"Demişdim ki, Ərdoğan Şuşaya gəlməyənə qədər başqa ölkələrdən heç kim ora getməyəcək" - İlham Əliyev
Gündəm / Siyasət / Hadisə
Oxunub: 316
27 Eyl 2021 | 18:09
"Demişdim ki, Ərdoğan Şuşaya gəlməyənə qədər başqa ölkələrdən heç kim ora getməyəcək" - İlham Əliyev

capar.info : - “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Hər zaman bu məsələ onun xarici siyasətlə bağlı gündəmində bir nömrəli məsələ idi. Bu dəfə zəfərdən sonra bu sözləri orada (BMT Baş Assambleyasında) deməsi bizi çox sevindirir. Bu bir daha onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Necə ki, müharibənin ilk saatlarında bildirmişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu bizə əlavə güc verdi və mənəvi güc verdi. Türkiyənin Azərbaycan üçün, Azərbaycanın Türkiyə üçün nə qədər doğma və əziz ölkə olduğunu bilirsiniz. Biz son illər ərzində nə qədər böyük yol keçdik. Demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Yəqin siz də bunu xatırlayırsınız, mən demişdim ki, dünyada belə bir əməkdaşlıq, dostluq və qardaşlıq nümunəsi yoxdur. Onu da demişdim ki, bir çox ölkələr var ki, onların da tarixi birdir, etnik kökləri birdir, dili birdir, ancaq onların arasında nə qədər ixtilaf var, nə qədər inamsızlıq var, nə qədər problem var. Yəni, etnik, dini və mədəni köklər hələ o demək deyil ki, belə ölkələr qardaş ölkələr olacaq. Belə hallar çoxdur. Həm Yaxın Şərqdə, həm də postsovet məkanında. Ona görə mən hesab edirəm ki, çox güclü bir tarixi və mədəni zəmin üzərində belə gözəl bir münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir.

Həm cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim. Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu həqiqətdir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə çox böyük üstünlük idi.

İkinci Qarabağ müharibəsindən sonra münasibətlərimiz daha da yüksək pilləyə qalxdı. Mən müharibə bitəndən sonra cənab prezidenti Şuşaya dəvət etdim. O vaxt demişdim ki, o, Şuşaya gəlməyənə qədər başqa ölkələrdən heç kim Şuşaya getməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, ora getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, qardaşım gəlsin, Şuşaya getsin, ondan sonra yolunuz açıqdır“- Prezident vurğulayıb.
25-02-2021, 10:55
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
15-12-2020, 10:49
Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni dövrün qapıları açıldı - Ərdoğan
11-12-2020, 13:51
"Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir" - İlham Əliyev
14-09-2020, 14:50
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: “TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU ƏBƏDİDİR”
10-04-2020, 13:27
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
6-11-2018, 17:02
Rəcəb Tayyib Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü