Eldar Həsənovun qızı Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "...hansısa bir yanlışın cəzası belə ağır ola bilərmi?"
capar.info : - Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun qızı Səbinə Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Axar.az müraciətin mətnini təqdim edir:
“Çox hörmətli Birinci Vitse-prezident!
Hazırda sabiq səfir, atam Eldar Həsənovun məhkəməsi gedir və həftədə iki dəfə onun səhhətinin hansı vəziyyətdə olduğunu təkcə mən deyil, artıq prosesdə iştirak edənlərin hər biri, məhkəməyə çağırılan tibb işçiləri və ictimaiyyət də görür.
Bir müddət əvvəl atamın səhhəti ilə bağlı müraciətlərimdə qeyd etdiklərim indi hər kəsin gözü önündədir. Atam artıq neçənci dəfədir ki, məhkəmə prosesində hamının gözü qarşısında huşunu itirib yerə yıxılır, onun üçün təcili yardım çağırılır və süni tənəffüs aparatına qoşulur. Onu yalnız bir neçə saatdan sonra həkimlərin səyi ilə özünə gətirir, ancaq yenə də təcridxanaya aparır, 3 gündən sonra yenidən məhkəmə önünə çıxarır, yenə də huşu özündən gedənə qədər ifadə verməyə məcbur edirlər və eyni proses təkrarlanır.
Hər zaman qürur yerimiz olan, mətin, iradəli atamı bu vəziyyətdə görməkdən, dəfələrlə huşunun gedib yıxılmağına dözməkdən dəhşətli heç nə təsəvvür etmirəm.
Çox hörmətli Mehriban xanım!
Mən uşaqlıqdan atamı mərd, ləyaqətli, ölümdən belə qorxmayan, vətənpərvər və fədakar insan kimi tanıyıram. Əminliklə deyirəm ki, onun heç bir günahı yoxdur. O, nə Azərbaycanın, nə Prezident İlham Əliyevin əleyhinə heç nə etməyib. Əminəm ki, ortada bir yanlış anlaşılma var. Atamla bağlı yalan, saxta, qondarma ittihamlar təşkil olunub, bunlar həqiqət ola bilməz. Ona görə də atam həbs olunduğu ilk gündən ittihamları qəbul etmir, özünü təqsirsiz saydığını bəyan edir. Mən əminəm ki, onun zərrə qədər günahı, səhvi olsaydı, bunu kişi kimi etiraf edər, Prezident İlham Əliyevdən və Azərbaycan xalqından üzr istəyərdi.
O, bütün şüurlu həyatını Azərbaycan dövlətinin inkişafına, öncə baş prokuror, sonra səfir olduğu 4 ölkədə milli və dövləti maraqlarımızı qorumağa, ölkəmizi tanıtmağa, Azərbaycana dostlar qazandırmağa həsr edib. Səfir olduğu 4 ölkədən 2-si Xocalı soyqırımını tanıyıb, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin xarici siyasətindən irəli gələn vəzifələri bir diplomat kimi uğurla həyata keçirib. Səfir olduğu ölkələrdən 2-də ulu öndər Heydər Əliyevə abidə ucaldıb. Buxarest şəhərində 3 xarici dövlət adamının heykəli var: Şarl de Qoll, Mustafa Kamal Atatürk və böyük Heydər Əliyevin! Və bütün bunları sonsuz sevgi və sayğı ilə edib.
İndi mənə çox ağır və dözülməzdir ki, bu cür fədakarca xidmətləri olan, səhhəti ilə bağlı ağır durumda olan 66 yaşlı atam ədalətsizliklə üzləşib və köməksiz vəziyyətdədir. Halbuki o, həmişə Prezident İlham Əliyevi özünə lider və qardaş sayıb. Ona son dərəcə bağlı və sadaqətli olub. İndi onun məktublarının, müraciətlərinin belə İlham Əliyevə çatdırılmasına mane olurlar, hər vəchlə qarşısını alırlar. Mənim şübhəm yoxdur ki, Prezident həmin müraciətlərlə tanış olsa, oxusa, atamın günahsızlığına, Ona və Dövlətimizə sadiqliyinə özü də əmin olar.
Çox hörmətli Mehriban xanım!
Ağır ittihamlarla istintaqa cəlb edilən AR XİN-in rəhbər şəxsləri bir müddətdən sonra ev dustaqlığına çıxdı, ancaq eyni ittihamlarla suçlanan atam çox ağır xəstə olmasına baxmayaraq, ev dustaqlığına çıxmasına və normal müalicə almasına imkan verilmir. DTX Hərbi Hospitalında atamın müalicəsi yarımçıq dayandırılaraq yenidən təcridxanaya qaytarılır. Sanki gözəgörünməz bir qüvvə atamın təcridxana və ya məhkəmə zalında bu gərginliyə dözməyib, dünyasını dəyişməsi üçün çalışır.
Bu vaxta qədər atama qarşı irəli sürülən bir ittiham belə sübut olunmayıb, bircə şahid yoxdur desin ki, Eldar Həsənov kimdənsə rüşvət alıb və ya korrupsiya ilə məşğul olub; heç bir sənədləşmədə, maliyyə əməliyyatlarında onun imzası yoxdur, çünki o işləri səfirlik aparmayıb və bunu məhkəmə prosesində də dəfələrlə deyib, məhkəmədən bununla bağlı bircə faktın təqdim edilməsini istəyib, ancaq ittiham tərəfi sübut verə bilməyib.
Mən istisna etmirəm ki, atam hansısa səhvə, yanlışlığa yol versin. Hər kəs səhv edə bilər. Ancaq insanın bilmədən etdiyi hansısa bir yanlışın cəzası belə ağır ola bilərmi?
İnsan yalnız xəyanətin, nankorluğun, satqınlığın cəzasını canı ilə ödəyə bilər. Mənim atam isə liderinə bütün düşüncəsi, əməli və canı ilə bağlı olan şəxsdir. Atam hər zaman bizi də belə tərbiyə edib – sədaqətli, güvənilən biri olmaq atamdan bizə keçən tərbiyədir.
Bəs, atama - diplomat, hüquq elmləri doktoru, professor, yüzlərlə məqalənin, 28 kitabın müəllifinə, BDU da daxil olmaqla, dünyanın bir çox aparıcı unuversitetlərinin Hüquq fakültəsinin tələbələrinin dərs keçdiyi kitabların müəllifinə, dövlətə, Vətənə və liderinə hər zaman sədaqətli olan dövlət xadiminə bu münasibətin səbəbi nədir?
Əziz Mehriban xanım!
Mən Sizi humanist, ədalətli, vətənpərvər, alicənab, Azərbaycan qadınına xas bütün müsbət keyfiyyətləri özündə daşıyan və hər kəsin təqdirinə səbəb olan böyük bir dövlət adamı, mərhəmətli, xeyirxah xanım, ana və ömür-gün yoldaşı kimi tanıyıram. Siz örnək övlad, gözəl ana, Prezidentimizə arxa-dayaq, silahdaş, nəcib həyat yoldaşısınız. Təkcə Azərbaycanda yaşayan vətəndaşlar deyil, dünyadakı 50 milyondan artıq azərbaycanlı Sizinlə və Prezident İlham Əliyevlə qürur duyur. Çünki Cənab İlham Əliyev son 250 illik tariximizdə görünməmiş bir qələbəyə imza atdı və Qarabağımız düşmən tapdağından azad olundu.
Əziz Mehriban xanım!
Mənimçün çox ağrılıdır ki, atam doğulub boya-başa çatdığı yurd yeri Kəlbəcərin işğaldan azad olunması xəbərini məhbəsdə qarşıladı. Halbuki, o, bu xəbəri düz 28 il necə səbirsizliklə gözləyib, yaxşı bilirəm. Və indi Kəlbəcər azadlıqdadır, atam həbsxanadadır. O, Kəlbəcəri görməyə bilər, ölüm ayağındadır. Hər an həyatını itirə bilər. Həbs olunana qədər 7 dəfə əməliyyat olunan, ağır xəstəliklərdən əziyyət çəkən, təcili ürək əməliyyatı diaqnozu qoyulan, paroksizmal vertiqo kimi ağır xəstəliyə tutulan atamı xilas etmək üçün bir daha Sizə üz tuturam. Atamı həyata qaytarmağınızı, bu ağır, həqiqətlə əlaqəsi olmayan, ədalətsiz ittihamlar altında ölməsinə izn verməməyinizi dönə-dənə xahiş edirəm!”
13-09-2021, 13:30
Eldar Həsənov yenə də məhkəmənin qapalı keçirilməsini istəyib
16-08-2021, 15:12
Eldar Həsənovdan XƏBƏR VAR - cinayət işinin istintaqı tamamlanıb
10-08-2021, 12:50
Eldar Həsənovun qızı Mehriban xanıma müraciət etdi - MƏTN
9-08-2021, 10:12
Eldar Həsənovun səhhəti KRİTİK DURUMDADIR... - Vəkildən MÜRACİƏT
26-02-2021, 10:36
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
19-08-2020, 11:56
Eldar Həsənov apellyasiya şikayəti verdi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü