yerinə yetirib. Bu formada mənə qarşı başlanan hücumlar, 2017-ci ildə işimi itirməyimlə nəticələndi. Məhkəməyə müraciət etsəm də, Ərtegin Salamzadənin bacanağı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə görə, iddiamı təmin etmədilər. Nə Yasamal rayon, nə Appelyasiya, nə də Ali məhkəməsi mənim iddiamı təmin etmədi. Sonuncu dəfə deputat Şahin Seyidzadəyə müraciət etdim. O da AMEA Prezidenti Ramiz Mehdiyevə rəsmi müraciət ünvanladı. Lakin Ramiz Mehdiyev məhkəmə qərarı olduğunu əsas gətirərək məni işə bərpa etmədi”.

Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanıMüsahibim AMEA-dakı qanunsuzluqlardan da danışıb. O erməniyə saxta pasport verməkdə təqsirləndirilən Rasim Miziyevin daxili işlər nazirinin xüsusi əmri ilə işdən çıxarılmasına baxmayaraq, AMEA-da kadrlar şöbəsinə müdir təyin olunmasından söz açıb: “O vaxt sözügedən problemlə bağlı məsələ qaldırdım və Rasim Miziyevi işdən azad etdilər. Lakin Ramiz Mehdiyev Akademiyaya gələn kimi onu işinə bərpa etdi. Bizim Akademiya bu formada işləyir. Rasim Miziyevin əli ilə öndə gedən yüzlərlə alimin başına olmazın müsibətlər gətiriblər. Bu cür addımlar atmaqla biz hara gedirik?”.

Sonda Sabir Tağıyev heç kəsin ağlına gəlməyən 3 maddə ilə Prezidentə müraciət etdiyini deyib: “Birinci, bizim ölkədə “Milli Qəhrəman” statusu var. Lakin bu statusu Prezidentə təqdim etmək olmaz. Ölkə başçısına “Fəxri Milli Qəhrəman” statusu verilməlidir. Bu, Qanunverici orqan tərəfindən təsdiqlənməli və ilk olaraq Prezidentə təqdim edilməlidir. İkincisi, ümumxalq termini olan “Ümummilli Lider” ifadəsini dövlət səviyyəsində Qanunverici orqan təsdiq etməlidir. Belə bir təklif etmişəm ki, bu termin dövlət səviyyəsində qəbul olunsun. Eyni zamanda torpaqlarımızı işğaldan azad edərək atasının arzularını gerçəkləşdirən Prezident İlham Əliyevə “Fəxri Ümummilli Lider” statusu verilsin. Üçüncüsü isə 44 günlük müharibədə dünyanın nəhəng dövlətlərini mat edərək qələbə çalan ölkənin Prezidentinə mütləq generalisimus hərbi rütbəsi verilməlidir. Bununla bağlı Milli Məclisə və ölkə başçısına müraciət etmişəm”.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin və yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
29-09-2021, 12:55
AMEA-nın vitse-prezidentindən "imam sertifikatı" ilə bağlı AÇIQLAMA
29-09-2021, 11:39
Ramiz Mehdiyevin işçisindən “imam” açıqlaması: - “Hər başdanxaraba cavab vermirik”
1-07-2021, 09:15
"Xalq şairi Sabir Rüstəmxanlı" adlı elmi araşdırmalar toplusu çapdan çıxıb
27-05-2021, 11:57
“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib
23-02-2021, 10:14
Azad edilmiş ərazilərdə şəhərsalma layihələri üzrə İtaliya ilə əməkdaşlıq müzakirə edilib
5-01-2021, 10:28
Arxeoloqlarımız yeni kəşfə imza atdı
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü