Tariximizin parlaq zəfəri
Gündəm / Siyasət
Oxunub: 359
30 Ara 2020 | 12:38
Tariximizin parlaq zəfəri "Azərbaycan tarixdə heç vaxt belə parlaq zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”
Bəli, Ali Baş Komandan İlham Əliyevin dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən bütün dünyaya bəyan etdiyi kimi, birliyimiz və əzmimizlə, qətiyyətimizlə dəmir yumruğa çevrilib düşmənin başını əzərək ata-baba yurdumuz Qarabağı azadlığa qovuşdurduq. Biz hələ tarixin heç bir dövründə bu qədər qürurlu, fəxarətli anlar yaşamamış, bu qədər fərəhlənməmiş, sevinc göz yaşları tökməmişdik...

"Qarabağ Azərbaycandır!” haqq nidası qələbəmizi təmin etdi

Azərbaycan xalqı torpaqlarının işğalı ilə son 30 ildə çox faciələr yaşamış, haqsızlıqlara uğramış, ədalətsizliyin qurbanı olmuşdu. Tarixi dədə-baba torpaqlarından qovulmuş, soyqırımlarla üzləşmiş, tükürpərdici vəhşiliklərə məruz qalmışdı. Əsir, əliyalın mülki vətəndaşlarımıza qarşı olmazın işgəncələr verən faşist xislətli erməni vandallarının iyrənc əməllərinə şahidlik etmişdi. Öz vətənində qaçqına, köçkünə çevrilmiş, illərlə ürəyində vətən həsrəti gəzdirmişdi.
Bu bir qərinədə Xankəndini, Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri, Zəngilanı, Füzulini, Qubadlını, Cəbrayılı yalnız fotolardan, solmuş xatirələrdən tanıyan çox körpələr doğulmuşdu...
Çox babalarımız, nənələrimiz, atalarımız, analarımız doğma yurdlarını bir daha görmədən gözlərini əbədi yummuşdu...
Amma heç zaman "Qarabağ Azərbaycandır!” haqq nidasından vaz keçməmişdik, müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsərək atacağımıza adımız kimi əmin olmuşduq. Bilirdik ki, o müqəddəs gün gələcək və sülh yolu ilə mümkün olmasa belə savaşıb Qarabağımızı azad edib parçalanmış vətənimizi bütövləşdirəcəyik.

Canımız sənə fəda, Vətən!

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla oldu.
Qarabağın işğalının üzərindən xeyli zaman keçsə də, ürəyimizdəki nisgil heç zaman qaysaq bağlamadı və elə buna görə idi ki, Ali Baş Komandanın Qarabağ uğrunda "İrəli!” əmrinə milyonlar səs verdi.
Axı hər bir azərbaycanlı üçün Vətən Qarabağdan başlayırdı və bu savaş da bizim üçün Vətən müharibəsi idi. Yaralı yurdumuzun səslədiyi cəsur vətən övladları ölümdən belə qorxmadan irəli atıldı.
Artıq qisas günü gəlmişdi və azğın düşmənə aman yox idi...
"Canımız sənə fəda, Vətən!” söyləyərək zəfər yürüşünə çıxan igid oğullarımız and içmişdilər, şəhidlərimizin qisasını almadan, doğma ana yurdumuzu yağıdan xilas etmədən, bayraqlarımızı Qarabağın ən hündür zirvələrində dalğalandırmadan bu haqq yoldan dönməyəcəklər.
Azərbaycanın qəhrəman övladları canlarını Vətənə sipər edərək qarış-qarış, addım-addım torpağımızı azad etdilər, hər gün bizə qələbə sevincini yaşatdılar. Yağış, soyuq, çovğun, çən-çiskin bilmədən irəlilədilər, sıldırımlar aşdılar, hətta yeri gələndə yalın əllə olsa belə düşmənə aman vermədilər. Nə üzərlərinə dolu kimi yağdırılan mərmilər, nə xain düşmənin yerə basdırdığı bombalar, nə tikanlı məftillər cəsur ürəkli əsgərlərimizi dayandırmağa qadir oldu.
Hünər meydanında hər biri kükrəyən aslana çevrilən ər igidlərimiz yaralansalar belə döyüşdən əl çəkmədilər, düşmənin son nəfəsini kəsməyənə qədər durmadılar. Can ağrısı belə hiss etmədilər, yaralı Vətənə məlhəm olmaq coşqusu ilə daim irəli atıldılar, doğma torpaqdan aldıqları güclə, haqdan doğan qüvvətlə döyüşdülər, çarpışdılar, qələbə qazandılar...
Döyüş meydanında yüksələn "Qarabağ Azərbaycandır!” nərəsi yeri-göyü lərzəyə saldı, bu tarixi həqiqəti bir daha dünyaya bəyan etdi...

30 illik işğala son qoyuldu

Vətən uğrunda ölüm-dirim savaşına başlayan şanlı Azərbaycan Ordusu hər gün arxa cəbhəyə qələbə müjdələri göndərdi. Ay-ulduzlu üçrəngli bayraqlarımız ön cəbhədə azad edilən doğma yurdlarımıza, Qarabağın ən hündür zirvələrinə, arxa cəbhədə isə milyonlarla ələ bəzək vurdu. Yurdlarımızın bir-bir azad edilməsi, mənfur düşməndən təmizlənməsi xəbəri illərlə köksümüzdə sıxılıb dağa çevrilən həsrəti bir andaca yoxa çıxardı. Rəşadətli Ordumuzun sarsıdıcı həmlələri, zəfərləri milyonlarla qaçqın və köçkünün ürəyində Qarabağa qayıdış inamını zirvələrə daşıdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın şücaəti sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı...
Əzmkar sərkərdəmizin komandanlığı altında rəşadətli Ordumuz bir həmlədəcə düşmənin belini sındırdı, onu qarşımızda diz çökməyə məcbur etdi. Sülh üçün yalvarmaq məcburiyyətinə məhkum elədi.
Noyabrın 10-da şanlı qələbəmizin müjdəsini Ali Baş Komandan İlham Əliyevdən aldıq. Bütün Azərbaycan xalqı bu tarixi zəfərin qürurunu yaşadı, sevinc göz yaşlarımız selə döndü. Şəhidlər xiyabanına axışdıq, bu torpaq uğrunda canlarını fəda edən övladlarımıza dualar oxuduq, bu torpağı biləklərinin haqqı, polad iradələri sayəsində yağı əsarətindən azad edən, şəhidlərimizin də ruhunu şad edən qəhrəman oğullarımıza minnətdarlığımızı bildirdik.
Məhz bu igidlərimiz sayəsində haqq-ədalət öz yerini aldı, qisasımız qiyamətə qalmadı və Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq 30 illik işğala son qoydu.

Qürurlu və şərəfli qələbənin sevincini yaşayırıq

"Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən savaşının şücaətli igidlərini dekabrın 10-da Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında böyük fəxr, qürur duyğusu ilə seyr etdik.
Bakıda 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
Dövlətimiz qələbədə payı olan, döyüşdə iştirak edən əsgərlərimizin şücaətini yüksək qiymətləndirərək onların hər birini Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları ilə təltif etdi.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən səsləndirdiyi kimi, qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi: "Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.
İndi hər birimiz bu qürurlu, şərəfli, əzmli qalibiyyətin sevincini yaşayırıq. Əminik ki, Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan əsgərinin şücaəti və xalqımızın həmrəyliyi sayəsində bundan sonra gələcək bütün tarix səhifələrimiz işıqlı və parlaq olacaq. Mənfur düşmənin viranə qoyduğu yurdlarımız abadlığına qovuşdurulacaq, Qarabağımıza tezliklə bahar nəfəsi veriləcək, didərgin düşən soydaşlarımız el-obalarına böyük qayıdış köçü edəcəklər...

Yasəmən MUSAYEVA,
"Azərbaycan”
24-11-2020, 11:43
Prezident İlham Əliyev: Müharibənin bütün sirlərini açmaq hələ tezdir
13-11-2020, 14:21
Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi
11-11-2020, 15:25
Azərbaycan dövlətinin şanlı Qələbəsi
27-10-2020, 10:46
Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
26-10-2020, 10:09
Prezident yeni tvit yazdı - Qubadlı şəhəri işğaldan azad edildi
17-10-2020, 11:58
İlham Əliyev: “Vaxt keçəcək, Füzuli uğrunda döyüşlər haqqında kitablar, əsərlər yazılacaq”
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək
28-01-2026, 18:13
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
28-01-2026, 18:10
Bu deputatlara vəzifə veriləcək
26-01-2026, 21:32
“JEK pulu” qanunsuzdur – İZAH
26-01-2026, 21:27
Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
26-01-2026, 21:01
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
26-01-2026, 20:45
Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
26-01-2026, 20:40
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:33
Azərbaycanda elektron siqaret qadağan olundu
26-01-2026, 20:24
Dürüst olmayan məlumatlara görə cərimələr təsdiqləndi
23-01-2026, 19:29
Sahibkarlar daha 1 il yoxlamalardan azad ola bilər
23-01-2026, 19:26
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır
23-01-2026, 19:23
Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı
23-01-2026, 19:21
10 manatlıq şirkətə 795 min manat köçürüldü