Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
Gündəm / Siyasət / Sosial
Oxunub: 353
18 Ağu 2021 | 12:23
Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

capar.info : - İkinci vətən müharibəsi cəmi 44 gün oldu və şükürlər olsun qələbə ilə də başa çatdı.

Lakin, təəssüflər olsun ki, o 44 günün yaratdığı problemlər hələ də bitmək bilmir ki, bilmir.

Daha doğrusu bəzi məmurlar o problemləri bitirmirlər.

Bəlkə də bitirmək istəmirlər...

Xalq müharibədə itirdiyi oğullara ağladığı, erməni terrorunun evlərə, obyektlərə, texnikalara vurduğu zərərin təsiri altında depressiyaya qapıldığı bir vaxtda bəzi "işbaz məmurlar" mövcud durumdan yararlanmağın yollarını düşünürdülər.

Daha doğrusu daha çox yararlanmağın yollarını.

Müharibə dövründə düşmənin yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Tərtər, Bərdə və digər bir neçə rayonlarımızda fərdi yaşayış evlərinə, obyekt və texnikalara ciddi ziyan dəydi. Prezident İlham Əliyev əhaliyə dəymiş ziyanın ödənilməsi üçün göstəriş verdi.

Elə bundan sonra camaatın daha ağır, əsəb dolu günləri başladı.

Tərtər rayon sakinləri ayağa qalxdı ki, o boyda evlərimizdən geriyə yalnız evin yeri qalıb, İcra Hakimiyyəti bizə cəmi 1000 (min) manat pul verir ki, "Ayrılan məbləğ budur. Get bununla evini tik".

İqtisadi böhranın hökm sürdüyü, üstəlik də qiymətlərin kəllə-çarxa çıxdığı bir vaxtda 1000 (min) manata hin tikmək olmur, o ki, qaldı ev ola.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına bu dəfə müraciət edən Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün düşmüş,
hazırda Bərdə rayonunda yaşayan Orucov Telman İldırım oğlu da ona dəymiş ziyanın ödənilməməsindən şikayətçidir.
Telman Orucov deyir: "28 oktyabr 2020-ci ildə həyat yoldaşıma məxsus avtomobil ilə hərəkət edərkən, yanıma düşən roket zərbəsi nəticəsində avtomobilə ciddi ziyan dəydi, özüm də yaralandım. Həmin gün məni Yevlax rayon mərkəzi xəstəxanasına çatdırıb, əməliyyat etdilər. Bundan sonra daha heç bir əməliyyat, müalicə edilmədim. Özüm öz şəxsi vəsaitimlə Bakıya gedib, yenidən özəl klinikalardan birində əməliyyat olundum. O da analizlərlə birlikdə 2.500 (iki min beş yüz) manata başa gəldi.
Hələ də bədənimdə qəlpələr var.

Canıma dəyən ziyanı keçdim. Heçolmasa avtomobilə dəymiş ziyanın ödənilməsini istəyirəm.

10.08.2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin əməkdaşları mənə zəng vurub dedilər ki, "sənə dəymiş ziyan ödənilib. Həyat yoldaşınla yaxınlaş götür". Getmişəm mənə 880 (səkkiz yüz səksən) manat pul təklif edirlər. Hansı ki, bu məbləğ mənim avtomobilimə dəymiş ziyanın heç 3/1-i deyil. Təkcə malyar usta 1.500 (min beş yüz) manat pul istəyir. Avtomobilin bir çox vacib hissələrinə ciddi ziyan dəyib. Baş prokurorluğun istintaq qrupu avtomobilə dəymiş ziyanı 2.340 (iki min üç yüz qırx) manat olaraq hesablanmışdı. Gətirib verəndə 880 manat təklif edirlər.

Mən bu barədə Ağdam və Bərdə rayon İcra Hakimiyyətlərinə də dəfələrlə müraciət etmişəm, deputatın da məsələdən xəbəri var, Baş Prokurorluğa da dəfələrlə müraciət etmişəm, İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm.

Amma, təəssüflər olsun ki, heç kim baxmır.

İndi son ümidim olaraq media vasitəsilə üzümü tuturam Prezident İlham Əliyevə.

Cənab prezident, çox xahiş edirəm mənim avtomobilimə dəymiş ziyanın ödənilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz."

Gördüyünüz kimi yenə də iş başa düşdü...

Axı bu nə böyük problemdir ki, vətəndaş bunun üçün prezidentə üz tutur?!

Zatən prezident bu kimi problemlərin həlli üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmasına və aidiyyəti qurumlara göstəriş verib.

Sadəcə aidiyyəti qurumların səlahiyyətli şəxsləri ayrılan məbləği aidiyytı üzrə verməyə əlləri gəlmir.

Telman Orucov deyir avtomobilinə dəymiş ziyan Baş Prokurorluğun istintaq qrupu tərəfindən 2.340 (iki min üç yüz qırx) manat olaraq hesablanmışdır. Bəs görəsən İqtisadiyyat Nazirliyinin səlahiyyətli şəxsləri hansı məntiqlə, yaxud hansı məqsədlə bu ziyanı vətəndaş Telman Orucova 880 (səkkiz yüz səksən) manat olaraq ödəyir?

Aidiyyatı qurumlar vətəndaşlara qarşı bu cür saymazlıq etdiyi halda məsələyə qarışmalı olan qurum aidiyyəti ərazi üzrə İcra Hakimiyyətidir.

Hansı ki, son günlər media gündəmində elə öz saymazlığı və "mənalı həyat tərzi" ilə məşhur olan Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində də xeyli vətəndaş şikayətləri yer alır.

Səs verib özümüzə vəkil seçdiyimiz millət vəkilləri də daim seçildiyi ərazi üzrə rayonun sakinlərinin yanında olmalı, onların yaranmış problemlərindən xəbərdar olmalı və aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıdır.

Yəni əslində bu cür olmalı olduğu halda, Ağdam rayon sakinləri Bəxtiyar Əliyevi yalnız internetdə, google axtarış sistemində gördüklərini deyirlər.

Nə yazıq ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağdam rayonunu Milli Məclisdə təmsil edən Bəxtiyar Əliyev bu kimi giley və narazılıqlar nə ilk deyil, nə də ki, son.

Ötən yayımlarımızdan xatırladığınız Ağdam rayon sakini Ceyhun Xudiyevin yaşadığı çətinliklərin davamını növbəti yayımlarımızda diqqətinizə çatdıracağıq.

Yeri gəlmişkən aidiyyatı qurumların ünvanını bilmədikləri üçün müraciət məktubların cavabsız qoyduqları Ceyhun Xudiyevin ünvanına ailənin böyük övladının adına hərbi xidmətə çağırış vərəqəsi göndərilib.

(Bu barədə ətraflı məlumat üçün bizi izləməkdə davam edin.)

P.S: Telman Orucovun iddialarına qarşı tərəfin aydınlıq gətirməsi üçün İqtisadiyyat Nazirliyinin şəxsi internet saytında yerləşdirilən telefon nömrələrinə zəng etdik. Təəssüflər olsun ki, iş saatlarında təkrar aramalarımıza baxmayaraq telefonlara cavab verən olmadı.

Ardında Azərbaycan Respublikasının baş prokurorluğuna zəng etdik. Adını deməyin qadağan olduğunu söyləyən bir xanım telefona yuxulu-yuxulu cavab verib dedi ki: "Ona biz baxmırıq. Siz istintaq idarəsi ilə əlaqə saxlayın."

Xanıma izah etdik ki, "istintaq qrupu vətəndaşa dəymiş ziyanı dəyərləndirib. Lakin, həmin hesablanmış məbləğ ödənməyib".

Amma, nədənsə Baş Prokurorluğun "dəftərxana"sında çalışan adını bilmədiyimiz bu xanım, israrla bizim suallarımızı Prokurorluq üzərindən yayındırmağa çalışırdı.

Sonra xanım başqa bir telefon nömrəsi verdi. Biz o nömrə ilə əlaqə saxladıq. O nömrəyə cavab verən xanım da bizə müstəntiq Tural müəllimin otağının nömrəsini verdi. Ora da yığdıq. Tural müəllim də dedi: " Mən cavab verə bilmirəm. Mətbuat xidmətinə zəng edin".

Tural müəllimdən Baş Prokurorluğun mətbuat xidmətinin telefon nömrəsini istədik. O da dəftərxanaya zəng edib, oradan istəməmizi məsləhət gördü.

Yəni, anlayacağınız iş başa düşdü. Yenidən "dəftərxana"ya zəng edib, həmin adını bilmədiyimiz xanımla danışmaq məcburiyyətində qaldıq.

Bu dəfə də xanımdan xahiş etdik ki, bizi mətbuat xidməti ilə calaşdırsın. Xanım yenə də israrla sizi mətbuat xidməti nəyinizə lazımdır. Onlar belə məsələlərə baxmır" - deyə, mətbuat xidmətinin telefon nömrəsini vermirdi ki, vermirdi.

- "Xanım, biz mətbuatıq. Bizi mətbuat xidməti ilə çalışdırın, yaranmış suallarımıza mətbuat xidməti aydınlıq gətirsin".

Kimə deyirsən?!...

Beləcə Baş Prokurorluğun əməkdaşları bizi biri-birinə ötürə-ötürə suallarımızı cavabsız qoydu.

Ölkənin ən vacib qurumlarından olan İqtisadiyyat Nazirliyinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının vətəndaşları və mətbuat nümayəndələrini bu qədər incitdiyini, sözün əsl mənasında "ələ salması"nı gördükdən sonra, digər qurumlara deyiləcək sözümüz qalmır...

"Balıq başdan iylənər" deyiblər. Görünür işçilər bu "ürəyi" rəhbərlikdən alıblar ki, bu qədər sərbəst şəkildə istədikləri kimi davranmaqdan çəkinmirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
14-01-2021, 11:40
Müharibə zamanı evlərinə ziyan dəymiş ailələrin 90 faizindən çoxuna maddi yardım ödənilib - İbrahim Məmmədov
4-11-2020, 10:03
Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır
15-10-2020, 09:07
Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir - RƏSMİ
1-10-2020, 10:08
Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşüb, bir nəfər həlak olub
28-09-2020, 11:54
Baş Prokurorluq: İndiyədək mülki əhalidən 26 nəfər xəsarət alıb
23-07-2020, 13:43
Ermənistanın kəndlərimizə və dinc əhaliyə vurduğu ziyan qiymətləndirilir
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü