İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."
Gündəm / Siyasət / Hadisə
Oxunub: 344
13 Eyl 2021 | 15:32
İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."

capar.info : -“Azərbaycan İrandakı soydaşlarımızın maariflənməsi, siyasi savadlanması üçün İrana yönəlik verilişlər yayımlayan TV-lər və radionların işə salınmasına sərəncam verə bilər. Azərbaycan İrana qarşı açıq təbliğat müharibəsi apara bilər”.

Bunu Azərbaycanın İrana nota verməsinə baxmayaraq, yenə də İran TIR-larının Qarabağa keçməsini və rəsmi Tehranın Azərbaycana qarşı mövqeyini şərh edən keçmiş dövlət katibi Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, İran hər zaman Ermənistanın nəfisliyi olub:

“İran ikinci müharibəyə qədər Ermənistanın blokadasını aradan qaldıran ölkə idi. İran Ermənistan sərhəddinə özü körpü salaraq, erməniləri lazım olan hər şeylə təmin edirdi. Bu adi ticarət deyildi. Bu sadəcə olaraq işğalçı Ermənistanın daha da şirnikləşdirilməsi və daha çox Azərbaycan torpağını işğal etməsi üçün İrandakı molla rejiminin atdığı addım idi. İran Azərbaycanın istiqlalını qəbul etmirdi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə ürəkdən sevinirdi. Müharibə dövrü İranın Azərbaycana qarşı necə kin-küdurət bəslədiyini açıb ortaya qoydu. Əvvəlcə Rusiyadan gələn hərbi yükləri öz hava limanında TIR-lara yükləyərək Ermənistana və Qarabağın dağlıq hissəsinə separatçılara göndərirdi. Cənubi Azərbaycandakı soydaşlarımız bunu biləndə iki TIR yükü yandırdılar və ayağa qalxdılar. Bundan sonra Rusiyadan gələn təyyarələr İrəvana enməyə başladı. Müharibənin qurtarmasına cəmi bir neçə gün qalmış İranın o zamankı prezidenti Ruhaninin dili ilə Azərbaycanın qələbəsinə sevinirmiş kimi mesaj göndərdi. Mesajla yanaşı İrandan Ermənistana və separatçılara maşın karvanları gəlməyə başladı. Əvvəlcə bu maşın karvanlarının seriya nömrələrini sərhəddə dəyişib, erməni seriya nömrələri qoyurdular. Azərbaycanın notasından sonra o qədər həyasızlaşdılar ki, nümayişkarənə şəkildə maşınların dövlət seriyalarını dəyişmədən, karvan halında, karvandakı maşınların hər birinin üzərinə İran bayrağını sancaraq hərəkət etməyə başladılar. Bu sözün əsl mənasında həyasızlığın, islami dəyərlərə hörmətsizliyin, faşist ermənilərlə əməkdaşlığın bariz nümunəsi idi.

Azərbaycan elə texniki imkanlara malikdir ki, ora gələn maşınların, konkret şəxslərin kimliyini müəyyənləşdirə bilir. Rəsmi qaydada İran maşınlarının Ermənistana və Qarabağa necə daxil olduqlarını, Rusiya sülhməramlıarının onlara necə şərait yaratdığının şahidi olduq. Əslində bununla Rusiya ilə İranın erməniləri Azərbaycanın üzərinə qaldırmasının kombinasiyası da üzə çıxdı. Azərbaycanın buna qəti etiraz etməsinə baxmayaraq İran öz əməlini davam etdirdi. Bundan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunda polis nəzarəti tətbiq etməyə başlayıb. İrandan gələn maşınlar ciddi sürətdə yoxlanılır. Qarabağa gedən TIR-lar isə geri qaytarılır. Bu Azərbaycanın ciddi siyasi iradə ortaya qoyması deməkdir”.

Keçmiş dövlət katibi Azərbaycanın İrana qarşı anti-tədbirlər görmək imkanından da danışıb:

“Bu anti-tədbirlərin hamısını açmaq doğru deyil. Azərbaycan İrandakı soydaşlarımızın maariflənməsi, siyasi savadlanması üçün İrana yönəlik verilişlər yayımlayan TV-lər və radionların işə salınmasına sərəncam verə bilər. Azərbaycan İrana qarşı açıq təbliğat müharibəsi apara bilər. Bunu sadəcə olaraq ideya şəkildə İrana bildirib, rəsmi Tehranı əməllərindən əl çəkməsinə çağırmaq lazımdır. Bütün bunlar elə bir dövrdə baş verir ki, İranın üzərində buludlar qatılaşıb, ABŞ kualisiyası və İsrail İranın nüvə silahı əldə edə biləcəyini yazaraq, İrana hücum əməliyyatının anonsunu verirlər. Azərbaycan dəfələrlə İrana qarşı öz ərazisindən istifadə edilməsinə imkan verməyib. Onlar bunu bilməlidir”.
6-01-2021, 10:53
ABŞ İrana qarşı sanksiya siyahısını yenidən genişləndirdi
23-10-2020, 10:31
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirdi
5-10-2020, 13:04
İran XİN: Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır
5-08-2019, 14:56
SON DƏQİQƏ: İran Azərbaycanla sərhəddi bağladı - VİDEO
9-11-2018, 13:17
BMT rəsmisi dünyaya səsləndi:“ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir, əhalinin qorunması üçün...“
5-11-2018, 18:28
İran prezidenti: “Sanksiyalara baxmayaraq neft satacağıq”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü