Kəlbəcərə gərək dəmiryolçu başçılıq etsin?.. - Bu nə əhval, cənab Qocayev...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 313
29 Eyl 2021 | 12:21
Kəlbəcərə gərək dəmiryolçu başçılıq etsin?.. - Bu nə əhval, cənab Qocayev...

capar.info : - Kəlbəcərin təzə icra başçısı “mantyor-provodnik” ləqəbli Azər Qocayev öz tərcümeyi-halında yazır ki, Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın QOHUMUDUR.
Bu yerdə istər-istəməz rəhmətlik Əbdürrəhimbəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsi yada düşür.
- Doğrudan Həsən Ağanın QOHUMUSAN ?
- Doğrudan.
- Sən Allah, Həsən ağanın qohumusan?
- Vallah, doğru deyirəm.
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
- Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
- Deyinən sən öl, Həsən ağanın adamıyam.
- Sən öl, Həsən ağanın adamıyam.
- Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, əəə...
İndi biz neyləyək ki, sən Ağdabanlı aşıq Qurbanın qohumusan, ay Azər müəllim.
Sənə inanıb, etimad göstərib Kəlbəcər boyda rayona icra başçısı təyin ediblər. Sən də 2-ci ildir ki, icra başçısı olaraq əlini ağdan-qaraya vurmamısan. Daha doğrusu, əlini vurmusan, amma başqa şeylərə.
Haqqında yazırlar ki, sağ adamı ölü çıxarırsan.
Azər Qocayev, ölüləri dirildən Şeyx Nəsrullah haqqında eşitmişdik. Yazırlar ki, sən diriləri öldürürsən. Yazırlar ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Mediada yayılan məlumata görə Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir.
Qəzan mübarək, ay Azər Qocayev. Nə tez rüşvət almağa başladın.
Yazılanlardan bəlli olur ki, Azər Qocayev bu ilin iyununda məzuniyyətə çıxarkən vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb. Məlumatlardan o da bəlli olur ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İHB-yə məxsus ianə fondunu ləğv edib. Çünki təzə icra başçısı həmin fonda yığılan küllü miqdarda maddi vəsaiti talayıb, indi də izi itirir.
Kəlbəcərlilər tələb edir ki, gənc icra başçısı cəzalandırılsın və vəzifəsindən uzaqlaşdırılsın.
Yuxarıda əbəs yerə yazmadıq ki, təzə icra başçısı diri adamları ölülər siyahısına salır.
Bəli, Kəlbəcər sakini Alışanova Lətafət Asif qızı deyir ki, aldığı təqaüdün qəflətən kəsilməsindən narahat olaraq Gəncədə yerləşən DSMF-yə müraciət edib, orada ona deyirblər ki, SƏN ÖLMÜSƏN, ona görə də DİRİ olduğunu sübut etməlisən. Yəni DİRİ olduğunu sübut etmək üçün mütləq polisin 102 xidmətinə zəng etməli, ASAN xidmətə gedib qan analizi verməlisən və sübut etməlisən ki, həqiqətən dirisən. Yazıq 3 uşaq anası olan Lətafət xanım indi qalıb yollarda. Uzun get-gəllərdən sonra binəva xanıma məlum olub ki, kəndin icra nümayəndəsi Ələkbər Ələsovla icra başçısı Azər Qocayev əlbir olaraq binəvanı “öldürüblər” və müavinətini həzm-rabedən keçiriblər.
Vallah hər şey eşitmişdik, amma beləsini ilk dəfədir eşidirik. Bu da gənc icra başçısı.
Azər Qocayev, ölkə başçısının barama ilə bağlı təşəbbüsünə barmaqarası baxdın, dedin barama nədir əə, dedik cavandır, səhvini düzəldər.
Özünü idmançı hesab edərək, şikayətçilərə əzələ nümayiş etdirdin, dedik, böyüyü-kiçiyi tapılar başa salar, dinmədik.
Müavinlərini gözüm çıxdıya salmısan, binəvalar dinmir.
Kabinetində şəkil çəkdirib sosial şəbəkədə paylaşdın, POZ VERDİN, dinmədik, dedik cavandır FORSDANIR..
İndi də dirilərə divan tutursan, öldürürsən.
Əəə, gəl min boynumuza. Neyləyək ki, Ağdabanlı Aşıq Qurbanın qohumusan..?
P.S Əgər Ağdabanlı Aşıq Qurban bilsə ki, sən belə işlərlə məşğulsan, inan səni qohum kimi tanımaz.//gundelik-baku.com//
22-09-2021, 18:56
“Şeyxin Amuliyə cavabı tutarlıdır” - REAKSİYA
2-09-2021, 15:38
Qubanın İcra başçısı doğrudan mı peyvənd olunub? - FOTO
7-08-2021, 09:50
Kəlbəcərə qayıdanda BUNU APARMAYAQ... - NARAZILIQ!
19-08-2020, 12:05
Həsən Seyidbəylinin yubileyi qeyd ediləcək - SƏRƏNCAM
22-07-2020, 13:20
Həsən bəy Zərdabinin adını daşıyan park və abidənin açılışı olub
20-04-2020, 19:39
Ruhani İlham Əliyevə zəng etdi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü