Putinlə həlledici danışıqlar: Ərdoğan kürdlərə qarşı dəstək istəyəcək - MÜHÜM
Gündəm / Siyasət / Hadisə
Oxunub: 303
29 Eyl 2021 | 12:05
Putinlə həlledici danışıqlar: Ərdoğan kürdlərə qarşı dəstək istəyəcək - MÜHÜM

capar.info : - Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında o cümlədən Qarabağdakı və bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağı kritik danışıqlar olacaq. virtualaz.org xəbər verir ki, danışıqların əsas gündəminin Suriyanın şimalı ilə bağlı olacağı açıqlanıb. “Bloomberg” agentliyi Türkiyə prezidentinin bu görüşdə Putindən PKKYPG yaraqlılarına qarşı dəstək istəyəcəyini bildirir.

Bu haqda anonim Türkiyə rəsmiləri bildirib. Məlumatda deyilir ki, Ərdoğan Putinlə görüşdə Rusiyanın nəzarətində olan Suriya ərazilərində Türkiyə hərbçilərinə qarşı hücumların dayandırılması şərtini irəli sürəcək. Habelə 2019-cu ildə əldə edilmiş razılaşmanın yerinə yetirilməsini, PKK/YPG yaraqlılarının Menbic və Tel-Rifat qəsəbələrindən çıxmasını istəyəcək. Son günlər bu ərazilərdə kürd yaraqlılarının Türkiyə hərbçilərinə bir neçə hücumları qeydə alınıb.

Xatırladaq ki, Rusiya aviasiyası İdlibdə Türkiyəyə bağlı müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. Ankara bunu 2020-ci ilin martında əldə edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir. Müdafiə naziri Hulusi Akar ötən gün Moskvaya xəbərdarlıq edərək deyib ki, Rusiya aviasiyasının hədəfləri heç də iddia edildiyi kimi, terrorçular deyil.

Soçi danışıqları ərəfəsində Rusiya Suriyaya strateji bombardmançılar və “Kalibr” raketləri ilə silahlanmış sualtı qayıqlar göndərib. Öz növbəsində Türkiyə Suriyanın şimalına əlavə olaraq bir neçə minlik qüvvə yeridib.

Xəbərlərə görə, Soçi danışıqları ərəfəsində Rusiya aviasiyası İdlibə zərbələri tam dayandırıb və “sükut günü” elan edilib. Ötən gün Rusiya təyyarələri İdlib üzərində görünsə də raket-bomba zərbələri endirməyiblər. Lakin hadisələrin sonrakı gedişi Soçi danışıqlarının nəticələrindən asılı olacaq.
8-12-2020, 15:43
Ərdoğanın Bakı səfərinin təfərrüatları açıqlanıb
18-11-2020, 11:17
Ərdoğan qanunu imzaladı - Türk hərbçilər Azərbaycana gəlir
8-11-2020, 15:20
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
23-01-2019, 10:23
Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə edəcəklər
25-12-2018, 15:45
Ərdoğan Putinlə görüşəcək
6-11-2018, 17:02
Rəcəb Tayyib Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü