Rəsul Quliyevin Bakıya qayıdışı NİYƏ BAŞ TUTMADI? - sabiq spiker özü gəlmək istəmir, yoxsa...
capar.info : - Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında bəzi iddialara səbəb olub. Belə ki, sabiq spiker Qarabağdakı qələbəni tarixi zəfər hesab edir, hakimiyyətin addımlarını təqdir edir, xüsusilə xarici siyasətlə bağlı mövqeyini dəstəkləyir. R.Quliyevin bu addımlarına isə Azərbaycanda reaksiya verənlər var ki, bu da sabiq spikerin xoşuna gəlmir. Belə ki, bir müddət əvvəl R.Quliyevin hakimiyyətə dəstəyinə belə izahat verilmişdi: “Aydındır ki, onlar sifarişlə mənim dediklərimi ölkəyə qayıtmaq üçün hakimiyyətə tərif söyləməyim kimi təqdim edirlər. Bu cılız insanlara yazığım gəlir. Azərbaycan sovet məkanında öz torpaqlarını işğaldan azad etməyə nail olmuş yeganə ölkədir, sizlər bununla fəxr etməlisiniz, ay nadanlar”.
Bəs Rəsul Quliyevin Azərbaycana dönüşü ilə bağlı danışıqlar varmı? Qayıtması nə qədər realdır? Siyasi iddialarından əl çəkibmi?
Sabiq spikerin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a bildirdi ki, Rəsul Quliyevin müxalifət lideri olaraq Azərbaycanın uğurlarına sevinməməsi təəccüblü olardı, onun əsl Azərbaycan sevdalısı kimi dövlətinin uğurlarına sevinməsi və bu uğurlu siyasəti aparan ölkə prezidentini dəstəkləməsi təbiidir: “Vətən torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması, bütün bunlara paralel olaraq Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi əməkdaşlığının inkişaf etdirilməsi, Şuşa şəhərinin Azərbaycanın mədəni paytaxtı elan edilərək orada müxtəlif beynəlxalq əhəmiyyətli festivalların, tədbirlərin keçirilməsi, əlbəttə ki, ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləridir. Hansı ki, bütün bunlar Azərbaycanımızın parlaq gələcəyi üçün olduqca əhəmiyyətli hadisələrdir. Sağlam müxalifət də belə olmalıdır. İqtidarın uğursuz fəaliyyətini işıqlandırdığı, tənqid etdiyi kimi ölkə adına reallaşdırılmış müsbət addımları da özündə cəsarət taparaq alqışlamağı bacarmalıdır. Hesab edirik ki, torpaqlarımızın azadlığı istiqamətində atılmış qətiyyətli addımlarda, ölkəmizin güclənməsi və dünyada öz sözünü deməyə başlamış dövlətlərlə eyni sırada durması mövzusunda iqtidar-müxalifət bölgüsü yoxdur. Bu məsələlərdə və beynəlxalq təhdidlər qarşısında yalnız və yalnız bir qüvvə var-Azərbaycan xalqı, birliyimiz.
Biz bir xalq olaraq, hansı düşərgədə təmsil olunmağımızdan asılı olmayaraq öz milli birliyimiz və səmimiyyətimizlə hesab edirik ki, ölkəmizi daha böyük uğurlara apara bilərik".
A.Şakiroğlu qeyd etdi ki, Rəsul Quliyevin bu səmimi düşüncələrini öz arşını ilə ölçənlər, onun dövlətçiliyimizin güclənməsi istiqamətində iqtidarın apardığı siyasətə səmimi dəstəyində nəsə “tapmaq” istəyən şəxslər mövcuddur. Bu da başa düşüləndir: “Bu günədək iqtidar-müxalifət arasına düşmənçilik toxumu səpmək istiqamətində illərdir iş aparmış şəxslər narahatlıq keçirir. Amma anlamırlar ki, Rəsul Quliyev müstəqil Azərbaycan dövlətinin keşiyində dayanmış, 1994-cü ilin oktyabr, 1995-ci ilin martında dövlət çevrilişlərinin qarşısını qətiyyətlə almış şəxslərdən olub. Həmin dövrlərdə yaşamış və dövlət idarəetməsində iştirak etmiş şəxslər bilməmiş deyil ki, həmin çevrilişlərə cəhdlər zamanı dövlət aparatında işləyən bir çox məmurlar necə qaçıb gizlənmişdi. Rəsul Quliyev həm də o şəxsdir ki, fikirləri işlədiyi komanda ilə üst-üstə gəlməyəndə necə sivil mədəni insan olaraq ölkənin 2-ci şəxsi olmaqdan imtina etmiş, istefa vermiş və açıq müxalifətə keçdiyini bəyan edərək siyasi fəaliyyətlə məşğul olmuşdur. Daha bəziləri kimi hakimiyyətdə oturaraq mövcud iqtidara qarşı altdan-altdan nələrsə çevirməmişdir. Bu da təbii ki, xarakterlə bağlı məsələdir. İndi görünür ki, Rəsul Quliyevin müxalifət lideri olaraq ortaya qoyduğu sağlam, səmimi mövqe və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə verdiyi açıq dəstək bir çoxlarını rahatsız etmiş olub. O ki qaldı sabiq deputat Hacı Qalib Salahzadə kimilərinin Rəsul Quliyevi ”vətən xaini" adlandırmasına, ölkədə iqtidar-müxalifət münasibətlərinin düşmənçilik səviyyəsində qalmasını arzu edənlərin müəyyən əl-buyruqları ortaya müəyyən söhbətlər atır, ölkənin quruculuq prosesində canı-dildən iştirak etmiş şəxsi ləkələməyə, müxtəlif ağır cinayətlərdə, xüsusilə də “vətən xaini” kimi təqdim etməyə çalışırlar. Bunlar da əbəsdir... Vəziyyəti gərginləşdirmək istəyənlərin arzuları heç şübhəsiz ki, gözlərində qalacaq".
GAP sədri dedi ki, Rəsul Quliyevin dövlətçiliyə, ölkə Prezidentinə dəstəyini onun “ölkəyə qayıtmaq” fikri ilə əsaslandırmaq isə qorxunun bilmədən dilə gətirilməsidir. Bir çoxlarının bundan rahatsız olmaları anlaşılandır: “Amma hər kəs bilsin ki, dövləti sevmək nəyinsə qarşılığında olan məsələ deyil. Bu səmimi hisslər və səmimi münasibətdir. Ən əsas da səmimi mövqedir. Ömürlərini siyasi alverlə yaşamış insanlar bunun nə olduğunu bilməz... Bu gün Rəsul Quliyevin vətənə dönməsi məsələsi şəxsən bizim gündəmimizdə yoxdur və bu istiqamətdə də heç bir iş aparılmır. Rəsul Quliyev üçün önəmli olan Azərbaycanın dövlət maraqlarının təmin edilməsi, dövlətimizin güclənməsi və dünyada söz sahibi olmasıdır. Dövlətimizin artan nüfuzu onun üçün əsasdır. Rəsul müəllim harada yaşamasından asılı olmayaraq, ana vətəninin maraqlarını öndə tutur”.
21-09-2021, 18:16
DSX rəisinin "yerlibazlığı" - ELÇİN QULİYEV RÜTBƏ PAYLAYIR
25-08-2021, 14:24
Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevdən XƏBƏR VAR - məhkəməsi başlayıb
27-04-2021, 10:22
Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır - TƏBİB
1-10-2020, 13:24
"Azərbaycan torpaqlarını işğaldan azad etməyincə..." - Rusiyalı deputat
13-04-2020, 12:15
Nizaməddin Quliyev və müavininin həbs müddəti uzadılıb
28-11-2018, 13:28
Ağstafa mədəniyyət şefi İH başçısı ilə niyə yola getmir? - Korrupsiya ittihamı..
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü