AzTv-nin “Azərbayacan” nəşriyyatında nə işi var idi? - TƏHLİL
Gündəm / Siyasət / Ələk
Oxunub: 245
20 Eyl 2021 | 20:48
AzTv-nin “Azərbayacan” nəşriyyatında nə işi var idi? - TƏHLİL

capar.info : - Bir müddət bundan öncə Azərbaycan Dövlət televiziyasında (AzTV) yayımlanan materialda “Azərbaycan” nəşriyyatı rəhbərliyinin fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirildi, hətta Nəşriyyatın “reket” jurnalistlərin məskəni olduğu da dilə gətirildi.

Yəni, AzTV-də belə bir ad altında çəkiliş həyata keçirilib hər kəs məlumatlandırılsa da, sonda həyata keçirilən çəkilişin heç bir effekti olmadı. Düzdür, bu çəkilişlə bağlı ilk əvvəllər müxtəlif versiyalar söylənilsə də, müyəyyən təhlillər aparılsa da, çox keçmədi ki, belə bir sifarişin yüksək kürsülərdə vəzifə sahibi olan gənc kadrlar tərəfindən verilməsi müəyyən çevrəyə bəlli oldu. Yəni, məlum olan o oldu ki, sifarişi verən şəxslərin mərhum prezident Heydər Əliyev siyasətindən və hazırda həmin siyasəti uğurla davam etdirən, ölkə rəhbəri İlham Əliyev cənablarının atdığı addımlardan heç bir halda xəbərləri yoxdur. Bir xatırlamanı yada salaq ki, mərhum Nazim İbrahimovun “Azərbaycan” nəşriyyatında direktor olduğu vaxtlarda da, Nəşriyyatın istehsalatla məşğul olan sahəsində çörək sexi, mebel sexi, xalçayuma, reklam işləri ilə məşğul olanlar və s. kimi icarəçilər var idi. Qeyd edək ki, icarəçilərin bu ünvanda fəaliyyət göstərmələri, heç bir halda Azərbaycan jurnalistikasına maneəçiliklər törətmirdi. Unutmayaq ki, həmin vaxtlardan əvvəllərdə “Azərbaycan” nəşriyyatı dövlət büdcəsindən maliyyələşirdi və bu gün isə Nəşriyyat öz-özünü maliyyələşdirməkdədir.

Qeyd edək ki, bugünkü gündə “Azərbaycan” nəşriyyatına məxsus elə problemlər var ki, onların həlli öz-özlüyündə çətin məsələdir. Məsələn, redaksiyaların ödədikləri icarə pulları hesabına Nəşriyyatın su, işıq, təmir işləri və s. kimi məsələlərlə bağlı problemlərini heç cür həll etmək mümkün deyil. Diqqəti bir məqama da yönəldək ki, bu binada fəaliyyət göstərən redaksiyaların tam əksəriyyəti çox zaman “Azərbaycan” nəşriyyatına borclu olurlar. Hətta, rəsmi dövlət qurumlarına məxsus redaksiyalar büdcə vəsaitləri hesabına maliyyələşsələr də, bugünkü gündə onların da Nəşriyyata külli miqdarda borcları var. Belə olan halda rəhbərlik hansı addımlarını atmalıdır ki, əmələ gələn problemləri aradan qaldırsın, lazımi xərcləri ödəyə bilsin. Ona görə də “Azərbaycan” nəşriyyatının rəhbərliyi bu ünvanda jurnalistikanın fəaliyyətinə heç bir halda maneəçilik yaradılmadan, istehsalat sahəsinə aid ərazilərin müəyyən hissəsini icarəyə verməyə məcbur olur ki, müəyyən xərcləri ödəyə bilsin.

O da hər kəsə məlumdur ki, bir neçə illər bundan öncə “Azərbaycan” nəşriyyatının istehsalat şöbəsinə yeni texniki avadanlıqlar alındı, yeni çap mətbəəsi quruldu. Qəzetçilik işi ilə məşğul olan hər kəs bilir ki, bu gün hansı mətbəə çap işlərini yüksək səviyyədə yerinə yetirir. Sözsüz ki, tam əksəriyyət bunun “Azərbaycan” nəşriyyatı olduğunu təsdiq edər. Qeyd edək ki, bu gün “Azərbaycan” nəşriyyatının mətbəəsində peşəkar mütəxəssislər çalışırlar və onların hər biri üzərinə götürdükləri çap işlərini yüksək səviyyədə yerinə yetirirlər. Sözsüz ki, bütün bunların hamısı Nəşriyyat rəhbərliyinin əməyi sayəsində ərsəyə gətirilib ki, hər kəs bunların canlı şahidi ola bilər. Baxmayaraq ki, bir müddət bundan öncə Elçin Şıxlının bu kimi işlərlə bağlı səsləndirdiyi fikirlər, məhz sosial şəbəkə istifadəçilərinin əsas müzakirə mövzusuna çevrilmişdi.
AzTv-nin “Azərbayacan” nəşriyyatında nə işi var idi? - TƏHLİL

Yəni, adı çəkilən bu şəxs bildirmişdi ki, “çap işlərinin sirlərini mükəmməl öyrənmək məqsədilə xaricə göndərilən mütəxəssislər, öyrənməli olduqları işlərin sirlərini öyrənmək əvəzinə, xaricdə yemək-içməklə məşğul olurlar”. Təqribən belə bir məzmunda olan fikir Elçin Şıxlıya məxsus olsa da, bugünkü reallıqlar isə tamam başqa mətləblərdən xəbər verir. Çünki, “Azərbaycan” nəşriyyatının mətbəəsində çalışan hər bir mütəxəssisin bugünkü əl işləri lazımi standartlara, lazımi normalara cavab verir. Çünki, onlar Almaniyada keçdikləri təlimlərdən peşəkarcasına çap işlərini mənimsəmişdilər. Bu gün də sifarişçinin ürəyincə çap məhsullarını ərsəyə gətirirlər.

Qeyd edək ki, hal-hazırda ictimai fikirə təsir etmək imkanı olan YouTube kanallarının çoxu, “Azərbaycan” nəşriyyatında fəaliyyət göstərirlər. Bu o deməkdir ki, AzTV, Xəzər TV, Real TV və digər televiziya kanallarından fərqli olaraq, Nəşriyyatın bugünkü rolu və əhəmiyyəti olduqca böyükdür. Çünki, adlarını çəkdiyimiz televiziya kanallarında daha çox şou əhlinin yarıçılpaq bədənləri, saxta ərzaq məhsullarının reklamları , müəyyən dedi-qodular və s. nümayiş etdirilir. Qaldı ki, “Azərbaycan” nəşriyyatının rəhbərliyini “top atəşi”nə tutan AzTV, Xəzər TV, Real TV kimi televiziya kanallarının, bu gün ictimai fikirin formalaşmasına təsir imkanları yoxdur. Buna səbəb olan amillərdən ən əsası, bu kanallara baxan tamaşaçı auditoriyasının olduqca azlıq təşkil etməsidir. Sual oluna bilər ki, adlarını çəkdiyimiz bu televiziya kanalları yaşadığımız cəmiyyətin səhiyyə, təhsil, mədəniyyət, hüquq-mühafizə orqanları, gömrük sistemi və s. kimi sahələrində baş alıb gedən biabırçılıqları görmürlərmi? Bəs səbəb nədir ki, onlar həmin sahələrdəki biabırçılıqlarla bağlı reportajlar yayımlamırlar, yalnız və yalnız “Azərbaycan” nəşriyyatının rəhbərliyinə qarşı “səlib yürüşü”nə başlamaq qərarına gəlirlər?



Unutmaq olmaz ki, bir müddət bundan əvvəl yüksək kürsülərdə vəzifə sahibi olan bəzi qüvvələr (gənc kadrlar) “Azərbaycan” nəşriyyatının rəhbərliyini ilk əvvəl tənqid etdirib, daha sonra bu binanın sökülməsi planını həyata keçirməyə çalışsalar da, çox keçmədi ki, onların belə bir planı fiaksoya uğradı. Çünki, hansısa maraqlarının təmin olunması öndə addımlarını atmaq istəyən həmin qüvvələrin planlarından, ilk əvvəl cənab Prezident xəbərdar olmasa da, az sonra ölkə rəhbərinin belə bir məsələdən xəbərdar olması, məhz bu planın qarşısının alınmasına imkan verdi. Qeyd olunası hallardan biri də, yüksək kürsülərdə vəzifə sahibi olan bəzi qüvvələrə xidmət göstərən redaksiyaların Bakı şəhərinin “prestijnı” ərazilərində fəaliyyət göstərmələridir. Bilmək lazımdır ki, bu gün həmin redaksiyalar həmin qüvvələrin vəsaitləri hesabına maliyyələşirlər və lazım gəldikdə onların sifarişlərini yerinə yetirirlər. Budur əsl reallıq, budur əsl həqiqət. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə fəaliyyət göstərən müstəqil media qurumlarının çoxluq təşkil edən hissəsi “Azərbaycan” nəşriyyatının binasında işlərini davam etdirirlər. Xatırladaq ki, Ata Abdullayevdən sonra, “Azərbayacan” nəşriyyatında AzTv-də “fiasko”ya uğradı. //GundemXeber.Az
26-08-2021, 13:47
AzTV-nin rejissoru və həyat yoldaşı peyvənddən ölüb? - AÇIQLAMA
9-08-2021, 15:20
Dövlət televiziyasında AĞAYANA YEYİNTİ... - FAKTLAR
9-08-2021, 13:21
AzTV-nin hikkəsi, müştəbehliyi və səviyyəsi: - dövlətin siması budur?
5-08-2021, 08:55
Qanunlar AzTV sədri üçün İŞLƏMİR? - FOTOFAKT
24-05-2021, 16:04
Milli Məclis Sədrinin müaviniAdil Əliyev: “Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu”
20-06-2020, 15:06
Sərt karantin rejimində jurnalistlərin fəaliyyətinə aydınlıq gətirildi
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü