Çeklərin aqibəti necə oldu: - Yüzminlərlə vətəndaşın qulağı səsdədir
capar.info : - Ötən əsrin 90-cı illərində mərhum Prezident Heydər Əliyev Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı vətəndaşların haqqı olan əmlakın onlara paylanması məqsədilə fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, vətəndaşlara əvəzsiz olaraq özəlləşdirmə çekləri paylanılacaq. Bununla da insanlar çekləri həm alıb-sata, həm də həmin çeklərlə özəlləşdirmə prosesində iştirak edərək müəssisələrdə pay sahibinə çevrilə bilərdilər.
Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı informasiyasının az olması, yanlış informasiyalarla bazarın yönəldilməsi, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticədə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb oldu. Üstəlik, 2011-ci ildən etibarən tədavülü dayandırıldı. Lakin bu gün də çekləri əllərində qalan yüzminlərlə vətəndaş var.
Görəsən, həmin şəxslərin hüquqları necə qorunmalıdır? AYNA mövzunu hüquq müdafiəçiləri ilə müzakirə edib.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun sözlərinə görə, özünə və ailə üzvlərinə məxsus özəlləşdirmə vauçerlərini bu günə qədər saxlayır: “1996-cı ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə özəlləşdirmə çeklərinin əvəzsiz olaraq əhaliyə paylanılması barədə fərmanı cəmiyyətdə böyük maraqla qarşılandı. Nəzərdə tutulurdu ki, özəlləşəcək müəssisələrdən əsas paylar vətəndaşlara verilsin. Bundan yaxşı nə ola bilərdi ki?! Təbii ki, həmin zaman bu fərman böyük coşqu ilə qarşılandı”.
“O səbəbdən ki, Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalan dövlət əmlakının özəlləşdirilməsi zamanı vətəndaşların əsas pay sahibinə çevrilməsi tarixi addım idi. Lakin gözləntilər özünü doğrultmadı. Əhali bu barədə geniş məlumatlandırılmadı, müəyyən qüvvələr bu vəziyyətdən öz xeyrinə sui-istifadə etdilər. Nəticədə vətəndaşlar əllərində olan çekləri “qara bazar”da dəyər-dəyməzinə satdılar. 2011-ci ildən isə ümumiyyətlə proses dayandı”, - deyə hüquq müdafiəçisi bildirib.
Cəfəroğlu qeyd edib ki, onlar bu məsələni qaldıra bilərlər: “Sözsüz ki, bu məsələdə yüzminlərlə vətəndaşın hüquqları pozulub. Onların çekləri əllərində qalıb. Düzdür, iddia edə bilərlər ki, zamanında sata bilərdilər. Lakin onlar bunu satmaq üçün almamışdılar axı! Azərbaycanda bu günə qədər xeyli iqtisadi layihələr həyata keçirib. İmkanımız var idi ki, bu məsələni də həll edək. İndiki məqamda əsas diqqət işğaldan azad edilən torpaqlarımızın bərpasına yönəlib. Bu gün olmasa da, bu işləri yekunlaşdırandan sonra bu məsələ yoluna qoyula bilər. Bu əsnada məsələnin daim gündəmdə saxlanılması vacibdir. Hökumət çeklərin tədavül müddətinin artırılmasına təşviq edilməlidir”.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı isə özünə və ailə üzvlərinə məxsus özəlləşdirmə çeklərini satdıqlarını deyib: “Çünki hamı satırdı, hamı kimi bizim də ehtiyaclarımız var idi. Bu səbəbdən saxlamağa lüzum duymadıq. Digər yandan bu çekləri paylayanda deyirdilər ki, insanlar müəssisələrdə pay sahibi olacaqlar, hər kəsin özü üçün yeni sahə seçməsinə şərait yaranacaq. Görəndə ki, bunlar baş vermədi, “qara bazar”da kim neçəyə gəldi, bu çekləri satdı, biz də satdıq getdi. Sonradan bu məsələ unuduldu və sanki belə bir şey olmamışdı”.
“Bu gün Azərbaycanda kifayət qədər sosial problemlər mövcuddur. Uşaq pulları, mülkiyyət toxunulmazlığı və s. Çeklər məsələsi də bu problemlərdən biridir. Dövlət qurumları vətəndaş cəmiyyəti institutları ilə birlikdə monitorinq aparmalı, çekləri əllərində qalan vətəndaşların statistikası çıxarılmalıdır. Bunlar baş verərsə, yaxın gələcəkdə məsələ aktuallıq qazana bilər. İndiki halda isə bu niyyət görünmür. Həm hökumət, həm də vətəndaşlar tərəfindən”, - deyə həmsöhbətimiz söyləyib.
Qocamanlı qeyd edib ki, əgər yüzminlərlə vətəndaş bu problemdən əziyyət çəkirsə, mütləq şəkildə məsələyə baxılmalıdır: “İlk növbədə onların dəqiq sayı müəyyən edilməlidir. Bu olmadıqda müxtəlif rəqəmlər səsləndirilə, ortaya çıxa bilər. KİV-lər, mətbuat orqanları da bu prosesdə yaxından iştirak etməlidir. Yekunda məsələyə həm parlamentdə, həm də mərkəzi icra hakimiyyəti orqanlarında baxıla bilər”.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı vaxtilə ona təqdim olunan çeklərin taleyindən xəbərsizdir: “Açığını deyim ki, dəqiq yadıma gəlmir, biz o çekləri satmışıq, ya da itirmişik. Bircə onu bilirəm ki, bizim vauçerlərimiz qalmayıb. Təbii ki, bu prosesdən gözləntilər çox böyük idi. O da məlumdur ki, bu gözləntilər özünü doğrultmadı. Faktiki olaraq vətəndaşlar özəlləşdirmə prosesində iştirak etmədilər. Onlara məxsus payları “qara bazar”da satdılar. Bir neçə dəfə tədavül müddəti artırılsa da, 2011-ci ildən bu məsələyə nöqtə qoyuldu”.
“İlk növbədə hüquqları pozulan vətəndaşlar özləri bu məsələdə aktivlik nümayiş etdirməlidirlər. Əgər kütləvi müraciət olarsa, o zaman hüquq müdafiəçiləri olaraq biz də onlara dəstək verə bilərik. Eyni zamanda deputatları da bu məsələyə cəlb edə bilərlər. Öncə monitorinq aparılmalı, sayları dəqiq müəyyən edilməli və yekunda birgə müraciət olunmalıdır. Çox təəssüf ki, bu məsələ unudulub və hüquqları pozulan şəxslərin haqlarını bərpa etmək üçün yenidən səfərbər olunmalarına ciddi ehtiyac var”, - deyə Bənənyarlı vurğulayıb.
Əlavə edib ki, bu, kifayət qədər mütərəqqi addım idi və sona qədər icra edilməsinə ehtiyac var: “Ən azından, heç olmasa kimlərin əlində çeklər qalıbsa, onların məsələsi həll olunmalıdır. Müvafiq qurumlar da bu istiqamətdə hərəkətə keçməli, həmin insanların statistikasını aparmalıdır”.
19-02-2021, 13:48
Ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb
11-01-2021, 10:50
Pandemiyaya görə işsiz qalan vətəndaşlara 450 milyon manat kompensasiya verilib
4-08-2020, 17:01
Koronavirusun ortaya çıxdığı Çində daha bir fəlakət: Yüzminlərlə insan...
3-06-2020, 13:15
Prezident İlham Əliyev Səhiyyə Nazirliyi ilə bağlı FƏRMAN İMZALADI
23-04-2020, 12:27
Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI
29-01-2019, 12:30
Koreya Respublikasının qiymətli kağızlar bazarı təcrübələrinin Azərbaycanda tətbiqi müzakirə edilib
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü