30 illik “xəyalın sonu”: Xankəndində matəm, Şuşada çal-çağır... - GƏLİŞMƏ
capar.info : - Torpaqlarımızı işğal edərək özlərinə “müstəqillik xəyalları” quran ermənilər son 30 ildə ilk dəfə “Artsaxın müstəqillik günü”nü yarıqaranlıq, yarısusuz Xankəndində “qeyd edirlər”. Ermənistanın bir neçə deputatının mandatlarından istifadə edərək Xankəndinə gəlməsi bu göz yaşı içərisində qeyd edilən “bayram”a yeni rəng vermir.
Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. Amma indi, müharibədəki məğlubiyyətdən sonra ermənilər Qarabağa gedən yolun rus sülhməramlılarının nəzarəti altında olduğunu, onlara Azərbaycan hərbiçilərinin texniki vasitələrlə “nəzarət etdiyini”, onların Ermənistandan gələn hər bir şəxsi gördüyünü qeyd edirlər.
Amma matəm bununla bitmir. Bu il Ermənistan baş naziri və prezidenti hələ də sentyabrın 2-də qeyd olunan Qarabağın “müstəqilliyinin” ildönümü ilə bağlı müraciət yaymayıb. Sadəcə, sosial şəbəkədə qısa status yazmaqla kifayətləniblər.
1991-ci ilin məhz bu günündə Qarabağ “parlamenti” Azərbaycandan müstəqilliyini elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub. Ermənilərin ağlaşması fonunda isə 11 kilometrlik məsafədə yerləşən Şuşada bayram əhvalı var. Ermənistanda nəşr edilən “Hraparak” qəzeti Azərbaycanın Şuşa şəhərində genişmiqyaslı tikinti-abadlıq işlərindən, Şuşanın işıqlarının gecələr hətta Xankəndindən göründüyünü yazır. “Yol və tuneldən əlavə yüksək gərginlikli elektrik stansiyası da tikilib. Şuşaya aparan yolda, hələ sovet illərində tikilmiş və Şuşanı qidalandıran yarımstansiyanın bir neçə metrliyində cəmi bir neçə ay ərzində yeni yarımstansiya tikilib, indi bu yarımstansiya Şuşanı elektriklə qidalandırır və şəhəri işıqlandırır. Azərbaycan işıqları ilə möhtəşəm şəkildə işıqlandırılmış Şuşa şəhəri indi hətta Stepanakertdən (Xankəndi, - red.) görünür. Ruslar isə Azərbaycan hərbçilərinin baxışları altında Xankəndinə keçib gedənlərin pasportlarını yoxlayır”, - qəzet yazır.
Ermənilər Şuşanın sayrışan işıqlarına yana-yana baxmaqdadırlar, amma digər tərəfdən də qaranlıqda “müstəqillik”, “status” deyə, donquldanırlar, “bayramlarını” isə bu dəfə qəbiristanlıqda qeyd edirlər. Revanşist qüvvələr isə hətta bu vəziyyətdə də müharibədən dəm vurur. 44 günlük müharibədən əvvəl də “yeni ərazilər”dən danışırdılar. Nəticə ortadadır. Lakin belə görünür ki, keçən il aldıqları zərbə onlara dərs olmayıb.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində baş verən dəyişikliklərlə Xankəndində və ətraf ərazilərdə ermənilərin miskin görünüşü onlara bir daha seçim etmək, düşünmək və normal yaşamaq üçün özlərinin “müstəqillik rəmzi” hesab etdikləri əski parçasının deyil, Azərbaycanın bayrağını öpməkdən başqa yol qoymur: “Artıq işğaldan azad olunmuş ərazilərin necə sürətlə abadlaşdırıldığını, bu prosesin necə getdiyini və nəticələrini erməni mediası yazmağa, etiraf etməyə başlayıb. Onlar üçün ciddi müqayisə imkanları yaranır. İşğaldakı qaranlıq, susuz, miskin Xankəndi ilə işğaldan azad olmuş işıqları bərq vuran Şuşa yan-yanadır. Ermənilər hər ikisinə baxıb fərqi görürlər. Bu vəziyyəti artıq ermənilərin məşhur qəzetləri də yazmağa başlayırsa, ermənilər bundan nəticə çıxarmalıdırlar. Yaşadıqları Xankəndini də inkişaf etmiş, zülmətdən çıxmış şəhər olaraq görmək istəyirlərsə, Azərbaycan vətəndaşlığını, Azərbaycan qanunlarını qəbul etməkdən başqa yolları yoxdur. Nə qədər ki, gec deyil, məhz işıqlı tərəfə keçmək elə ermənilərin öz gələcəklərini xilas etmələri olar. Əks halda, həmin ermənilərin gələcəyi daha qaranlıq və fəlakətli olacaq”.
“Xankəndində separatçıların keçirdiyi tədbirə yas mərasimi kimi baxmaq lazımdır. Hamıya aydındır ki, II Qarabağ müharibəsi nəticəsində Ermənistan dövlətçiliyinin əsas siyasi layihəsi olan ”Miatsum" - Azərbaycan torpaqlarını Ermənistana anneksiya etmək planı darmadağın olub".
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sentyabrın 2-də Xankəndində separatçıların guya müstəqilliklərinin 30 illiyi ilə bağlı keçirdiyi tədbir haqqında danışarkən deyib. Diplomatın sözlərinə görə, indi Ermənistan daxil olmaqla, heç kəs inanmır ki, Azərbaycan ərazilərində anneksiya həyata keçirmək mümkündür: “Bizə qarşı ərazi iddiaları irəli sürülən dövrdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 127 min erməni yaşayırdı. Mən SSRİ-nin 1987-ci il statistikasına istinad edirəm. Müharibədən qabaq deyilirdi ki, orada vur-tut 50-60 min erməni qalıb. Demək olar ki, onların yarısı müharibədən qabaq qaçıb. II Qarabağ müharibəsi dövründə də oradan kifayət qədər erməni qaçdı. Sonradan guya onların hamısının Xankəndi və digər yaşayış məntəqələrinə qayıtdığı iddia olunurdu. Amma son rəqəmlər belədir ki, orada cəmi 20-25 min erməni yaşayır. Yəni əhalisinin azalması baş alıb gedir”.
1-09-2021, 10:24
Ermənistanın yeni müharibə anonsu: - blef, yoxsa real təhdid?
14-12-2020, 12:39
Ermənistanda üç günlük matəm elan olunacaq
10-11-2020, 14:53
Prezident İlham Əliyev: Bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur
9-10-2020, 11:10
MN: Xankəndində sığınacaqda xeyli erməni hərbi qulluqçu məhv edildi
24-08-2020, 11:41
Gürcüstanda matəm günü elan olundu
9-12-2018, 14:04
Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü