II Qarabağ Müharibəsi niyə BAŞLADI… - TƏHLİL
capar.info : - Bu gün Azərbaycaın qalibiyyətilə yekunlaşan 44 günlük Vətən Müharibəsinin başlanmasından bir il keçir.
Müharibə niyə başladı və onu kim başladı?
Modern.az-ın məlumatına görə, sualı şərh edən “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, 44-günlük müharibə ilk növbədə uzun illər imitasiya olunan sülh danışıqlarının səmərəsizliyinin nəticəsi idi.
“Daha dəqiq desək, vasitəçilər faktiki olaraq sülhə nail olmaq prosesini sabotaj edirdilər və düşünürdülər ki, müəyyən müddətdən sonra Azərbaycanda Qarabağı görməyən nəsil önə çıxacaq və bu nəsil torpaqların işğaldan azad olunmasını prioritet seçməyəcək.
Ermənistana simpatiya göstərən vasitəçilər (ATƏT-in Minsk Qrupunun həmsədrləri) sülh danışıqları dövründə işğalçı ilə işğala məruz qalanı eyni statusda görür, onları uydurulmuş münaqişənin (işğalın deyil) bərabər tərəfləri kimi təqdim edirdilər.
Gürcüstanın və Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe ortaya qoyan beynəlxalq qurumlar və təşkilatlar Azərbaycana gəldikdə yalnız sözdə ölkənin ərazi bütövlüyünü tanıdıqlarını bəyan edir, amma həmin ərazi bütövlüyünü pozan Ermənistana qarşı heç bir addım atmırdılar.
Azərbaycana yönəlik belə diskriminasiya siyasəti heç bir halda sülhə xidmət etmirdi və edə də bilməzdi. Əksinə, bu cür yanaşma faktiki işğalçı Ermənistanı ruhlandırmaq idi. Amma ikili standart siyasəti bununla da bitmirdi. İstər Rusiya, istərsə də digər həmsədr ölkələr "münaqişə tərəflərinə" yönəlik hərbi-siyasi paritetin qorunub saxlanılması siyasətini yürüdürdülər ki, bu da Ermənistanı öz işğalçı siyasətində daha da cəsarətli olmağa sövq edirdi”.
Politoloq deyir ki, belə münasibətdən ruhlanan Ermənistan Azərbaycanı açıq şəkildə təhdid etmək siyasəti yürüdürdü ki, bütün bunlar da münaqişənin sülh yolu ilə həlli şanslarını sürətlə minimuma endirirdi.
“Ermənistanın 2016-cı ilin aprelindəki hərbi təxribatı və onun nəticəsi olaraq baş verən lokal toqquşma artıq müharibənin mümkün olmasını göstərirdi.
Bundan çıxarılan nəticə də tam əksinə oldu. Xüsusilə də Rusiya və Fransa tərəflərə yönəlik siyasətində Azərbaycana basqını artırmağa, Ermənistanın isə hərbi-siyasi çəkisini artırmağa cəhd etdilər. Ən təhlükəlisi isə bu idi ki, artıq həmin dövrdə yeni geosiyasi konstruksiyanın əlamətləri görünməyə başlamışdı ki, bu da artıq müharibəni qaçılmaz edirdi.
Həmin dövrün əsas xüsusiyyətlərindən biri də Rusiyanın Azərbaycanı zəiflətmək, Ermənistanı isə gücləndirmək yolunu tutması idi. Ermənistana böyük həcmdə müasir silahları kreditə verən Rusiya Azərbaycan Ordusunu dağıtmaq, zəiflətmək üçün ölkənin daxilindəki casus şəbəkəsini maksimal dərəcədə səfərbər eləmişdi.
Səbəb də bəlli idi: Azərbaycan keçən əsrin 90-cı illərində olduğu kimi, qarşıdan gələn müharibədə də məğlub olmalı idi ki, Rusiya ölkənin müxtəlif bölgələrinə "sülhməramlı" adı altında öz hərbi qüvvələrini yeridərək geosiyasi maraqlarını təmin edə bilsin.
Bütün bunlara baxmayaraq Azərbaycan öz hərbi potensialını artırmaqda davam edirdi:
bu məqsədlə bir neçə ölkə ilə intensiv hərbi əməkdaşlıq həyata keçirilirdi;
müharibə olacağı halda düşmənə qarşı əsas zərbələr vurmalı olan qoşun növlərinin (HHQ və XTQ) hazırlıq səviyyəsini artırılırdı;
silahlı qüvvələrin hərbi-texniki xərcləri artırılırdı;
Ermənistandan fərqli olaraq provokativ bəyanatlardan yan keçməyə üstünlük verilirdi.
Ermənistanda isə tamailə əks proseslər baş verirdi:
Ermənistan rəsmiləri və mediası ölkənin hərbi potensialını və ordunun döyüş qabiliyyətini şişirdirdi. Bəzən belə yalanlar o qədər intensiv xarakter alırdı ki, Ermənistanın istər hərbi, istərsə də siyasi rəhbərliyi öz yalanına özündən başqa kimsənin inanmadığını görə bilmirdi;
Ermənistanın həm siyasi, həm də hərbi rəhbərliyi azərbaycanlıların döyüşə bilməməsi haqda uydurduğu yalana təkcə öz əhalisini deyil, özünü də inandırmaqda davam edirdi;
Öz yalanlarından ruhlanan işğalçı reallıq hissini itirərək təhdid xarakterli bəyanatlar verirdi;
Ermənistan rəhbərliyinin özünün inandığı daha bir yalanı isə müharibə olacağı halda Ermənistanın müttəfiqi olan Rusiyanın Azərbaycana qarşı çıxacağı idi;
Belə irrasional yanaşma Ermənistan rəhbərliyinin eyforiya şkalasını o dərəcədə yüksəltmişdi ki, İrəvanda Rusiyanın nə yeni Ermənistan rəhbərliyinə münasibətini, nə də qarşıdan gələn müharibədən gözləntilərini hesablaya bilməmişdilər;
Hesablama isə halbuki olduqca sadə idi: Rusiyanın planı bölgəyə sülhməramlı adı altında öz silahlı qüvvələrini yeritmək idi və bu səbəbdən də Moskva sona qədər hərbi baxımdan neytral qalmalı, münaqişə tərəfinə çevrilməməli idi. Rusiya belə də etdi”,-Ə.Oruclu bildirib.
Ekspertin sözlərinə görə, bütün bu, hərbi-siyasi reallıqları görə bilməyən Ermənistan əvvəlcə 2020-ci ilin iyulunda Tovuz, həmin ilin sentyabrında isə Tərtər istiqamətində Azərbaycana qarşı hərbi təxribata əl atdı:
“Birinci təxribatın nə dərəcədə təhlükəli olduğunu (Rusiyanı müharibəyə cəlb etmək cəhdi) anlayan Azərbaycanın sakit reaksiyası Ermənistanı sentyabrın 27-də Tərtər istiqamətində ikinci hərbi təxribata ruhlandırdı.
Bu təxribat da Ermənistanın hərbi-siyasi rəhbərliyinin dramatik səhvi idi və o, da öz ağır bəhrəsini verdi.
Beləliklə, düz bir il əvvəl bu saatlarda İkinci Qarabağ Müharibəsi adlandırılan, bizim üçün isə Vətən Müharibəsi olan savaş başladı. Azərbaycan, onun xalqı və ordusu qarşıdan gələn 44 gün ərzində işğalçıya sarsıdıcı zərbə vuracaqdı, onun ordusunu darmadağın edəcəkdi və mübaliğəsiz olaraq dünya hərb sənətinə öz adını yazacaqdı.
Bu tarixi yazan hər bir həmvətənimizə, əsgərlərimizə, zabitlərimizə, komandanlarımıza tarix qarşısında borcluyuq.
Allah şəhidlərimizə rəhmət eləsin”.
27-09-2021, 08:55
Azərbaycan xalqının haqlı Qələbəsi - ANIM GÜNÜ QEYDLƏRİ..
9-09-2021, 10:57
“Ya yeni müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək” - Separatçıların nümayəndəsi
25-08-2021, 14:02
Prezidentdən beynəlxalq təşkilatlara mesaj: “Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etdi!”
26-10-2020, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
3-10-2020, 12:36
Elman Nəsirov: "Düşmən əsgəri əyilə-əyilə gəzmir, artıq o dizi üstə sürünür"
21-12-2018, 14:59
Yeni nəsil niyə cılızlaşır? - VİDEO
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü