Qarabağ döyüşçüsü İNSAF GÖZLƏYİR... - 11 nəfərlik ailənin yükü tək onun üzərindədir
capar.info : - Azərbaycan ordusunun erməni qəsbkarlarına qarşı başladığı 44 günlük Vətən müharibəsinin minlərlə qəhrəmanından biri ilə oxucularımızı tanış edirik: Eldar Fərzəli oğlu Quliyev. Eldar Quliyev 18 iyul 1987-ci ildə Astara rayonunda anadan olub. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan Eldar 2007-ci il xidmətini başa vurub. Hərbi xidmətdən sonra özəl mühafizə xidmətində xidmət rəisi vəzifəsində işləyib. Hərbi sahəyə istək və marağı onu yenidən ordu sıralarına gətirib. 2014-cü ilin iyul ayından Beyləqan rayonu ərazisindəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Tuşlayıcı operator olaraq peşəkarlaşıb.
Vətən müharibəsi başlayanda Azərbaycan ordusunun çavuşu Eldar Quliyev döyüşlərə atılıb. Müharibənin ən gərgin ilk günlərində Füzuli, Cəbrayıl istiqamətlərində döyüşüb.
Müharibənin mənzərəsini Eldar “Şərq”ə belə təqdim etdi:
- Yaddaşımda qalan, heç vaxt hafizəmdən silinməyəcək mənzərə əsgərlərimizin üzündəki təbəssümdür. Böyük ruh yüksəkliyi vardı bütün əsgərlərdə, şəxsi heyətdə. Çünki bu günü – ordumuzun hücuma keçib işğal altındakı torpaqlarımızı azad etməyə başlamasını hamımız həmişə gözləmişik, arzulamışdıq. İndi arzularımız yerinə yetirdi. Nəhayət ordumuz torpaqlarımızı azad edirdi. Erməni dığalarını torpaqlarımızdan qovub çıxarırdıq. 30 illik həsrətə son qoyulurdu. Ona görə hamı sevincli idi. Biz Hadrut qəsəbəsinə daxil olanda ürəyim sızladı. Düşündüm ki, burda bizim əhali yaşayıb, sonra ermənilər buraları mənimsəyib. Evlərə daxil olurduq, bir tərəfdən də sevinirdim ki, daha bundan sonra burada bizim insanlar yaşayacaq. Kədərimizsə yalnız itirdiyimiz döyüş yoldaşlarımıza görəydi. Erməni silahlıları hərbi maşınımıza atəş açdılar. Maşındakı 9 nəfərdən – mən onların içində olmaqla 8 nəfər yaralandı, komandirimizsə şəhid oldu. Mən komandiri maşından çıxarmağa çalışdım, baxmayaraq ki, özüm də yaralanmışdım, qəlpələr sifətimi, bədənimi yandırmışdı. Amma hayıf ki, komandir artıq şəhid olmuşdu. Bu hadisə mənə çox ağır təsir etdi.
E.Quliyev digər yaralı əsgərlərlə birgə yaxınlıqdakı Zoğcuq xəstəxanasına gətirilib. Lakin xəstəxana Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğu üçün yaralılar Saatlı rayonundakı 5 saylı xəstəxanaya gətirilib:
- Bu xəstəxanada bir neçə gün qaldım. Məni Bakıdakı 5 saylı xəstəxanaya köçürdülər. Sonra Əfəndiyev adına şəhər xəstəxanasına. 25 gün müalicə olundum. Daha sonra məzuniyyətə buraxıldım.
Ailəsinə Eldar Quliyevin şəhid olması xəbəri verilib:
- 7 saat anam, ailəm elə bilib ki, şəhid olmuşam. Sonra xəbər veriblər ki, yox, Eldar Quliyev şəhid olanlar arasında deyil. Biliblər ki, xəstəxandayam. Mən bir qədər yaxşılaşanda özüm anama zəng etdim. İnanmırdı ki, telefonda danışan mənəm. Elə bilirdi, döyüş yoldaşlarımdan kimsə mənim adımdan danışır, onu aldadır ki, oğlu salamatdır. Dedim, ana, mənəm, Eldar. Yavaş-yavaş inanmağa başladı.
Hazırda Eldar Quliyev Beyləqanda MAXE kimi hərbi xidmətini yenə davam etdirir. Lakin döyüşdə aldığı yaralara görə əlillik dərəcəsinin təyin edilməsini gözləyir:
- Bu məsələ hələ açıq qalıb. Gözləyirəm, nə vaxt mənə əlillik dərəcəsi təyin ediləcək. 11 nəfərlik ailənin yükü mənim üzərimdədir. Atam, qardaşım vəfat edib. Qardaşımın övladına da anam baxır. Mənim də 2 azyaşlı övladım var.
Qeyd edək ki, Eldar Fərzəli oğlu Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Hər bir təltif dövlətin əsgərinə verdiyi dəyərin nümunəsidir. Amma Eldar da minlərlə Vətən oğlu kimi “biz torpaqlarımızı düşməndən azad etmək üçün döyüşmüşük. Yenə lazım gələrsə, istənilən an Vətənimiz, dövlətimiz üçün döyüşə atılmağa hazırıq” deyir.
Vətən sizlərə əmanətdir, igid oğullar.
9-08-2021, 10:12
Eldar Həsənovun səhhəti KRİTİK DURUMDADIR... - Vəkildən MÜRACİƏT
16-04-2021, 10:58
Xalq artisti Eldar Quliyev vəfat edib
6-10-2020, 12:10
Səfərbərlik Xidmətindən daha bir müraciət
9-01-2019, 18:20
Cəlilabadlı gənclər həqiqi hərbi xidmətə yola salınıblar
29-11-2018, 12:48
DAHA ÇOX ƏSGƏR YOXSA DAHA ÇOX SƏRVƏT...!?
9-11-2018, 13:25
"Onlar arasında ziddiyət yaranmamalıdır" - Eldar Əzizov
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir