Tutaq ki məktəblər açıldı... şagirdlər məktəb deyib, HARA GETSİNLƏR? - Əmrullayevə SUAL VAR!
capar.info : - Saatlı rayonunun Azadkənd kəndində orta məktəb qəzalı vəziyyətdədir. 1972-ci ildə istifadəyə verilən məktəb, demək olar, heç vaxt əsaslı təmir edilməyib. Bir neçə il öncə məktəbin damını dəyişiblər, daha doğrusu, yağış siniflərə yağdığından məcbur olub dəyişdiriblər. Son illərdəsə divarlarda çatlar yaranıb. 2019-cu ildən bəzi valideynlər uşaqlarını qəzalı vəziyyətdə, hər an uçmaq təhlükəsi altında olan məktəbə buraxmırlar (bəzi valideynlərsə uşaqlarının təhsiliylə, ümumiyyətlə, maraqlanmır, onlar üçün məktəbin olmaması daha sərfəlidir). Uşaqlarının təhsili qayğısına qalan valideynlərinsə dövlət qurumlarına şikayətlərinə baxan yoxdur.
Düzdür, müxtəlif vaxtlarda Saatlı Rayon İcra Hakimiyyətindən, rayon Təhsil Şöbəsindən, hətta Təhsil Nazirliyindən gəlib məktəbə baxış keçiriblər, uçuq-sökük sinif otaqlarını gəziblər. Aşmaması üçün binanın qabağına vurulan dirəyi də gözləri ilə görüblər, ancaq bütün bunlar yuxarılar qarşısında məktəbin yenidən tikilməsi məsələsini qaldırmağa yetməyib. Bu ilin başlanğıcında Fövqəladə Hallar Nazirliyinin rayondakı nümayəndələri də məktəbə baxıb və qəzalı olması barədə rəy verib. Buna baxmayaraq, təhsilə sorumlu olanlar yenə də dərslərin qəzalı binada keçirilməsində israrlıdır.
Dərs ili yaxınlaşdıqca valideynlərin narahatlığı daha da artır, uşaqları ya təhsilsiz qalacaq, ya da qəzalı binada dərs keçməli olacaq.
Kənd sakini Xalid Cabbarov:
“Uşaqlarımızın təhsildən kənar qalması mənim kimi, bir çox valideyni də narahat edir. Onlayn dərs təhsil deyil. Kənddə hamının internetə çıxışı yoxdur. O üzdən ötən il uşaqlarımız təhsil ala bilmədilər. Əsas tələbimiz kənddə yeni məktəbin tikintisidir. Ancaq neçə ildir söz versələr də, bu istəyimiz reallaşmır. Bir neçə gün qabaq yenə gəlmişdilər. Onlar gələndə artıq məktəbin dirək vurulan hissəsi də uçmuşdu. İndi qərar veriblər ki, uçulan hissəni ayırsınlar, yəni məktəb binasını iki hissəyə bölsünlər, işə də başlayıblar. Planlaşdırıblar ki, dərslər iki növbədə binanın salamat qalan hissəsində keçirilsin. Əslində, heç oranı da salamat saymaq olmaz. Sabah bir hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?”
Məktəbin qapı-pəncərələri də sınıq-salxaqdır. İstilik sistemi yoxdur, sovetlərin vaxtında sinif otaqları daş kömür sobası ilə qızırdı. Müstəqillikdən sonra odun ümidinə qalıb, onu da həmişə vermirlər, kənd sakinləri özləri həyət-bacadan ağac qırıb məktəbə aparır ki, uşaqları sinifdə soyuqdan donmasın, xəstələnməsin.
Bir övladı məktəbdə təhsil alan Azər Hacıyev bu il uşaqların dərsə gedib-getməyəcəyindən xəbərsiz olduğunu deyir:
“Hərə bir söz danışır, deyirlər, guya yenə dərslər onlayn olacaq, ancaq necə? Bizdə internet var, bir gün işləyəndə, beş gün işləmir, çoxunda heç o da yoxdur, belə şəraitdə o dərsi necə keçəcəklər?Növbəti dərs ili çatıb, hələ qərar yoxdu, bəziləri deyir, vaqon gətirəcəklər, dərslər də orda keçiriləcək”.
Sakinlərin sözlərinə görə, icra başçısı sarıdan da heç vaxt bəxtləri gətirməyib. Ancaq sonuncu başçı Elmir Bağırov – gənc kadr, siyasi elmlər üzrə fəlsəfə doktoru, olmayan Bayraq meydanının, sonra da Bulvar İdarəsinin aparat rəhbəri və başqa bir çox vəzifələrdə çalışan, kənd təsərrüfatına heç bir bağlılığı olmayan adam, bütün sələflərinin ölüsünə-dirisinə rəhmət oxutdurur. “Hansı günahın sahibiyik ki, bizi belə cəzalandırırlar?” – deyə sakinlərdən biri soruşur. “Görünür, niyə gəldiyini, gətirildiyini özü də bilmir. Adam kabinetdən çıxmır, rayonun problemləri vecinə deyil, nəyimizə gərəkdir belə “savadlı” kadr? Neçə ildir susuzluqdan əziyyət çəkirik, əksər kəndlərin məktəbi bizimkinin günündədi, təhsil yoxdur, ali məktəbə qəbulda rayonun göstəriciləri aşağıdır. Gənc başçı da heç nə olmamış kimi oturur kabinetdə…”
P.S.Kənd sakinlərinin şikayəti əsasında Azadkənd məktəbi ilə bağlı Təhsil Nazirliyinə, rayon İcra Hakimiyyətinə elektron qaydada sorğu yollamışam. Nazir Emin Əmrullayevin “Facebook” hesabına yazmışam. Orda nazirin əvəzinə cavab yazıblar: “Hörmətli Rovshan Hacibeyli, Qeyd etdiyiniz müraciəti platformasında qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsi ilə Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməyiniz tövsiyə olunur”.
Yaxşı, saytınıza baxmırsız, başa düşdük, elə “Facebook” da bir platformadır və naziriniz buradan istifadə edir, heç olmasa bura qoyulan müraciətləri nazirə çatdırın. Özünüz saytda elektron müraciət üçün ünvan qoymusuz (office@edu.gov.az), mən də məktubu həmin ünvana yollamışam, üstəlik, qabaqcadan da təşəkkür etmişəm…
Mən sizin cavabınızı nə qədər desəniz, gözləyərəm, sadəcə, növbəti dərs ili çatıb, uşaqlar gözləmir…
12-08-2021, 11:22
Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır - Diqqət!
2-11-2020, 14:40
Ermənilərin Ağdama atdığı mərmi məktəbə düşdü
1-10-2020, 10:46
Bu gündən V-IX sinif şagirdləri üçün əyani dərslər başlayıb
13-08-2020, 11:19
Onlar yüksək bal topladılar
27-01-2020, 13:00
Bakıda icra hakimiyyətindən şikayət: Bu yol bərbad vəziyyətdədir - FOTO
20-12-2018, 13:49
Şagirdi döyən məktəb direktoru işdən kənarlaşdırıldı - VİDEO
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir