Neftçalada məmurlarla bağlı İLGİNC İDDİA - Belə deyirlər...
capar.info: - Ulu Öndər Heydər Əliyev deyirdi ki, meliorasiya və su təsərrüfatı bizim sərvətimizdir və bu sərvətdən SƏMƏRƏLİ istifadə etməliyik.
Mərhum Prezident bir cümlədə 2 mühüm məsələyə toxunub.
Birincisi, suyun milli sərvət olması barədə fikrini bildirib.
Görəsən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədov başa düşmür ki, milli sərvəti dağıtmazlar, talan etməzlər.
İkincisi, Ulu Öndər bildirb ki, sudan səmərəli istifadə edərlər.
Elçin Əsədov isə sudan nəinki səmərəli istifadə edir, əksinə başını açıb fermerlərə, sahibkarlara su sataraq milyonlar qazanır.
Təsadüfi deyil ki, Neftçalada gəlib-gedən icra başçılarının “rüşvət dəftəri”ndə həmişə 1-ci yerdə Elçin Əsədovun adı olub.
Elçin Əsədov neçə illərdir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satır və bu yolla yüz minlər qazanır.
Elçin Əsədov eyni zamanda idarənin keçirdiyi tenderləri “sataraq” tenderlərdən külli miqdarda “otkat” alır və dövlətin ayırdığı vəsaiti təyinatı üzrə deyil, şəxsi maraqları üçün istifadə edir.
Elçin Əsədov fermerlərin idarə ilə bağladığı müqaviləni bir kənara tullayıb, dövlət rüsumundan əlavə xeyli miqdarda pul tələb edir. Torpaq sahələrini əkmək istəyən rayon sakinləri ərazilərini suvarmaq üçün mütləq Elçin müəllimin maraqlarını nəzərə almalıdır.
Yəni Elçin Əsədovun özünün müəyyən etdiyi “su rüsumları” var. Bu “rüsum” ödənilməsə heç kimə su verilmir.
Elçin Əsədov köhnə avadanlıqları, nasosları “kraska”layaraq təzə adı ilə sənədləşdirir və milyonları mənimsəyir. Və su kanallarını təmizləmədiyi üçün su itkisi Prezident İlham Əliyevin dediyi kimi 40-50 faizə çatır. Buna görə də əkin sahələrində ciddi problem yaranır.
Bunlardan əlavə cənab rəis kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının da pulunu mənimsəyir.
Dövlət yeni su kanalalrının çəkilməsi üçün milyonlar ayırır. Ancaq Elçin Əsədovdan soruşan yoxdur ki, bu pullar hara xərclənib ?
Elçin Əsədov kimiləri başa düşmür ki, milli təhlükəsizliyin əsas elementlərindən biri də ərzaq təhlükəsizliyidir. Əgər əkin sahələri normal su ilə təmin olunmursa, biz hansı ərzaq təhlükəsizliyindən danışa bilərik.
Elçin Əsədov həm də qohum-əqrəbasını dövlət qurumuna dolduraraq özünün korrupsiya əməllərinə münbit şərait yaradır.
Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq şəxsi ciblərə gedir.
Rayon sakinləri Elçin Əsədovun əlindən beziblər. Vətəndaşlar konkret olaraq müxtəlif orqanlara yazır ki, Elçin Əsədov idarəyə ayrılan tonlarla yanacağı kənar adamlara sataraq milyonlar qazanır.
Və Elçin Əsədov qazandığı milyonların hesabına Bakıda və Neftçalada möhtəşəm villalara sahibdir.
Vətəndaşlar bildirir ki, Elçin Əsədov rüsumdan əlavə hər hektara 200 manat pul tələb edir, bu isə camaatı dövlətdən narazı salır.
Məlumdur ki, Neftçala rayonu ölkənin balıqla təminatında əsas yerlərdən birini tutur. Yəni bu çox vacib ərzaq məhsulunun yetişdirilməsi və insanlarımızın süfrələrinə çatdırılması üçün çalışırlar. Yetişdirilən balığın böyük əksəriyyət hissəsi isə süni gölməçələrdə yetişdirilir. Sahibkarlar gölməçələrə kiçik balıqları buraxırlar. Təbii ki, balıqları suya buraxmaq üçün gölməçələrə su vurulmalıdır.
Lakin Elçin Əsədov istədiyi “summa”nı almasa buna razılıq vermir.
Beləcə, Prezidentimizin dediyi aqrar sektorun inkişafı məsələsi nəticə vermir.
Çünki Elçin Əsədovlar üçün Prezidentin tapşırığı deyil, öz cibləri və maraqları daha önəmlidir.
Bir sözlə, Neftçalada Elçin Əsədovun zülmü ərşə dirənib.
Görəsən, dövlət orqanları bunu görmür ?
Növbəti sayımızda istintaqda dili dodağı topuq vuran Elçin Əsədovun İsmayıl Vəliyevlə maxinasiyalarından bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
12-08-2021, 16:15
Rafiq Aslanov 39 ildir SU-dan doymur...- ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
10-08-2021, 15:16
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,96 milyon manat ayrılıb - SƏRƏNCAM
21-06-2021, 14:06
2 minlik işə görə 30 min manat silinir- Ağsu Suvarma Sistemləri İdarəsində korrupsiya mexanizmi
16-03-2021, 11:08
Parlamentdə hökumət hesabatının müzakirəsi başladı, Əli Əsədov da iştirak edir
9-04-2020, 13:23
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
12-01-2019, 13:33
Eyni mənzili müxtəlif şəxslərə satan şirkət rəhbərinin məhkəməsi başlayır
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü